Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-128/2022 28.04.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, katib Zeynalov Ələkbər Şakir oğlunun katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs Əligüllah oğlunun, zərər çəkmiş şəxs X2, protokolu tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Asif Həsənovun iştirakı ilə, xx.xx.1984-cü ildə Qobustan rayonu Sədəf kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Hacıqabul rayonu 1-ci Paşalı kəndində daimi qeydiyyatda olmaqla yaşayan - Şəxs Əligüllah oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 232-1-ci maddələri ilə Hacıqabul rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Əligüllah oğlu 26.03.2022-ci il tarixdə Hacıqabul rayonu 1-ci Paşalı kəndində X4 məxsus “VAZ 21061” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə 500 manat maddi zərər vurmuşdur. Bu zaman aralarında yaranan mübahisə zamanı Şəxs Əligüllah oğlu X2 ünvanına söyüş söyərək, xırda xuliqanlıq hərəkətləri etmişdir. Hacıqabul RPŞ TB-nin təhqiqatçısı polis mayoru X8 04.04.2022-ci il tarixdə toplanmış HK- 1/309 nömrəli material üzrə cinayət işinin başlamasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Şəxs Əligüllah oğlunun əməli Azərbaycan Respublikası İXM-nin 510-cu və 232-1-ci maddələri ilə qiymətləndirilmiş və barəsində inzibati icraat açılması üçün qərarın surəti Hacıqabul RPŞ İTB-yə göndərilmişdir. Bununla da, Şəxs Əligüllah oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Onun barəsində Hacıqabul rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi Asif Həsənov tərəfindən Hacıqabul RPŞ TB-nin təhqiqatçısı polis mayoru X6 HK-1/309 nömrəli material üzrə qəbul etdiyi 04.04.2022-ci il tarixli cinayət işinin başlamasının rədd edilməsi haqqında qərara əsasən 28.04.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati xəta haqqında işin aidiyyəti üzrə məhkəməyə göndərilməsi barədə 28.04.2022-ci il tarixli qərardad qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Asif Həsənov tərtib etdiyi inzibati xəta haqqında protokolları müdafiə etdi və Şəxs Əligüllah oğlunun barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati icraat aparılan şəxs Şəxs Əligüllah oğlu məhkəmə iclasında İnzibati Xətalar Məcəlləsinin 510-cu və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etdi və izahatında göstərdi ki, ailəsi ilə birlikdə Hacıqabul rayonu 1-ci Paşalı kəndində yaşayır. Həmin kənddə sahibkar X5 məxsus 10 ha torpaq sahəsində nar ağaclarına baxaraq, həmin sahədə briqadir kimi işləməklə nəzarət edir. Həmin torpaq sahəsi “Pirsaat” çay su hövzəsinə yaxın olduqdan su mühərriki vasitəsiylə nar bağlarını sulayırlar. 26.03.2022-ci il tarixdə saat 11:00 radələrində həmkəndlisi X7 ona məxsus olan söndürüb onu çaydan çıxarıb kənara atmışdır. Həmin günü təqribən saat 17:00 radələrində X7 ilə yolda rastlaşıb mübahisə etmiş, mübahisə zamanı R.Şükürovu söyərək onun idarə etdiyi “VAZ 21061” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşəsini vurub sındırmışdır. X1 ilə barışmışdır, biri-birinə vurduqları maddi zərəri tam ödəmişlər. O, törətdiyi əməldən peşmandır. Odur ki, barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə olan işin icraatına xitam verilməsini və İXM-in 510-cu maddəsi ilə ona yüngül tənbeh verilməsini xahiş edir. Bu barədə məhkəməyə ərizə təqdim edir. Zərər çəkmiş şəxs X7 məhkəmə iclasında izahatında bildirdi ki, hazırda Şəxs Əligüllah oğlu ilə barışmışdır, onun avtomobilinə vurulmuş maddi zərər tam ödənilmişdir. Onun Şəxs Əligüllah oğluna qarşı şikayəti və maddi tələbi yoxdur. Odur ki, işin icraatına xitam verilməsini xahiş edir. Bu barədə məhkəməyə ərizə təqdim edir. Azərbaycan Respublikası İXM-in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığına və maddi zərər tam ödənildiyinə görə inzibati xəta törətmiş şəxs Şəxs Əligüllah oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs Əligüllah oğlunun Azərbaycan Respublikası İXM-in 510-cu və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi, onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, raport, protokol tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin və özünün məhkəməyə verdiyi etirafedici izahatları ilə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Əligüllah oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Əligüllah oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 (əlli) manat inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №3(071)-128/2022
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-128/2022
28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver