Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-125/2022 28.04.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsi İTB-nin polis sahə rəisi polis mayoru Sabir Məhərrəmovun iştirakı ilə, xx.xx.1986-cı ildə Sabirabad rayonu Kalinovka kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Hacıqabul rayonu Meyniman kəndində qeydiyyatda olan və yaşayan - Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Hacıqabul rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Hacıqabul rayonu Meyniman kəndində yaşayan Şəxs 27.03.2022-ci il tarixdə əmisi Zərərçəkmiş şəxs məxsus “Belarus 89.2” markalı 10 O 840 dövlət qeydiyyat nişanlı traktorun sol yan şüşəsini yaba ilə vuraraq sındırmaqla Zərərçəkmiş şəxs 200 manat həcmində maddi ziyan vurmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Hacıqabul rayon Polis şöbəsinin İTB-nin sahə rəisi Sabir Məhərrəmov tərəfindən 28.04.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati xəta haqqında işin aidiyyəti üzrə məhkəməyə göndərilməsi barədə 28.04.2022-ci il tarixli qərardad qəbul edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etdi və izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun əmisidir və Hacıqabul rayonu Meyniman kəndində qonşuluqda yaşayırlar. 27.03.2022-ci il tarixdə əmisi Günəş onun anasının ünvanına söyüş söydüyündən əsəbləşərək yaba ilə əmisi Günəşə məxsus “Belarus 89.2” markalı traktorun sol yan şüşəsini sındırmışdır. Hazırda əmisi Zərərçəkmiş şəxs ilə barışmışdır. Odur ki, barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. Bu barədə məhkəməyə ərizə təqdim edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq, Şəxs ilə barışdığını, ona qarşı şikayətinin və maddi tələbinin olmadığını bildirərək, işin icraatına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığına görə inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №3(071)-125/2022
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-125/2022
28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver