Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-104/2022 20.04.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Hacıqabul rayon Polis şöbəsinin sahə rəisi, polis mayoru X2 iştirakı ilə, xx.xx.1991-ci ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2yan - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Hacıqabul rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 23.02.2022-ci il tarixdə Şirvan şəhərində yaşadığı küçədən yerdən tapdığı siqaret qutusunda ümumi çəkisi 0,99 qram çəkidə kustar üsulla hazırlanmış qurudulmuş marixuananı üstündə saxlamış, 24.02.2022-ci il tarixdə narkotik vasitələrin istehlakında şübhəli bilindiyi üçün Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və üzərinə baxış keçirilən zaman Şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi və götürmə aparılan zaman onun üzərindən 1 ədəd siqaret qutusunda 0,99 qram çəkidə kustar üsulla hazırlanmış qurudulmuş marixuana ondan aşkar edilərək götürülmüşdür. 24.02.2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi və götürmə aparılan zaman onun üzərindən 1 ədəd siqaret qutusunda qurudulmuş marixuana aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsi tərəfindən verilmiş 24.02.2022-ci il tarixli 18/241 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kağız bükümündə təmiz çəkisi - 0,99 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Şəxs 24.02.2022-ci il tarixdə 00:30-da cinayət törətməkdə şübhəli şəxs qismində Hacıqabul rayon Polis şöbəsində tutulmuşdur. İlkin təhqiqat zamanı Şəxs üzərindən aşkar edilərək götürülmüş qurudulmuş marixuana şəxsi istehlak miqdarında olduğundan 24.02.2022-ci il tarixdə şübhəli şəxs Şəxs MSY-dən azad olunması haqqında qərar qəbul edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 31.03.2022-ci il tarixli 1501 nömrəli rəyindən görünür ki, Şəxs opioidlərin və Kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Hacıqabul rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X1 01.04.2022-ci il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət təqibi rədd edilmiş və əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Hacıqabul rayon Polis şöbəsinin İTB-yə göndərilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Hacıqabul rayon Polis şöbəsinin sahə rəisi, polis mayoru X6 oğlu tərəfindən 20.04.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və Hacıqabul rayon Polis şöbəsinin rəisi müavini Rüfət Quliyev 20.04.2022-ci il tarixdə qərardad qəbul etməklə qanuni tədbir görülməsi üçün material məhkəməyə göndərmişdir. Hacıqabul rayon Polis şöbəsinin sahə rəisi, polis mayoru X4 məhkəmə iclasında protokolu müdafiə edərək, Şəxs barəsində qanuni tədbirlər tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etdi və izahatında göstərdi ki, o, Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki ünvan 3 üzvləri ilə birlikdə yaşayır. Hərdən bir narkotik vasitə olan qurudulmuş marixuna istifadə edir. 23.02.2022-ci il tarixdə Şirvan şəhərində yaşadıqları küçədə yerdən siqaret qutusu tapmış, qutuya baxanda içərisində marixuanaya bənzər kütlə görmüş, həmin siqaret qutusunu qış gödəkcəsinin sağ cibinə qoyaraq evə getmişdir. 24.02.2022-ci il tarixdə həmin narkotikdən doldurub çəkmiş sonra özünü idarə etdiyi “Opel” markalı ** EY *** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul şəhərinə gəlmiş, orada olan zaman Hacıqabul RPŞ-nin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Onun üzərində narkotik maddənin olmasından şübhələndiklərini bildirib, onu Hacıqabul RPŞ-yə dəvət etmişlər. Hacıqabul RPŞ-də müdafiəçi ilə təmin edildikdən sonra üzərində şəxsi axtarış aparılan zaman əynində olan qış gödəkcəsinin sağ cibindən 1 ədəd siqaret qutusunun içərisində olan marixuana aşkar edilərək götürülmüşdür. Sorğu zamanı həmin narkotik maddəni Şirvan şəhərindəə evlərinin yaxınlığından tapdığını bildirmişdir. Törətdiyi əməldən peşman olmuşdur. Onun əlil olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, ekspertiza rəyləri, cinayət təqibi rədd edilməsi barədə qərar, protokol tərtib etmiş şəxsin, onun özünün etirafedici izahatı ilə tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq inzibati cərimənin məbləğini müəyyən edir. 37.2. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. 37.3. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. 37.4. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 37.5. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Şəxs narkomaniyadan məcburi müalicyə ehtiyacının olması da məhkəmə araşdırması ilə müəyyən edildiyindən onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, Şəxs müalicənin həyata keçirilməsi üçün ixtisaslaşmış müalicə müəssisəsinə təhvil verilməli və Şəxs narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut ekspertiza tədqiqatından sonra qalmış 0,97 qram olan kütlə çətənə (kannabis) qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat inzibati cərimə edilsin. Şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut ekspertiza tədqiqatından sonra qalmış 0,97 qram olan kütlə çətənə (kannabis) qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji dispanserdə qeydiyyata götürülsün. Şəxs məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №3(071)-104/2022
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-104/2022
20.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver