Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-135/2025 14.05.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “X4 Kompleksi” MMCdə elektrik işləyən, Şirvan şəhəri, 1 May küçəsi, ev 97A-da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 09:30 radələrində Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində Şirvan şəhər 1 may küçəsi, ev 97A-da yaşayan Şəxs idarə etdiyi “X3” yük markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhər Yeni Yasamal, Ə.Əhmədov küçəsi, ev 28L/39-da yaşayan Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai Elantra” markalı **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobili toqquşmuş və nəticədə Zərərçəkmiş şəxs bədən xəsarəti almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs İXM-in 327.8-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərdi ki, sürücülük vəsiqəsi vardır. "xxxx" MMC-yə məxsus “X3” yük markalı Furqon soyuducusu olan **-SP-*** dövlət nömrə nişanlı avtomobil sürür. Belə ki, həmin avtomobilin soyuducusunda olan şirkətə məxsus ət məhsullarını əsasən toyuq məhsulunu region üzrə rayonlara paylayır. xx.xx.2025-ci il tarixdə də həmin avtomobillə Hacıqabul şəhərində olan mağazaya mal gətirmiş və “Hacıqabul” marketə mal verdikdən sonra saat 09:30 radələrində idarə etdiyi avtomobillə Şirvan istiqamətinə Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi ilə hərəkətdə olarkən işıqfora bir qədər qalmış yaşıl işıq sönüb qırmızı işıq yandıqda qarşıda gedən “Hyundai Elantra” markalı **-OY-*** dövlət nömrə nişanlı avtomobil qəfil qarşısında saxlamış, avtomobilin saxlandığını görüb əyləci bassa da, avtomobil tormozda sürüşərək avtomobilinin qabaq sağ tərəfi ilə onun avtomobilinin arxa sol hissəsi toquşmuşdur. Hadisə zamanı yanımda sərnişin olmamış, özü heç bir xəsarət almamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, sürücülük vəsiqəsi vardır. xx.xx.2025-ci il tarixdə özünə məxsus “Hyundai Elantra” markalı **-OY-*** dövlət nömrə nişanlı avtomobili ilə Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi ilə hərəkətdə olarkən 10 saylı məktəbin yanında olan işıqforda qırmızı işıqda saxlamış və həmin vaxt arxadan gələn “X3” markalı **-SP-*** dövlət nömrə nişanlı avtomobil işıqforda saxlamayaraq avtomobilinin arxa hissəsi ilə toquşmuşdur. Hadisə zamanı avtomobilində digər sərnişin olmamış, hadisə zamanı xəsarət almışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, protokolu tərtib etmiş şəxs və ya onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Hacıqabul rayon X2 Bölməsinin təhqiqatçısı, polis mayoru Heybətov Mübaşir Mikayıl oğlu tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Şəxs əməlində cinayət tərkibi olmadığından, onun barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Hacıqabul RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Material üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 121 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - üst dodağının iç səthinin əzilmiş-cırılmış yarası, üst çənədə ön hissədə kəsici dişin qəlpəli sınığıdır. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Müddəti hadisə gününə xx.xx.2025-ci il tarixə uyğundur. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Hacıqabul Rayon Mərkəzi X1 Şəxsinin həkim-narkoloqu tərəfindən tərtib edilmiş 73 saylı, xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə aktından görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Şəxs spirtli içki qəbul etməmişdir. Hacıqabul Rayon Mərkəzi X1 Şəxsinin həkim-narkoloqu tərəfindən tərtib edilmiş 72 saylı, xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə aktından görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs spirtli içki qəbul etməmişdir. “Yol-nəqliyyat hadisəsi yerinə baxış aparılması haqqında” 12 aprel 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 09:30 radələrində Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində Şirvan şəhər 1 may küçəsi, ev 97A-da yaşayan Şəxs idarə etdiyi “X3” yük markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhər Yeni Yasamal, Ə.Əhmədov küçəsi, ev 28L/39-da yaşayan Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai Elantra” markalı **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobili toqquşmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.2-327.6, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, ekspertiza rəyi, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir, onun əməli İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, ona İXM-in 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-135/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-135/2025
14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver