Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-13/2024 07.01.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Hacıqabul rayonu Abdulabad kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.4, 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.4, 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2024-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiallardan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16:10 radələrində Hacıqabul rayonu Qarasu kəndi ərazisində sürücülük hüququ olmadan idarə etdiyi “Traktor MTZ 80” markalı 24T327 dövlət qeydiyyat nişanlı traktoru idarə edərkən əks istiqamət zolağına çıxmaqla manevr etmə qaydasını pozaraq Hacıqabul rayonu Kolanı kəndi istiqamətində hərəkətdə olan “Mercedes Benz C180” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə yerinə gəlmiş polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək ictimai qaydanı pozaraq ünvansız söyüş söydüyünə görə onu nizam- intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.4, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:10 radələrində Hacıqabul rayonu Qarasu kəndi ərazisində sürücülük hüququ olmadan idarə etdiyi “Traktor MTZ 80” markalı 24T327 dövlət qeydiyyat nişanlı traktoru idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş, hadisə yerinə gələn polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, ünvansız söyüşlər söyməyə başlamış, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.4, 510 və 535.1-ci maddələrilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, Hacıqabul rayonu Abdulabad kəndində yaşayır. Özünə məxsus MTZ markalı traktoru var. Fərdi əməklə məşğul olur. xx.xx.2024-cü il tarixdə saat 16:10 radələrində Hacıqabul rayonu Qarasu kəndi ərazisində sürücülük hüququ olmadan idarə etdiyi “Traktor MTZ 80” markalı 24T327 dövlət qeydiyyat nişanlı traktoru idarə edərkən əks istiqamət zolağına çıxmaqla manevr etmə qaydasını pozaraq nəticədə Hacıqabul rayonu Kolanı kəndi istiqamətində hərəkətdə olan “Mercedes Benz C180” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Avtomobilə maddi ziyan dəymişdir. Həmin vaxtı əsəbləşərək ünvansız nalayiq ifadələr işlətmiş, hadisə yerinə gələn polis əməkdaşları onu nizam-intizama dəvət etsə də onların tələbinə tabe olmamışdır. Törətdiyi əməldən peşmandır. Onun barəsində cərimə tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin DYPB-nin əməkdaşı X2 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 16:10 radələrində Hacıqabul rayonu Qarasu kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verməsi barədə daxil olmuş məlumat əsasında bir neçə polis əməkdaşı ilə hadisə yerinə getmiş, hadisə yerinə gəlib çatdıqda orada Şəxs sürücülük hüququ olmadan idarə etdiyi “Traktor MTZ 80” markalı 24T327 dövlət qeydiyyat nişanlı traktorun əks istiqamət zolağına çıxmaqla manevr etmə qaydasını pozaraq Hacıqabul rayonu Kolanı kəndi istiqamətində hərəkətdə olan “Mercedes Benz C180” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğunu və orada Şəxs əsəbi halda ünvansız nalayiq ifadələr işlətməyə başlamış, onu intizama dəvət etsələr də, o heç kimə tabe olmayaraq hərəkətlərini davam etdirmişdir. İş materialları ilə müəyyən olunur ki, Şəxs sürücülük vəsiqəsi və sürücülük hüququ yoxdur. İş materilallarında olan yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16:10 radələrində “Traktor MTZ 80” markalı 24T327 dövlət qeydiyyat nişanlı traktorla “Mercedes Benz C180” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. İş materilallarında olan qeydiyyat nişanlı şəhadətnamənin surətindən görünür ki, MTZ 80 markalı 24T327 dövlət qeydiyyat nişanlı traktor Şəxs məxsusdur. Hacıqabul rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi Poliklinika şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 10 nömrəli aktda göstərilir ki, xx.xx.1990-cı il təvəllüdlü Şəxs xx.xx.2024-cü il tarixdə həkim S.Mehdiyeva tərəfindən müayinə olunmuşdur. Müayinə zamanı Şəxs spirtli içki qəbul etmədiyi müəyyən edilmişdir. Şirvan Avtomotoservis və Ticarət Müəssisəsinin xx.xx.2024-cü il tarixli rəy aktından görünür ki, “Mercedes Benz C180” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1630,00 manat maddi ziyan dəymişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 20:00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edən şəxs tərəfindən törədilən inzibati xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.4, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:12 radələrində Hacıqabul rayonu Qarasu kəndi ərazisində sürücülük hüququ olmadan idarə etdiyi “Traktor MTZ 80” markalı 24T327 dövlət qeydiyyat nişanlı traktoru idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozaraq Hacıqabul rayonu Kolanı kəndi istiqamətində hərəkətdə olan “Mercedes Benz C180” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə zərərçəkmiş şəxsin avtomobilinə maddi ziyan vurmuşdur. Şəxs tərəfindən törədilən qeyd edilən inzibati xəta hadisəsi avtomobillərin toqquşması anında başa çatmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin saxlanıldıqdan sonra ucadan nəlayiq söyüşlər söyərək ictimai qaydanı pozması və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması artıq İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələrində göstərilən inzibati xətaların tərkibini yaratdığı üçün onun barəsində xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol edilmişdir. Eyni zamanda, iş materiallarından məlum olur ki, Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələrində göstərilən inzibati xətaların eyni vaxtda törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə, qeyd olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Şəxs ictimai yerdə eyni vaxtda törətdiyi İXM-in 327.2, 332.4, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətalara görə daha ciddi inzibati xəta olan həmin Məcəllənin 332.4cü maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4, 510 və 535.1-ci maddələrinin sanksiyalarının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 332.4, 510 və 535.1-ci ilə yanaşı, həmçinin 327.2 maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutlmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Hacıqabul rayon Polis Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs, Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin, inzibati həbs müddətlərini tam toplamaqla Şəxs qəti olaraq 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən saat 20:00-dan hesablansın. Qərarın icrası Hacıqabul rayon Polis Şöbəsinə həvalə olunsun. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Hacıqabul rayon Polis Şöbəsinə göndərilsin Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-13/2024
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-13/2024
07.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver