Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-118/2025 10.06.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bərdə rayonu Dəymədağıldı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bərdə rayonu Dəymədağıldı kəndində qeydiyyat olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının Vİİ Tağımının YPX inspektoru Nümayəndə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:24-də “Hyundai Avante” markalı, **-RQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etmişdir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, protokol qeyri-qanuni olaraq tərtib olunmuşdur. Belə ki, o saxlanılan zaman idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanı örtüklü olmamışdır. İş materiallarında olan fotoşəkil isə radar aparatı vasitəsilə çəkilib və həmin görüntüdən xətanın nə zaman törədilməsini müəyyən etmək mümkün deyil. Belə ki, o, protokol üzrə ilkin araşdırma aparan zaman müəyyən etmişdir ki, görüntüdə qeydə alınmış xəta ilə bağlı ilkin olaraq tanımadığı Əli adlı şəxs barəsində protokol tərtib edilmişdir. Həmin şəxs tərəfindən verilmiş şikayət əsasında qərar ləğv edilmiş, daha sonra onun barəsində protokol tərtib edilmişdir. Bundan əlavə inzibati orqanının onun barəsində protokol tərtib olunmasına əsas olmuş xəta 4-5 ay öncə qeydə alınmışdır. Lakin həmin xətanın ona məxsus nəqliyyat vasitəsilə törədilməsini təsdiq edən mötəbər sübut yoxdur. xx.xx.2025-ci il tarixdə ailə üzvləri ilə birlikdə yaşadığı Bərdə şəhərindən Bakı şəhəri istiqamətində istifadəsində olan nəqliyyat vasitəsilə hərəkətdə olan zaman Nəvahi postunda Yol Patrul Xidməti əməkdaşları ona saxla işarəsi vermiş, daha sonra ona qeyd olunan xəta ilə bağlı protokol tərtib ediləcəyini, izahat yazmalı olduğunu əks halda nəqliyyat vasitəsinin cərimə meydançasına yerləşdiriləcəyini bildirmişlər. O, əvvəlcə etiraz etsə də, sonradan avtomobildə ailəsi olduğundan izahatı yazmaq məcburiyyətində qalmışdır. İzahatda olan imza onun özünə məxsusdur. Məhkəməyə təqdim edilmiş DVD diskdə olan nəqliyyat vasitəsinin fotoşəkili ona aid nəqliyyat vasitəsinə məxsus deyildir. Ona məxsus nəqliyyat vasitəsini bəzən qardaşı idarə edir. Barəsində tərtib edilmiş protokolda onun törətməsi ehtimal olunan inzibati xətanı xx.xx.2025-ci il tarixdə törətməsi qeyd olunmuş, halbuki onun mülkiyyətində olan nəqliyyat vasitəsi xətanın törədildiyi həqiqi tarixdə onun aşkar olunduğu ərazidə idarə edilməmişdir. Məhkəmə iclasının keçirilmə vaxtı və yeri barəsində Azərbaycan Respublikası DİNnin Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının Vİİ Tağımına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndənin məhkəmə iclasında iştirakını təmin etməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak edə bilməməsi barədə məlumat verməmiş və protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsinin işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclası zamanı Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının Vİİ Tağımının inspektoru Nümayəndə izahatında bildirmişdir ki, avtomobil raport əsasında saxlanılmış, dövlət qeydiyyat nişanının üzəri örtülü olmuşdur. Nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə protokol tərtib edilməmişdir. Çünki sürücü izahatında təqsirini etiraf etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalar ilə bağlı tərtib edilən inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:24-də “Hyundai Avante” markalı, **-RQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etmişdir. Lakin inzibati xəta haqqında protokoldan görünür ki, inzibati xətanın törədildiyi yer barəsində protokolda heç bir qeydiyyat aparılmamışdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş fotoşəkildən və 1 ədəd DVD diskdən müəyyən edilir ki, “Hyundai Avante” markalı, **-RQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin nömrəsinin sonuncu rəqəmləri örtülmüşdür. Lakin xətanın baş verdiyi tarix protokol da qeyd edilmiş xx.xx.2025-ci il deyil, xx.xx.2024-cü ildir. Dolayısı ilə məhkəməyə təqdim edilmiş protokolda xətanın törədildiyi tarix slahiyyətli inzibati orqan tərəfindən düzgün müəyyən edilməmişdir. Qeyd edilir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Məhkəmə araşdırması zamanı inzibati xətanın törədildiyi yer barəsində məlumatların əldə edilməsi məqsədilə xx.xx.2025-ci il tarixli, 3(071)-118/2025 saylı qərardadla barəsində inzibati icraat aparılan şəxs Şəxs istifadəsində olan +99***-***-**-**, +99***-***-**-**, +99***-***-**-**, +99***-***-**-** və X2 istifadəsində olan +99***-***-**-** mobil nömrələrin xx.xx.2025-ci il tarixdən, xx.xx.2025-ci il tarixədək olan müddət ərzində anten dairəsi barədə məlumatlar "xxxx" MMC və "xxxx" MMC-dən götürülməsi, qərardad icra olunması üçün "xxxx" MMC və "xxxx" MMC-yə göndərilməsi və məlumatların Hacıqabul Rayon Məhkəməsinə göndərilməsi "xxxx" MMC və "xxxx" MMC-yə həvalə edilməsi qərara alınmışdır. Sözügedən anten məlumatların aid olduğu 1 ədəd CD disk xx.xx.2025-ci il tarixində məhkəməyə daxil olmuş, həmin CD disk tədqiq edildiyi zaman xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunmuş xəta ilə bağlı anten məlumatlarında bilavəsitə xətanın törədildiyi yerlə bağlı məlumatlar müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 93.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış, yəni onun konstruktiv bütövlüyünü pozmadan inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlərin müəyyən edilməsi məqsədi ilə aparılan müayinədir; Həmin Məcəllənin 93.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış fasiləsiz videoçəkiliş aparılmaqla nəqliyyat vasitəsi sahibinin iştirakı ilə həyata keçirilir. Təxirə salınmayan hallarda nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsinin sahibinin iştirakı olmadan fasiləsiz videoçəkiliş aparılmaqla keçirilə bilər; Həmin Məcəllənin 93.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış haqqında protokol tərtib olunur. Bu protokolda aşağıdakılar göstərilir: 93.3.1. protokolun tərtib edildiyi tarix və yer; 93.3.2. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 93.3.3. nəqliyyat vasitəsinin sahibi barəsində məlumatlar; 93.3.4. nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün əsaslar; 93.3.5. nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət qeydiyyat nişanı və digər eyniləşdirmə əlamətləri barədə məlumatlar; 93.3.6. aşkar edilmiş əşyaların növü, miqdarı və digər eyniləşdirmə əlamətləri, o cümlədən silahın markası, modeli, seriyası və nömrəsi, döyüş sursatının növü və miqdarı barədə məlumatlar; 93.3.7. aşkar edilmiş sənədlərin növü və rekvizitləri. Həmin Məcəllənin 93.3-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış haqqında protokolda fasiləsiz videoçəkilişdən istifadə barədə müvafiq qeyd aparılır və videoçəkilişi əks etdirən məlumat daşıyıcısı həmin protokola əlavə edilir; Həmin Məcəllənin 93.4-cü maddəsinə əsasən maddi sübutların qeydə alınması məqsədilə onların fotoşəkilləri də çəkilə bilər. Bu halda nəqliyyat vasitəsinə baxış haqqında protokolda fotoçəkilişdən də istifadə edilməsi barədə müvafiq qeyd aparılır və fotoçəkilişdən istifadə nəticəsində əldə edilmiş məlumat daşıyıcıları protokola əlavə olunur. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarının müəyyən edilməsi nəqliyyat vasitəsinə baxış keçirilməsi ilə, həmçinin baxışın fasiləsiz videoçəkiliş aparılmaqla nəqliyyat vasitəsi sahibinin iştirakı ilə həyata keçirilməsi müəyyən edilmişdir. Nəqliyyat vasitəsinə baxış zamanı baxış haqqında protokolda fasiləsiz videoçəkilişdən istifadə barədə müvafiq qeyd aparılır və videoçəkilişi əks etdirən məlumat daşıyıcısı həmin protokola əlavə edilməlidir. Lakin inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, eyni zamanda Yol Patrul Xidməti Alayının Vİİ Tağımının inspektoru Nümayəndə xx.xx.2025-ci il tarixli məhkəmə iclasında verdiyi izahatından görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının Vİİ Tağımı tərəfindən “Nəqliyyat vasitəsinə baxış haqqında protokol” ümumiyyətlə tərtib edilməmiş və xətanın törədilməsində vasitə olan örtük aşkar edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının qanunvericilinin yuxarıda qeyd edilmiş müddəalarından da göründüyü kimi, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinin sübut edilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının Vİİ Tağımının üzərinə qoyulsa da, səlahiyyətli inzibati orqan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:24-də “Hyundai Avante” markalı, **-RQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etməsini təsdiq edən hərhansı bir mötəbər sübut məhkəməyə təqdim etməmiş, sadəcə xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalar ilə bağlı tərtib edilən inzibati xəta haqqında protokolun tərtib edilərək baxılması üçün məhkəməyə göndərilməsi ilə kifayətlənmişdir. Bunun əksinə olaraq məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Şəxs tərəfindən törədilməsi istinad edilən xəta ümumiyyətlə xx.xx.2025-ci il tarixdə deyil, xx.xx.2024-cü il tarixdə törədilmiş, səlahiyyətli inzibati orqan isə protokolunda xətanın 09 fevral 2025-ci il tarixdə törədilməsinə istinad etmişdir. Beləliklə, məhkəmə belə qənaıtı gəlir ki, protokol tərtib etmiş orqanının məhkəməyə təqdim etdiyi sübutlar ziddiyyətli olduğundan sübut kimi qəbul edilə bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, barəsində icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatı ilə DYPX tərəfindən təqdim edilmiş izahat arasında ziddiyyət mövcud olmaqla, onun məhkəmədə verdiyi izahat iş materiallarında olan digər şübhələrlə aradan qalxmadığından, səlahiyyətli iznibati orqan isə bunun əksini sübut edən əlavə sübut təqdim edə bilmədiyindən., Şəxs məhkəmə iclasında verdiyi sübut qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri). Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının Vİİ Tağımı tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə tərtib etdiyi xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokol üzrə təqsiri sübuta yetirilmədiyindən, onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(071)-118/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-118/2025
10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver