Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-132/2023 28.04.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X8 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Hacıqabul şəhəri D.Ağamalıyev küçəsi ev 25-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir Materiala əlavə edilmiş Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-140/18 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 6885 manat məbləğində pul alınaraq zərərçəkmiş şəxs - mülki iddiaçı X2 ödənilməli, Hacıqabul rayon notariat ofisinin xx.xx.2022-ci il tarixli icra qeydlərinə əsasən Şəxs 2027 manat 76 qəpik tutularaq "xxxx"ASC-yə, Hacıqabul rayon notariat ofisinin xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Şəxs 85 manat 02 qəpik tutularaq "xxxx" MMC-yə, Hacıqabul rayon notariat ofisinin xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Şəxs 80 manat 11 qəpik tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Hazırda icra sənədi üzrə qalıq borc 9077 manat 89 qəpik təşkil edir. Borclu Şəxs icra sənədi üzrə borcunu üzrsüz səbəbdən ödəmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında icra məmuru X6 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, borclu çağırışlara gəlmədiyinə görə, onun barəsində axtarış qərarı qəbul edilmişdir. Borclu Şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə təqdim edilmişdir. Qətnamə icra yönəldiyi vaxtdan bu günə kimi Şəxs icra sənədləri üzrə heç bir ödəniş etməmişdir. Elektron icra sistemində borclunun şəxsi məlumatlarından çıxarışa əsasən hər hansı bir əmlak və gəlir aşkar edilməmişdir. Borclunun əmlakına yerində baxış keçirmək üçün ünvan 1 ünvanda yaşadığı evə baxış keçirilmiş və tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Onun tələbkarlara olan borcu 9077 manat 89 qəpik təşkil edir. Borclu tələbkarlara olan borcunun ödənilməsindən qəsdən boyun qaçırır. Bu səbəbdən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Odur ki, borclunun icra sənədinin icrasından qəsdən yayındığını nəzərə alaraq, onun barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş edir Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, o, Hacıqabul şəhərində yaşayır. O, yaranmış borcları barədə icra sənədlərindən rəsmi qaydada məlumatlı olmamış, bugünədək ona rəsmi qaydada heç bir sənəd təqdim edilməmişdir. İcra sənədlərində olan telefon nömrələri əvvələr ona məxsus olsa da, lakin uzun müddətdir ki, həmin nömrələrdən istifadə etmir. İcra məmuru isə bütün sms bildirişləri həmin nömrələrə göndərdiyi üçün məlumatı olmamışdır. xx.xx.2023-cü il tarixdə “ASAN”xidmətdə olan zaman polis əməkdaşları onu saxlayaraq, barəsində axtarış elan edildiyini bildirmiş və onu Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə gətirmişlər. İcra şöbəsində olarkən icra məmuru ona tələbin könüllü icrası barədə bildirişə və digər sənədlərə məcburi imza etdirmişdir. İcra məmuru onun barəsində protokol tərtib etmişdir. Hazırki halda icra sənədlərində göstərilən borclarını tam şəkildə ödəyə bilmir. Odur ki, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında bildirdi ki, borclu Şəxs ona olan borcunu ödəmir, icra sənədi üzrə 6885 manat borcu yaranmışdır. Bu günə kimi heç bir ödəniş etməmişdir. Borclu borcunu ödəməkdən qəsdən yayınır. Odur ki, onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 140/18 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 6885 manat məbləğində pul alınaraq zərərçəkmiş şəxs mülki iddiaçı X2 ödənilməlidir. İş materiallarına əlavə edilmiş Hacıqabul rayon notariat ofisinin xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən Şəxs 925 manat 53 qəpik tutularaq "xxxx"ASC-yə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Hacıqabul rayon notariat ofisinin xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən Şəxs 912 manat 04 qəpik tutularaq "xxxx"ASC-yə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Hacıqabul rayon notariat ofisinin xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Şəxs 85 manat 02 qəpik tutularaq "xxxx"MMC-yə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Hacıqabul rayon notariat ofisinin xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Şəxs 80 manat 11 qəpik tutularaq "xxxx"MMC-yə ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-140/18 saylı xx.xx.2018-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, Hacıqabul rayon notariat ofisinin xx.xx.2022-ci il tarili icra sənədlərini könüllü icra etməsi üçün borclu Şəxs tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Hacıqabul rayon notariat ofisinin xx.xx.2023-cü il tarili icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Hacıqabul rayon notariat ofisinin xx.xx.2023-cü il tarili icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Hacıqabul rayon icra və probasiya şöbəsi tərəfindən xx.xx.1996-cı il tarixdə doğulmuş ünvan 2 ünvanda yaşayan Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlarından və icra işinə əlavə edilmiş sənədlərdən aydın olur ki, icra sənədlərinin icraya yönəldildiyi vaxtdan bugünədək icraata başlamaq haqqında qərarların surəti və tələbin könüllü icrası barədə bildirişlər borcluya rəsmi qaydada təqdim edilməmiş, borclu barəsində axtarış elan edildikdən sonra o, saxlanılıb xx.xx.2023-cü il tarixdə icra şöbəsinə təqdim edildikdən sonra həmin sənədlər borcluya rəsmi qaydada təqdim edilmişdir. Göründüyü kimi, borclu icra sənədləri üzrə borcunu ödəməkdən qəsdən yayınmamış, sadəcə hazırki halda icra sənədlərindən rəsmi qaydada məlumatlı olmadığı üçün borcunu ödəməmişdir. Başqa sözlə desək, icra sənədləri üzrə icraata başlamaq haqqında qərarların və tələbin könüllü icrası barədə bildirişlərin surətləri borcluya bugünədək təqdim edilmiş, borclu bugün polis orqanı tərəfindən saxlanılaraq icra şöbəsində təqdim edildikdən sonra icra məmuru həmin sənədləri borcluya təqdim etmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, icra sənədlərinin icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X9
Məhkəmə qərarları › İş №3(071)-132/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-132/2023
28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver