Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-110/2024 29.04.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi ilə, Hacıqabul rayon X10 Təhlükəsizlik Bölməsinin XÜ baş inspektoru polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Hacıqabul rayonu Muğan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Hacıqabul rayonu Muğan qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2024-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Hacıqabul rayon X10 Təhlükəsizlik Bölməsinin XÜ baş inspektoru polis baş leytenantı X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və onun əsasında qəbul edilmiş MN ******* nömrəli xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” Qərardadda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Şəxs ictimai qaydanı pozaraq polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati pozuntuya yol vermişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Hacıqabul rayon X10 Təhlükəsizlik Bölməsinin XÜ baş inspektoru polis baş leytenantı X6 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Şəxs idarə etdiyi “İveco” markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xarici işıq cihazları nasaz vəziyyətdə olduğu üçün və avtomobilin arxa hissəsinə əlavə dəmir pilləkən quraşdırdığı üçün yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Sürücü Şəxs müvafiq sənədlərin təqdim edilməsi tələb edildikdə o, sənədləri təqdim etmiş, lakin avtomobili duracağa aparılması üçün avtomobilin açarlarını təqdim etməkdən imtina etmiş, aqressivlik nümayiş etdirərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq hərətkərlərini etmişdir. Bundan sonra onlar Şəxs Hacıqabul RPŞ-nin inzibati binasına gətirmişlər. Polis şöbəsində olarkən Şəxs 1 saylı nəzarət-buraxılış məntəqəsinə yaxınlaşaraq qərəzli hərəkətlərinə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis baş serjantı X9 izahatında bildirdi ki, xidmətdə olarkən Şəxs idarə etdiyi “İveco” markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dayanma işarəsi vermişdir. Avtomobil dayandıqdan sonra o, Şəxs yaxınlaşaraq özünü təqdim etmişdir. Avtomobildə xarici işıq cihazları nasaz vəziyyətdə olduğu üçün və avtomobilin arxa hissəsinə əlavə dəmir pilləkən quraşdırıldığı üçün avtomobilin duracağa aparılacağını Şəxs bildirərəkən o, avtomobilin açarlarını verməkdən imtina edərək onların xidməti vəzifələrinin icrasına maneçilik törətmişdir. Bundan sonra o, digər əməkdaşların müşayiəti ilə Hacıqabul RPŞ-nə aparılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, Samux rayonunda anadan olmuşdur. Hazırda Gəncə şəhərində yaşayır. Bakı şəhərinə arabir gedərək oradan rayonlara yük daşımaqla məşğul olur. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində idarə etdiyi “İveco” markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayon ərazisinə daxil olarkə yol patrul xidmətinin əməkdaşları avtomobili dayandırmasını ondan tələb etmişlər. Onlar avtomobildə olan yükün daşıma qaydalarının tələblərinə zidd olaraq çox olduğunu bildirmişlər. Bundan başqa, avtomobilin qabaq hissəsinə əlavə avadanlıqların quraşdırıldığını bildirmişlər. O, həmin vaxt DİN-nin 102 xidmətinə zəng edərək bununla əlaqədar məlumat vermişdir. Daha sonra o 102 xidmətindən cavab gözləyərkən polis əməkdaşları onu duracağa aparmaq istəmişlər. Biraz təkiddən sonra o, özü avtomobilini idarə edərək duracağa aparmışdır. Hacıqabul RPŞ-nin inzibati binasında olarkən şöbənin ərazisindən bayıra çıxmaq istəyərkən qapıdakı polis əməkdaşı ona mane olmuşdur. Telefonunu əməkdaşdan götürüb yenidən DİN-nin 102 xidməti ilə əlaqə saxlamışdır. Polis əməkdaşlarına heç bir müqavimət göstərmədiyini, nalayiq ifadələr işlətmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin YPX inspektoru Polis mayoru X7 izahatında bildirdi ki, şəxs avtomobilə əlavə avadanlıqlar quraşdıraraq qayda pozuntusu törətmişdir. Avtomobilin çəkisi 3,5 ton olsa da, avotmobildə olan yükün çəkisi 5 ton olmuşdur. Avtomobildə olan yüklə əlaqədar Şəxs heç bir sənəd təqdim etməmişdir. Daha sonra 102 xidmətinə zəng vurmuşdur. Polis qanuni tələblərinə əməl qoymamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin YPX inspektoru polis baş serjantı X1 Nurlan Nadir oğlu ilə eyniməzmunlu izahat vermişdir. İş materiallarında olan İXP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 19:20-də İveco Yük markalı ** DT *** dövlət nömrə nişanlı avtomobili idarə edən Qurbanov X5 Xətalar Məcəlləsinin 327.1, 329.3, 342.2.2, 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. TP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qurbanov X5 Xətalar Məcəlləsinin 327.1, 329.3, 342.2.2, 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 150 manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19 radələrində ictimai qaydanı pozaraq polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati pozuntuya yol vermişdir. xx.xx.2024-cü il tarixli İnzibati qaydada tutuma haqqında protokoldan görünür ki, Şəxs tərəfindən törədilən inzibati xətanın qarşısının alınması məqsədilə o, xx.xx.2024-cü il tarixdə saat 21:00-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında icraat materialı üzrə inzibati qaydada tutulmuş şəxsə müdafiəçinin təqdim olunmasından imtina haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs ona təqdim olunmuş Şirvan Refional Vəkil Bürosunun vəkili X3 tərəfindən hüquqlarının müdafiə edilməsinə etirazını bildirərək müdafiəçidən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri tədqiq edərək qeyd edir ki, Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsi sübuta yetirilmir və bununla əlaqədar iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı Şəxs ictimai qaydanın pozaraq konkret olaraq hansı hərəkətləri etməsi, habelə polis əməkdaşlarının hansı qanuni tələblərinə qəsdən tabe olmadığı və bu tabe olmamanın hansı hərəkətlərdə öz əksini tapması müəyyən edilməmişdir. İşin faktiki müəyyən edilən halları ondan ibarətdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:20-də özünə məxsus İveco Yük markalı ** DT *** dövlət nömrə nişanlı avtomobili idarə edən zaman yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq avtomobildə işıq cihazlarının nasaz vəziyyətdə olması və avtomobilin arxa hissəsinə əlavə dəmir pilləkən quraşdırılması ilə əlaqədar avtomobilin duracağa aparılması ona bildirilmişdir. Şəxs həmin vaxt avtomobilin açarlarını təqdim etməkdən imtina etmiş, lakin bir neçə dəqiqə sonra fikrindən daşınaraq polis əməkdaşları ilə razılaşmış və özü avtomobili idarə edərək duracağa aparmışdır. Bundan sonra o, Hacıqabul RPŞ-nin inzibati binasına gətirilmişdir. Orada olarkən binanın həyətyanı sahəsini tərk etmək istəmiş, lakin nəzarətburaxılış məntəqəsində olan polis əməkdaşı onu həyətyanı sahədən bayıra buraxmamışdır. Bundan sonra o, mobil telefonu vasitəsilə yenidən DİN-nin 102 xidmətinə məlumat vermişdir. Daha sonra o, inzibati qaydada tutularaq müvəqqəti saxlama yerinə keçirilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələrilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələrilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-110/2024
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-110/2024
29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver