Məhkəmə qərarları › İş №3(071)-129/2022

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-129/2022

29.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-129/2022 29.04.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxs X1, protokolu tərtib etmiş Hacıqabul RPŞ-nin DYPB-nin inspektoru polis mayoru X2 iştirakı ilə, 18.12.1992-ci ildə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, Hacıqabul RPŞ-də polis nəfəri işləyən, Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 26-da qeydiyyatda olan və yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələri ilə Hacıqabul RPŞ-dən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 28.04.2022-ci il tarixdə saat 18:00 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “Vaz 21074” markalı ** HX *** dövlət qeydiyyat nişanlı avtomobili Hacıqabul şəhəri İ.Qayıbov küçəsindən “Bakı dairəsi” istiqamətində hərəkətdə olarkən işıqforun qadağanedici qırmızı işığından keçərək işıqforun yaşıl işığında hərəkət edən X1 idarə etdiyi “Vaz 21723 minik” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq, inzibati xəta törətmişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Avtomaşınlara maddi ziyan dəymişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Hacıqabul RPŞ-nin DYPB-nin inspektoru polis mayoru X4 tərəfindən 28.04.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəmə iclasında İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etdi və izahatında göstərdi ki, onun sürücülük vəsiqəsinin vaxtı 09.03.2022-ci il tarixdə bitmişdir. 28.04.2022-ci il tarixdə saat 18:00 radələrində özünə məxsus olan “Vaz 21074” markalı ** HX *** dövlət qeydiyyat nişanlı avtomobillə anasına dərman almaq üçün evdən çıxmış və anasının vəziyyəti ağır olduğuna görə Hacıqabul şəhəri İ.Qayıbov küçəsindən “Bakı dairəsi” istiqamətində hərəkətdə olarkən işıqforun qadağanedici qırmızı işığından keçmiş, bu zaman işıqforun yaşıl işığında hərəkət edən X1 idarə etdiyi “Vaz 21723 minik” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır, avtomaşınlara maddi ziyan dəymişdir. Əməlindən peşmandır. Bunları nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında izahatında bildirdi ki, 28.04.2022-ci il tarixdə saat 18:00 radələrində “Vaz 21723 minik” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul şəhəri Koroğlu küçəsindən yol ayrıcına çıxaraq işıqforun yaşıl işığında hərəkətini davam etdirmiş, bu zaman işıqforun qırmızı işığından keçən “Vaz 21074” markalı ** HX *** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobili ilə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır, avtomaşınlara maddi ziyan dəymişdir. Onun avtomobilinə dəyən maddi zərəri Şəxs avtomobilinin icbari sığortası ödəyəcəkdir. Bu səbəbdən onun Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Protokol tərtib etmiş Hacıqabul RPŞ-nin DYPB-nin inspektoru polis mayoru X4 oğlu məhkəmə iclasında izahat verərək, Şəxs oğlunun barəsində tərtib etdiyi 28.04.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə etdi və qanuni tədbir görülməsini xahiş etdi. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması da inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs oğlunun İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 28.04.2022-ci il tarixli inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı və protokol tərtib etmiş şəxsin izahatı ilə tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati işlərə baxılması məhkəməyə aid olmadığına görə, Şəxs yalnız İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar