Məhkəmə qərarları › İş №3(071)-134/2024

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №3(071)-134/2024

10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 3(071)-134/2024 10.06.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlu, X1 İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şirvan şəhər Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 21136026 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi ərizəyə baxaraq, müəyyənetdi: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məсəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar və ona əlavə edilmiş material baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, X2 barəsində İXM-nin 327.2-ci maddəsi ilə tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərar və ona əlavə olunmuş material baxılması üçün aidiyyəti üzrə Şirvan şəhər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair 4 noyabr 2020-ci il tarixli Qərarında qeyd edilir – “İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə müvafiq olaraq, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin maddənin ikinci cümləsinə görə isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər”. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 barəsində inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. X1 qeydiyyat yeri ünvan 1 ünvanıdır. F.Məmiyev ərizəyə onun yaşayış yeri üzrə baxılması barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, şikayətə inzibati xətanın törədildiyi yer üzrə baxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar və ona əlavə edilmiş material aidiyyəti üzrə baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 və 118-ci maddələrini rəhbər tutaraq, qəraraaldı X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli EQ 21136026 nömrəli inzibati tənbeh vermə haqqında qərar və ona əlavə edilmiş material baxılması üçün aidiyyəti üzrə Şirvan şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar