Məhkəmə qərarları › İş №3(071)-118/2024

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-118/2024

15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-118/2024 15.05.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hacıqabul rayonu İnzibati təcrübə üzrə baş inspektor polis leytenantı X3 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Sabirabad rayonunun Abdulabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, X2 idarəsində mühasib işləyən, əvvəllər məhkum olunmayan, Hacıqabul rayonu, Abdulabad kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materialdan görünür ki, xx.xx.2024-cü il tarixdə Hacıqabul RPŞ-nin DYPB-nin YPX baş inspektoru, polis baş leytenantı Ramil Rəcəbov raportla məruzə edərək, xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Chevrolet Cruze markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü Həsənov X1-Şirvan yolunun 1-ci kilometirliyində avtomobillə 3 ədəd ağacı vuraraq qırmasını bildirmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Chevrolet Cruze markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Hacıqabul rayonu inzibati təcrübə üzrə baş inspektor polis leytenantı X4 izahatında bildirdi ki, şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan Chevrolet Cruze markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Avtomobili idarə edərkən idarəetməni itirmiş və avtomobil yolun kənarında əkilmiş ağaca çırpılmış, nəticədə 3 ədəd ağac yararsız hala düşmüşdür. Qeyd ediln hadisə 2024-cü ilin fevralın ayının 19-u baş vermişdir. Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü inzibati xətanın törədilməsində tam təqsirli bilərək izahatında bildirdi ki, Hacıqabul rayonu suvarma idarəsində işləyir. 19 fevral 2023-cü il tarixdə Hacıqabul-Şirvan yolu ilə hərəkət edərkən qarşıdan gələn avtomobil qəflətən onun qarşısına çıxaraq yolun sağ tərəfinə meyillənmiş, o, idarə etidiyi avtomobili qəflətən saxlayaraq yolun kənarında olan ağaclara çırpmışdır. Həmin avtomobil onun əmisi oğlunun mülkiyyətnidədir, özünün sürücülük hüququ yoxdur. O, dəymiş ziyanı tam ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Hacıqabul RPŞ-nin DYPB-nə verdiyi izahatından görünür ki, o, xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Chevrolet Cruze markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomobili idarkən idarəetməni itirərək Hacıqabul-Şirvan tolunun 1-ci kilometirliyində avtomobillə 3 ədəd ağacı vuraraq qırmışdır. Hadisə zamanı xəsarət alan olmamışdır. İş materialları ilə müəyyən olunur ki, Chevrolet Cruze markalı ** DG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün Şəxs sürücülük hüququ yoxdur. Hacıqabul rayon İcra Hakimiyyətinin yaşıllaşdırma və abadlıq işləri idarəsi tərəfindən verilmiş qüsur aktından görünür ki, qırılmış 3 ədəd 5 illik şam ağaclarının smeta dəyərinin hesablanması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 118 nömrəli qərarına əsasən hesablanma aparılmış və smeta dəyərinin 2280 manat təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edən şəxs tərəfindən törədilən inzibati xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəsinin sxemi, özünün etirafedici izahatı ilə yanaşı zərər çəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında beş yüz manat məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tənbehləri nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci və 32.1.7-ci maddələrinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi, habelə həmin şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hallar hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, törədilmiş inzibati xətanın zərərli nəticələrinin aradan qaldırmasını və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödəməsini, məsuliyyəti ağırlaşdıran halların isə müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail olmaq olar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar