Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-124/2022 22.07.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi ilə, Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Salyan Regional ərazi şöbəsinin nümayəndəsi X8, Hacıqabul rayon prokurorunun köməkçisi X3, Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-dən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Hacıqabul rayon prokuroru, ədliyyə müşaviri Lalə Hüseynovanın xx.xx.2022-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Qərar və toplanmış material inzibati araşdırma aparılması və müvafiq qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin rəis müavini X9 xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərardadı ilə Azərbaycan Respublikası İXM-in 18.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş aidiyyəti üzrə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Material xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(071)-124/2022 nömrəli qərarı ilə Hacıqabul Quşçuluq Şirkəti” MMC-nin barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xətanın tərkib əlamətləri, həmçinin inzibati xəta hadisəsi olmadığı üçün icraata xitam verilmişdir. Hacıqabul rayon prokuroru ədliyyə müşaviri Lalə Hüseynova iş üzrə Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(071)-124/2022 nömrəli qərarından apelyasiya protesti vermişdir. 27 may 2022-ci il tarixli məktubla Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(071)-124/2022 nömrəli qərarından Hacıqabul rayon prokuroru, ədliyyə müşaviri Lalə Hüseynova tərəfindən verilmiş apelyasiya protesti inzibati material ilə birlikdə baxılması Şirvan Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(106)-211/2022 nömrəli qərarı ilə "xxxx" MMC-nin barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(071)-124/2022 nömrəli qərarından Hacıqabul rayon prokuroru ədliyyə müşaviri Lalə Hüseynova tərəfindən verilmiş protest qismən təmin edilmiş, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(071)-124/2022 nömrəli qərarı protestə əsasən ləğv edilmiş, iş materialları yenidən baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Material məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. İşə baxılması xx.xx.2022-ci il tarixə saat 11:40-a təyin edilmişdir. Hacıqabul rayon prokurorluğunun səlahiyyətli nümayəndəsi məhkəməyə gəlmədiyinə görə işə baxılması xx.xx.2022-ci il tarixə saat 14:00-a təxirə salınmışdır. Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Salyan regional ərazi şöbəsinin nümayəndəsi X15 məhkəmə iclasında izahat verərək bildirdi ki, Hacıqabul rayon prokurorunun xx.xx.2022-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 192.1ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Qərar və toplanmış material inzibati araşdırma aparılması və müvafiq qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinə göndərilmişdir. X16 Xidməti prokurorun qərarını və materialı əsas götürməklə hüquqi şəxs olan "xxxx" MMC-nin barəsində inzibati tənbehin yalnız hakim tərəfindən tətbiq edildiyini nəzərə almaqla, Azərbaycan Respublikası İXM-in 18.5-ci maddəsinə əsasən inzibati xəta haqqında işi aidiyyəti üzrə baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərmişdir. Odur ki, qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Hacıqabul rayon prokurorunun köməkçisi X10 məhkəmə iclasında izahat verərək bildirdi ki, Hacıqabul rayon prokuroru, ədliyyə müşaviri Lalə Hüseynovanın xx.xx.2022-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Tərlan Abbasovun işlədiyi "xxxx" MMC-də əlindən xəsarət alması barədə məlumat daxil olmuşdur. Həmin hadisə iləbağlı araşdırma apararkən zərərçəkmiş Tərlan Abbasovdan hansı vaxtdan Şirkətə işə qəbul olunduğu soruşmuşdur. T.Abbasov izahatında «deyəsən 2021-ci ilin aprel ayından işə qəbul olunmasını» göstərmişdir. T.Abbasovun dediklərini anası L.Abbasova və briqadir Akif Əliyev təsdiq etmişlər. Bu səbəbdən hesab edir ki, hüquqi şəxs olan "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri vardır. Akif Əliyev izahat verərkən X11 onunla işləyən zaman üzüm gətirdiyini bildirmişdir. Bu hal iş üçün əhəmiyyət kəsb etmədiyinə görə o, Akif Əliyevin yazılı izahatında bunu qeyd etməmişdir. Hazırda "xxxx" MMC-nin təhbeh edilməsini xahiş edir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahatında bildirdi ki, "xxxx" MMC Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. "xxxx" MMC xx.xx.2002-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə X30 tərəfindən Dövlət qeydiyyatına alınaraq ******* saylı identifikasiya kodu altında qanunvericiliklə qadağan olunmayan təsərrüfat fəaliyyəti ilə məşğul olur. Şirkətin hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyət, mülkiyyət forması xüsusi mülkiyyətdir. Şirkətə xx.xx.2004-cü il tarixdən Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Vergi ödəyicisinin uçota alınmaqla ********** saylı vergi Şəhadətnaməsi verilmiş, Şirkət ərzaqlıq toyuq yumurtası istehsalçısıdır. Şirkətin hüquqi ünvanı və faktiki ünvanı Hacıqabul rayon Ağacanlı kəndidir (poçt indeksi 2400). xx.xx.2004-cü il təvəllüdlü X18, özünün və hər iki valdeyininin yazdıqları ərizələr əsasında xx.xx.2021-ci il tarixdə Şirkətlə əmək müqaviləsi bağlayaraq Şirkətin təmir quraşdırma sexinə fəhlə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Tərlan Abbasov ona həvalə olunmuş boş kauçuk qutuları traktorun yedəyinə yığmaq üçün onun fəzifə təlimatında ona qadağan olunmuş hala yol verərək, yedəyi irəli çəkmək istəyən zaman yerə yıxılmış, yedəyin qoşqu hissəsi onun sağ əlinin üzərinə düşərək, sağ əlin 3 və 4-cü falanqalarının sınığı xəsarətini almışdır. Baş vermiş bədbəxt hadisə ilə bağlı "xxxx" MMC tərəfindən T.Abbasov ilkin tibbi yardım olunması üçün Şirvan şəhər MX-na aparılmış, dərhal həmin gün X16 Xidmətinin Salyan regional ərazi şöbəsinə və Hacıqabul rayon prokurorluğuna məlumat verilmişdir. İş üzrə daxili, X16 Xidmətinin Mil-Muğan Regional şöbəsi və Hacıqabul rayon prokurorluğu tərəfindən araşdırmalar başlanmışdır. Hazırda X16 Xidmətinin Mil-Muğan Regional şöbəsi tərəfindən aparılmış araşdırmanın nəticəsi barədə Şirkətə hər hansı bir qərar daxil olmamışdır. Hacıqabul rayon prokurorluğu tərəfindən araşdırma aparılan zaman zərərçəkmiş Tərlan Abbasovdan hansı vaxtdan Şirkətə işə qəbul olunduğu soruşulmuşdur. T.Abbasov izahatında «deyəsən 2021-ci ilin aprel ayından işə qəbul olunmasını» göstərmişdir. T.Abbasovun izahatı alınana qədər onun işə qəbul barədə əmək müqaviləsinin, elektron əmək müqaviləsi bildirişinin, hər iki valdeyninin ərizələri, digər rəsmi sənədlər hər iki quruma təqdim olunmuşdur. T.Abbasov "xxxx" MMC-yə işə qəbul olunarkən yetkinlik yaşına çatmadığı üçün onun və hər iki valdeyininin ərizələri alınmışdır. T.Abbasovun atası Vəli Abbasovun ərizəsi yaşadığı yer üzrə Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının Minbaşı Kənd İnzibati Ərazi X17 tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiq olunmuşdur. T.Abbasovnu anası Lətafət Abbasova isə xx.xx.2021-ci il tarixdə Şirkətə şəxsən ərizə vermişdir. Yəni, T.Abbasov həm faktiki, həm də rəsmi olaraqi xx.xx.2021-ci il tarixdə "xxxx"xxxx"xxxx" MMCdə qoyulmuş qaydaya əsasən rəsmi qaydada işə qəbul edilməmiş heç bir şəxs istehsalata buraxılmır və Şirkətin ərazisində və istehsal sexlərində işləyə bilməz. "xxxx" MMC ərzaq istehsal edir və orada bu qaydalara ciddi əməl edilməklə, kənar şəxslər əraziyə buraxılmır. Əvvəlcə T.Abbasovun anası X12 xx.xx.2021-ci il tarixdə işə qəbul edilmişdir. Daha sonra isə L.Abbasovanın xahişi ilə oğlu T.Abbasov xx.xx.2021-ci il tarixdə işə götürülmüş və xx.xx.2021-ci il tarixdən işə başlamışdır. T.Abbasov işə başlayarkən briqadir Əlamdarın yanına verilmişdir. Daha sonra isə T.Abasovun briqadiri X19 olmuşdur. Akif Əliyevin 2021-ci ilin iyun ayında və may, aprel aylarında T.Abbasovun briqadiri olması və onu tanıması qeyri-mümkündür. Çünki, Akif Əliyev 2021-ci ilin iyun ayından sonra T.Abbasovun briqadiri olmuşdur. X34 bildirmişdir ki, Tərlan onun briqadasında işləyəndən bir neçə gün sonra öz bağlarından işə üzüm gətirmişdir. Üzüm isə iyul ayının sonları, avqust ayının əvvəllərində yetişir. Bu hal bir daha təsdiq edir ki, T.Abbasov 2021-ci ilin aprel ayından deyil, xx.xx.2021-ci il tarixdən işə qəbul edilmişdir. Həmçinin T.Abbasovun anası xx.xx.2021-ci il tarixə işə başladığına görə, onun oğlunun ondan əvvəl aprel ayında işə qəbul edilməsi də mümkün deyildir. Yəni, "xxxx" MMC əmək müqavilə bağlamadan T.Abbasovu işlətməmiş, yalnız xx.xx.2021-ci il tarixdə rəsmi olaraq əmək müqavilə bağladıqdan və xx.xx.2021ci il tarixdə elektron əmək müqaviləsi bildirişini çap etdikdən sonra T.Abbasov işə başlamış və müvafiq əmək haqqı almışdır. Bu səbəblərdən Hacıqabul rayon prokurorunun xx.xx.2022-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmasına heç bir qanuni əsas olmamışdır. Odur ki, "xxxx" MMCnin barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. X4 əvvəlki məhkəmə iclasında izahatında bildirmişdir ki, o, xx.xx.2021-ci il tarixdə özünün və hər iki valdeyninin yazdıqları ərizələr əsasında xx.xx.2021-ci il tarixdə "xxxx"xxxx"xxxx" MMC-də olmamış və heç bir iş görməmişdir. Əvvəlcə onun anası Lətafət Abbasova xx.xx.2021-ci il tarixdə işə qəbul edilmişdir. Anası bir müddət işləyəndən sonra onun da işə götürülməsini xahiş etmişdir. Daha sonra valideynlərinin razılıq ərizələri əsasında o, xx.xx.2021-ci il tarixdə işə götürülmüş və briqadir Əlamdarın yanında işləməyə başlamışdır. Bir müddət işləyəndən sonra onu briqadir Akif Əliyevin yanında işləməyə keçirmişlər. Akif Əliyevlə işləyə başlayandan bir neçə gün sonra öz bağlarından Akif Əliyevə və iş yoldaşlarına nübar üçün üzüm dərib gətirmişdir. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində boş kauçuk qutuları traktorun yedəyinə yığmaq ona tapşırılmışdır. O, yedəyi irəli çəkmək istəyən zaman yerə yıxılmış, yedəyin qoşqu hissəsi onun sağ əlinin üzərinə düşmüş və əlindən xasarət almışdır. "xxxx" MMC tərəfindən ona tibbi yardım göstərilməsi üçün Şirvan şəhər MX-na aparılmışdır. Xəstəxanada ona tibbi yardım göstərilmişdir. Sonra Hacıqabul rayon prokurorluğunun əməkdaşı ondan və anasından hadisə ilə bağlı izahat almışdır. Ondan hansı vaxtdan işlədiyi soruşulmuşdur. O, təxminən bir ilə yaxındır işlədiyini bildirmişdir. Bu zaman prokurorluğun əməkdaşı ondan “təxminən 2021-ci ilin aprel ayından olarmı” deyə soruşmuşdur. O, təkrarlayaraq yəqin ki, olar demişdir. Bu səbəbdən onun izahatında «deyəsən 2021-ci ilin aprel ayından işə qəbul olunması» göstərilmişdir. Əslində isə o, xx.xx.2021-ci il tarixdə işə başlamış və onunla həmin gün əmək müqaviləsi bağlanmışdır. Bundan əvvəl o, şirkətdə işləməmişdir. O, işə girməyə gedən zaman havalar isti olmuş, o, qısaqol köynəkdə olmuşdur. Bir daha xx.xx.2021-ci il tarixdən faktiki və rəsmi olaraq işə başladığını təsdiq edir. X2 əvvəlki məhkəmə iclasında izahatında bildirmişdir ki, X18 onun doğma oğludur. O, xx.xx.2021-ci il tarixdə işə girmək üçün "xxxx" MMC-yə getmiş, orada həmin gün ərizə yazmış və əmək müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixdən işə başlamışdır. Əvvəlcə yumurtaları qutulara yığmağı öyrənmiş, daha sonra isə digər işləri görməyə başlamışdır. Bir müddət işləyəndən sonra oradakı işlərin yüngül işlər olmasını görüb, Şirkətin hüquqşünası Nümayəndə1 onun oğlunu da işə qəbul edilməsini xahiş etmişdir. Nümayəndə1 razılıq vermiş və oğlu Tərlanın yetkinlik yaşına çatmadığına görə onun və ərinin razılıq ərizələrini tələb etmişdir. Bu səbəbdən əri X1 rayonu Minbaşı Kənd icra nümayəndəliyinə gedərək ərizə yazmış və xx.xx.2021-ci il tarixdə oğlu X14 Şirkətində işə girməsinə razılıq verməsinə dair ərizəsini təsdiq etdirmişdir. Bundan bir müddət sonra o, oğlu Tərlan Abbasovla birlikdə xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-yə gəlmişdir. Orada o, və oğlu Tərlan xx.xx.2021-ci il tarixdə ərizə yazmışlar. Bundan sonra oğlu Tərlan Abbasov xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-də fəhlə işləməyə başlamışdır. Prokurorluğun işçisinə izahat verərkən oğlunun işə girmə tarixi dəqiq yadında olmadığına görə Tərlanın sözlərini təkrarlayaraq «deyəsən 2021-ci ilin aprel ayından işə qəbul olunması» göstərmişdir. Əslində isə Tərlan Abbasov xx.xx.2021-ci il tarixdə faktiki olaraq işə başlamış və həmin gün onunla əmək müqaviləsi bağlanmışdır. Çünki, Tərlan ondan sonra işə girmişdir. Belə olan halda Tərlanın aprel ayından şirkətdə işləməsi mümkün deyildir. X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, 2004-cü ildən "xxxx" MMC-də işləyir. Tərlan Abbasov 2021-ci ilin yay aylarından onun briqadasında işləməyə başlamışdır. Xatırladığına görə Tərlan Abbasov onun yanında işləməyə başlayandan bir neçə gün sonra öz həyətlərindən üzüm yığıb gətirmişdi, onlar işçilərlə birlikdə həmin üzümdən yeyərək nübar etmişlər. Bunu ondan izahat almış Hacıqabul rayon prokurorunun köməkçisi X6 da bildirmişdir. X21 bildirmişdir ki, Tərlan Abbasov və anası Lətifə Abbasova izahatlarında Tərlan Abbasovun 2021-ci ilin aprel ayından "xxxx" MMC-də işlədiyini bildirdiklərini ona demişdir. Bundan sonra o, onların dediklərinin dəqiq olması qənaətinə gəlməklə əlavə izahatında Tərlan Abbasovun 2021-ci ilin aprel ayından işlədiyini bildirmişdir. Əslində isə Tərlan Abbasovun 2021-ci ilin aprel ayından deyil, 2021-ci ilin iyun ayından işləyir. Bu bir daha izahatı ilə təsdiq edir. Çünki, rəsmi qaydada işə birməyən şəxslər "xxxx" MMCnin ərazisinə daxil ola bilmir, onlar istehsalat sahəsinə, sexlərə buraxılmır. Məhkəmə proses iştirakçılarının və şahidlərin izahatlarını dinləyib, iş materiallarına olan sənədləri araşdırıb, sübutlara obyektiv qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığına və inzibati xəta hadisəsi olmadığına, həmçinin inzibati məsuliyyətə cəlbetmək üçün qanunla müəyyən edilmiş üç aylıq müddət ötürüldüyünə görə "xxxx" MMC-nin barəsində başlanmış inzibati xəta materialı üzrə icraata xitam verilməlidir. Çünki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranmasına səbəb olur. Hazırkı iş üzrə "xxxx" MMC-nin əmək müqavilə bağlamadan Tərlan Abbasovu 2021-ci ilin aprel ayından işlətməsi sübuta yetirilməmişdir. Əksinə işin faktiki halları və rəsmi sənədlərlə təsdiq edilmişdir ki, "xxxx" MMC işçi Tərlan Abbasovu xx.xx.2021-ci il tarixdə rəsmi olaraq əmək müqavilə bağlamaqla işə götürmüş və xx.xx.2021-ci il tarixdə elektron əmək müqaviləsi bildirişini çap etdikdən sonra T.Abbasovu işləməyə buraxmış və işlədiyi müddət ərzində ona müvafiq əmək haqqı ödəmişdir. İşin bu halı, proses iştirakçılarının, şahidlərin, həmçinin T.Abbasovun xx.xx.2021-ci il tarixli ərizəsi, onun anası L.Abbasovanın xx.xx.2021-ci il tarixli razılıq ərizəsi, atası V.Abbasovun xx.xx.2021-ci il tarixli razılıq ərizəsi, "xxxx" MMC ilə Tərlan Abbasovun arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsi və xx.xx.2021-ci il tarixli elektron əmək müqaviləsi bildirişi ilə tamamilə öz təsdiqini tapmışdır. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə qeyd edir ki, Hacıqabul rayon prokurorunun xx.xx.2022-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmasına heç bir qanuni əsas olmamışdır. Odur ki, "xxxx" MMC-nin barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki, İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.1 və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə qeyd edir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri və inzibati xəta hadisəsi yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, inzibati xətanı törədildiyi sübuta yetirildiyi təqdirdə belə, inzibati xətanı törədildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən üç aydan artıq müddət keçdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 48-51, 53, 105, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC-nin barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №3(071)-124/2022
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-124/2022
22.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver