Məhkəmə qərarları › İş №3(071)-130/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-130/2023

26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-130/2023 26.04.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyənetdi: Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş MN ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2021-ci il tarixli qərarla icraata başlanılmış Sabirabad rayon Polis Şöbəsinin 27 mart 2021-ci il tarixli, MN ******* nömrəli icra sənədinə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib, ondan 200 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq o, inzibati cəriməni ödəməkdən yayınır. Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs qanunda müəyyən edilmiş müddətdə inzibati cəriməni ödəməkdən boyun qaçırmışdır. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi əmlak gəlirlər aşkar edilməmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 manat cərimə edilmişdir. İş materiallarında olan tələbin könüllü icrası barədə xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Şəxs xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün müddət verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. xx.xx.2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” xx.xx.2022-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən İXM-in 38.1-ci maddənin birinci cümləsində “üç” sözü “dörd” sözü ilə əvəz edilmiş, qanunvericilikdə edilmiş həmin dəyişiklik xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Şəxs oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməsinə dair qərar qəbul edilmişdir. Qərardan şikayət verilmədiyinə görə, 10 gün keçdikdən sonra həmin qərar qanuni qüvvəyə minmiş və bundan sonrakı 3 ay ərzində inzibati tənbeh vermə haqqında qərarla təyin edilmiş inzibati cərimə ödənilmədiyinə görə, F.V.Məhərəmovun əməlində İXM-in 529.1-cü maddəsinin tərkibi yaranmışdır. İXM-in 529.1-ci maddəsi həmin Məcəllənin “İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalar” fəslində yerləşdiyindən, İXM-nin 38.1-ci maddəsinə əsasən İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətalar üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti 3 aydır. Çünki, qanunvericilikdə dəyişiklik edilənədək Şəxs İXM-in 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə müddətinin axımı başladığından və qanunvericilikdə edilmiş dəyişiklik (məsuliyyətə cəlb etmə müddətinin 3 aydan 4 aya dəyişdirilməsi) onun vəziyyətini ağırlaşdırdığından, həmin hüquqi aktın geriyə qüvvəsi yoxdur (İXM 11.3). Məhkəmə hesab edir ki, Şəxs barəsində olan xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilmədiyinə görə həmin qərar qanuni qüvvəyə minmiş, qərarın qanuni qüvvəyə mindiyi və icraya yönəldildiyi vaxtdan (qərar üzrə verilmiş icra sənədi üzrə icraata xx.xx.2021-ci il tarixdən başlanması iş materiallarından məlumdur) etibarən 3 ay ərzində inzibati cərimə ödənilmədiyindən, Şəxs əməlində İXM-in 529.1-ci maddəsinin tərkibi yaranmış və həmin tarixdə onun əməlində inzibati xəta tərkibinin yaranması səlahiyyətli orqana (icra məmuruna) məlum olmuşdur. Səlahiyyətli orqan isə Şəxs İXM-in 38.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən uzun müddət sonra onun İXM-in 529.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair protokol tərtib etmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2023-cü il tarixli qərarında qeyd edilir ki, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarın qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə dair protokol icra məmuru tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə tərtib edilmədikdə və nəticədə həmin xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi halda, məhkəmə tərəfindən İnzibati Xətalar Məcəlləsinin 38.1, 53 və 109.2-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verilməlidir. Bununla da, şəxsi cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı icra etmədiyinə görə inzibati məsuliyyətə cəlb etmək mümkün olmadığından, onun barəsində əvvəlki (cərimə növündə) inzibati tənbeh tətbiq etmə haqqında qərar üzrə məcburi icra tədbirləri davam etdirilir. Azərbaycan Respublikası İXM-in 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar