Məhkəmə qərarları › İş №3(071)-119/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-119/2023

14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-119/2023 14.04.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X12 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon X6 X7 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Hacıqabul rayon X6 X7 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair İXP seriyalı ******* nömrəli, 13 aprel 2023-cü il tarixli inzibati xəta haqında protokol və ona əlavə edilmiş sənədlər Hacıqabul rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Hacıqabul şəhəri H.Həmidov küçəsində idarə etdiyi “BMW” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxararaq, yolun səthində çoxsaylı təkər izlərinin buraxaraq, avtomobil yüksək sürətlə idarə edərək, Hacıqabul şəhərinin İ.Qayıbov küçəsində işıqforun qırmızı işığından keçərək, davamlı olaraq eyni istiqamətdə hərəkətdə olan avtomobillərin hərəkətinə qəsdlə qəza vəziyyəti yaradaraq YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, avtoxuliqanlıq əməli törətmişdir. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 511.1.3-cü maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilmiş, İXM-nin 511.1.3-cü maddəsinə aid hissədə baxılması məhkəməyə təqdim edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü tam təqsirli bilərək izahatında bildirdi ki, “BMW” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobil babasına məxsusdur, lakin həmin avtomobili o idarə edir. xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində anası ilə mübahisə etdiyinə görə əsəbi halda Hacıqabul şəhəri H.Həmidov küçəsində idarə etdiyi avtomobili qəflətən sürətləndirərək, yolun səthində çoxsaylı təkər izləri buraxaraq, davamlı şəkildə yol hərəkət qaydalarını pozmuş, İ.Qayıbov küçəsində işıqforun qırmızı işığında hərəkətini iti sürətlə davam etdirmiş və bundan sonra bir neçə yerdə avtomobili qəflətən sürətləndirməklə səslərin çıxarılması ilə müşayiət olunan hərəkətlər etmişdir. Lakin, törətdiyi əməllərdən çox peşmandır. Onun barəsində həbslə əlaqədar olmayan tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, o Hacıqabul RPŞ-nin DYPB-də YPX inspektoru işləyir. xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Hacıqabul şəhəri, H.Həmidov küçəsində “BMW” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sola dönmə işığını yandırmadan hərəkətini davam etdirdiyini gördükdən sonra həmin avtomobilə saxla işarəsi vermiş, lakin həmin avtomobilin sürücüsü onun saxla əmrinə tabe olmayaraq, avtomobili qəflətən sürətləndirərək İ.Qayıbov küçəsində işıqforun qadağanedici qırmızı işığında hərəkətini iti sürətlə davam etdirmişdir. Həmin avtomobilin sürücüsü avtomobili yolun səthində çoxsaylı təkər izlərinin buraxaraq, ziqzaqvari hərəkətlərlə avtomobili idarə edirdi. Təqribən həmin yerdən 6-7 km sonra Şəxs idarə etdiyi “BMW” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamaq mümkün olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, Şəxs onun oğludur. xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Afiq onunla mübahisə etmiş, sonra əsəbi halda Hacıqabul şəhəri H.Həmidov küçəsində idarə etdiyi “BMW” markalı avtomobili qəflətən sürətləndirərək, yerdə təkər izləri buraxaraq, davamlı olaraq xuliqanlıq hərəkətləri etmişdir. Oğlu ilə mübahisə etməsinin səbəbi avtomobili idarə etmək istəməsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 şahid X5 ilə eyni məzmunlu izahat verdi. İş materiallarına əlavə edilmiş DVD diskə əlavə edilmiş videogörüntülərdən görünür ki, “BMW” markalı, **-DC-*** markalı avtomobil yüksək sürətlə idarə edərək, şəhərin İ.Qayıbov küçəsində işıqforun qırmızı işığından keçərək, davamlı olaraq eyni istiqamətdə hərəkətdə olan avtomobillərin hərəkətinə qəsdlə qəza vəziyyəti yaradaraq, YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, bir neçə dəfə avtoxuliqanlıq hərəkətləri etmişdir. İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində qeyd edilir ki, avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan - mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin izahatı, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, şahidlərin izahatları, habelə inzibati materialda olan videogörüntü və digər sənədlərlə Şəxs İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi əsaslar mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində əlavə və əsas növdə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 14 aprel 2023-cü il tarixdən saat 15:00-dan hesablansın. Qərarın icrası Hacıqabul rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar