Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-121/2023 01.05.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X8 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Hacıqabul rayon prokurorunun köməkçisi X1, Zərərçəkmiş şəxs İsrafil oğlunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Maarif oğlunun iştirakları ilə, xx.xx.1982-ci ildə Sabirabad rayonunun Cəngən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, “X5”şirkətində böyük usta vəzifəsində işləyən, Şirvan şəhəri, Neftçilər küçəsi ev 18-də qeydiyyatda olmaqla yaşayan Şəxs Maarif oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Maarif oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Prokuroru, baş ədliyyə müşaviri Lalə Hüseynova tərəfindən qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 13 aprel 2023-cü il tarixli qərar və ona əlavə edilmiş sənədlər baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə “X5” şirkətində texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini daşıyan vəzifəli şəxs, baş usta vəzifəsində işləyən Şəxs Maarif oğlu tərəfindən texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması səbəbindən şirkətin “Texnolojinəqliyyat” sexində sementləyici aqreqat motorçusu vəzifəsində işləyən Zərərçəkmiş şəxs İsrafil oğlunun 346 saylı quyuda QƏYTS tərəfindən aparılan təmir işləri zamanı, gecə növbəsində idarə etdiyi texnikadan quyuya su boşaltmaq istəyən zaman yaxınlıqda olan iş meydançasının texnikanın geriyə hərəkət etməsinə maneçilik törətdiyinə görə metaldan olan iş meydançasını əli ilə qaldıraraq kənara çəkmiş, lakin avtomobilin arxa tərəfinə keçdikdə həmin iş meydançası aşaraq, ehtiyatsızlıqdan sonuncu sağ tərəfli pnevmotoraks, X qabırğanın sınığı, minimal hemotoraks kimi sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır xəsarət almışdır. Bununla da Şəxs Maarif oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cümaddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Maarif oğlu özünü İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilərək izahatında bildirdi ki, 2005-ci ildən “X5”şirkətində böyük usta vəzifəsində işləyir. Əsas vəzifəsi işçilərin işinin təşkili, işçilərin davamiyyətinə nəzarət, quyuların təmiri və avadanlıqların sazlığına nəzarətdən ibarətdir. xx.xx.2022-ci il tarixdə işlədiyi “X5” şirkətində saat 19:00 dan 07:00-dək olan müddətədək gecə növbəsində olmuşdur. Növbəyə daxil olduqdan sonra 346 saylı quyuda təmir işləri getdiyinə görə oraya yollanmışdır. Təxminən gecə saat 00:00 radələrinədək 346 saylı quyuda görülən işlərə nəzarət etdikdən sonra digər quyulara nəzarət etmək üçün oradan uzaqlaşmışdır. Gecə saat 01:30 radələrində ona qazmaçı vəzifəsində işləyən Fizuli Əhmədovun zəng edərək Texnoloji-nəqliyyat sexindən 346 quyuya su vurmaq üçün gəlmiş sürücü Zərərçəkmiş şəxs İsrafil oğlunun idarə etdiyi xüsusi təyinatlı texnikanı quyuya su vurmaq üçün yaxınlaşdırdıran zaman quyunun yaxınlığında olan iş meydançasının ona mane olduğunu və metal materialdan olan meydançanı kənara çəkmək istəyən zaman meydançanın onun kürək nahiyəsinə dəydiyini və Rahibin bel nahiyəsindən xəsarət aldığını bildirmişdir. O, dərhal 346 saylı quyuya yaxınlaşdıqda Rahibin oradan tibb məntəqəsinə aparıldığını öyrənmişdir. Rahibin vəziyyətini öyrənmək üçün tibb məntəqəsinə getmiş, tibb məntəqəsində Rahib ona kürək nahiyəsinə metal materialdan olan meydançanın dəydiyini və kürəyinin ağrıdığını bildirmişdir. Bundan sonra şirkətə məxsus təcili tibbi yardım avtomobili ilə Rahib Şirvan şəhər xəstəxanasına aparılmışdır. Baş vermiş hadisədə onun təqsiri vardır. Belə ki, quyuların təmiri və avadanlıqların sazlığına nəzarət vəzifəsi təlimatla ona həvalə edilmişdir. Lakin, o, bununla bağlı işinə diqqətli yanaşmadığından məlum hadisə baş vermişdir. Bununla belə törətdiyi əmələ görə peşmandır. Uzun müddətdir ki, “X5” şirkətində heç bir xidməti qüsuru olmadan işləmişdir. Ailəlidir və himayəsində azyaşlı uşaqları vardır. Bu halları nəzərə alaraq, onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs İsrafil oğlu izahatında bildirdi ki, 20 ildən çoxdur ki, “X5” şirkətində texnoloji nəqliyyat sexində sementləyici aqreqat motorçusu vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə işlədiyi “X5”də saat 19:00 dan 07:00-dək olan müddətədək gecə növbəsinə daxil olmuşdur. 346 saylı quyuda təmir işləri getdiyinə görə növbətçi hissə tərəfindən işlədiyi texnoloji-nəqliyyat sexindən həmin quyuya boruları yüksək təzyiqlə yoxlamaq üçün göndərilmişdir. Təxminən gecə saat 01:30 radələrində 346 saylı quyuya su vurmaq lazım olduğundan, lakin idarə etdiyi “Ural”markalı texnikanın rezin materialdan olan borusu quyuya çatmadığından avtomobili quyuya yaxın məsafəyə geriyə vermək istəmişdir. Quyunun yaxınlığında yerdə olan işçi meydançası ona mane olduğundan onu əli ilə bir qədər kənara çəkmək qərarına gəlmişdir. Metal materialdan olan meydança ağır olduğuna görə həmin vaxt 346 saylı quyuda təmir işi ilə məşğul olan Fizuli ona kömək etmiş və onlar meydançanı bir tərəfi üzərinə qaldırmışlar. Bundan sonra Fizuli işinə geri dönmüşdür. O, idarə etdiyi “Ural” markalı xüsusi təyinatlı avtomobilin arxa tərəfinə keçdiyi zaman həmin metal materialdan olan meydança aşaraq onun kürək nahiyəsinə dəymişdir. Yaxınlıqda olan Fizuli ona yaxınlaşaraq kömək etmiş və üzərini təmizlədikdən sonra kürəyində kəskin ağrılar olduğundan bir qədər kənarda avtomobildə əyləşmişdir. Daha sonra şirkətin ambulans avtomobili ilə X3 göndərilmişdir. 4 gün xəstəxanada qaldıqdan sonra evə buraxılmışdır. Baş vermiş hadisəyə görə şikayəti və tələbi yoxdur. Şəxs Maarif oğlu barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Hacıqabul rayon prokurorunun nümayəndəsi X4 inzibati xəta haqqında icraatın başlanması haqqında qərarın məzmununa uyğun çıxış edərək Şəxs Maarif oğlunun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 3011 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, Şəxs Maarif oğlu xx.xx.2020-ci il tarixdən “X5” şirkətində quyuların əsaslı və yeraltı təmiri sexində böyük usta vəzifəsində işləyir. İş materiallarında olan “X5” şirkətinin Azərbaycan Respublikasındakı Filialının rəhbəri tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş “Böyük ustanın Peşə Təlimatı”nın 3.1-ci bəndinin 2-ci abzasına əsasən böyük usta, xidmət briqadalarının fəaliyyətini əlaqələndirir, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi qaydalarını yerinə yetirilməsi üzrə tədbirlər görür, həmçinin onlara riayət edilməsinə nəzarət etmək vəzifəsi daşıyır. İş materiallarında olan məhkmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 700 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs İsrafil oğlunun bədən səthində aşkar olunan xəsarətlər- sağ tərəfli pnevmotoraks, X qabırğanın sınığı, minimal hemotoraks küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarət sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə-əmək təhlükəsizliyi ekspertizasının 17 mart 2023-cü il tarixli, 10/650 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Yükləmə boşaltma işləri” “Təhlükəsizliyin ümumi tələbləri” 12.3.009-76 DÜST-ün (Dövlət standartı) 1.3, 2.13 bəndlərinin tələbləri və Böyük ustanın Peşə Təlimatının 3.1 bəndinin 20-cı abzasının tələbi pozulmuşdur. "X5" şirkəti'nin işçisi Zərərçəkmiş şəxs İsrafil oğlu tərəfindən Hacıqabul rayonu ərazisində 346 saylı quyunun yaxınlığında yerləşən çəkisi 240 kq olan işçi meydançasının yerdəyişməsini mexanikiləşdirilmiş üsul ilə, qaldırıcı-nəqliyyat vasitələrinin və kiçik mexanizasiya vasitələrinin istifadəsi ilə yerinə yetirilməməklə həyata keçirilib yükün dayanıqlı vəziyyəti təmin edilmədiyinə görə, “Yükləmə-boşaltma işləri. Təhlükəsizliyin ümumi tələbləri" 12.3.009-76 DÜST-ün (Dövlat standarti) 1.3, 2.13 bəndlərinin tələbləri işçi meydançasının yerdəyişməşi işini həyata keçirmiş X2 özü tərəfindən pozulmuşdur. Briqada üzvlərinin əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət etmələrinə nəzarət etmədiyinə görə, “Böyük ustanın Peşə Təlimatı”nın 3.1 bəndinin 20-ci abzasının tələbləri Şəxs Maarif oğlu tərəfindən pozulmuşdur. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 aprel 2023-cü il tarixli qərardan görünür ki, “X5” şirkətində böyük usta vəzifəsində işləyən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini daşıyan Şəxs Maarif oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 162.1 və 162-1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri mövcud olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 198.2-ci maddəsində texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 198.3-cü maddəsində isə bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə tənbehi nəzərdə tutulmuşdur. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati material üzrə tədqiq edilmiş sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs Maarif oğlu tərəfindən Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, “X5” şirkətində böyük usta vəzifəsində işləyən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini daşıyan vəzifəli şəxs Şəxs Maarif oğlu tərəfindən texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması səbəbindən Zərərçəkmiş şəxs İsrafil oğlu 27 oktyabr 2022-ci il tarixdə 346 saylı quyuda QƏYTS tərəfindən aparılan təmir işləri zamanı iş meydançasının üzərinə düşməsi nəticəsində az ağır xəsarət almış, bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs Maarif oğlunun törətdiyi əməldən səmimi peşman olmasını və inzibati xəta hadisəsinin baş verməsində zərər çəkmiş şəxsin özünün də təqsirinin olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Şəxs Maarif oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırladıran halları müəyyən etmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halların olmasını və məsuliyyətini ağırlaşdıran halların isə müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Maarif oğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Maarif oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X9
Məhkəmə qərarları › İş №3(071)-121/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-121/2023
01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver