Məhkəmə qərarları › İş №3(071)-117/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-117/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-117/2023 10.04.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X8 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Hacıqabul rayonunda, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, 2-ci qrup əlil, Hacıqabul şəhəri, C.Cabbarlı küçəsi ev 64-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli və xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Hacıqabul şəhəri Xəqani küçəsində Zərərçəkmiş şəxs vurub sağ saidin aşağı 1/3 hissəsinin qançırı kimi dərəcəsi təyin edilməyən xəsarət yetirərək döymüş və onun yaşadığı evin pəncərəsinin şüşəsini qıraraq Zərərçəkmiş şəxs 80 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X3 inzibati xəta haqqında protokoların məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin törədilmiş əməllər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 157-ci və 232-1-ci maddələri ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Odur ki, onun barəsində qanunamüvafiq qaydada tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs həyat yoldaşı X2 ona 1500 manat borcu vardır. xx.xx.2023-cü il tarixdə həmin pulu ondan almağa getmiş, Farizin evdə olmadığını bilib əsəbləşərək, Zərərçəkmiş şəxs ilə mübahisə etmişdir. Lakin, həmin vaxt o, Zərərçəkmiş şəxs xəsarət yetirməmiş, onun evinin şüşəsini qırmamışdır. Odur ki, qeyd etdiklərini nəzərə alıb qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, X4 onun həyat yoldaşıdır. Həyat yoldaşı X4 2022-ci ilin avqust ayında Hicranın həyat yoldaşı Yengibar vasitəsi ilə ondan faizlə 1500 manat pul almışdır. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində həyat yoldaşı Fariz evdə olmadığı zaman Hicran onun yaşadığı evə gələrək onu təhqir etmiş, sonra yerdən götürdüyü daş parçasını ataraq yaşadığı evin pəncərəsini sındırmışdır. Hicrana həyətdən küçəyə "çıxmasını tələb etdikdə, Hicran qapını itələyərək onun sağ əlinə xəsarət yetirmişdir. Odur ki, Şəxs törətdiyi əmələ görə bağışlamır və onun cəzalandırılmasını xahiş edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 03 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinə zamanı aşkar edilmiş xəsarət-sağ saidin aşağı1/3 hissəsinin qançırı Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə yəni kənar şəxslər tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti müayinədən 4-5 gün əvvələ uyğundur. Yuxarıda qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmur. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında təhqiqat araşdırması aparılmış və 11 fevral 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələrinin tərkibi olduğu müəyyən edildiyindən qərarın surəti Hacıqabul rayon X5 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış protokolu”na əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs yaşadığı evin pəncərəsinin yuxarı hissəsi sındırılmışdır. İş materiallarına əlavə edilmiş elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs İİ qrup əlil olmaqla, hər ay 220 manat pensiya alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. 30.2-ci maddəsinə əsasən-hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaların törədilməsi zərər çəkmiş şəxsin izahatı, ekspert rəyi, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs İİ qrup əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır (İXM 32.2-ci maddəsi). Onun məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən olunmadı. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin tətbiq olunmasını məqsədə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 157-ci maddəsinin sanksiyası çərçivəsində 300 (üç yüz) manat cərimə tənbehi tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar