Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 3(071)-138/2025 16.05.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, X1 barəsində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş 20 mart 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərardan verilmiş şikayət ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsi ilə Hacıqabul Rayon Məhkəməsinə müraciət edərək, X7 İdarəsinin 20 mart 2025-ci il tarixli, TP seriyalı, ******* saylı qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, eyni məzmunlu müraciəti əsasında Xətai Rayon Məhkəməsinin 3(011)-2667/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı qəbul edilmişdir. Məhkəmə şikayət ərizəsini işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2667/2025 saylı, xx.xx.2025ci il tarixli qərarı ilə şikayətçi X1 Azərbaycan Respublikası DİN Bakı şəhər X7 İdarəsi 20 mart 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməmişdir. Belə olan halda hesab edir ki, eyni fakt üzrə məhkəmə qərarı olduğu üçün X4 yenidən eyni halla bağlı məhkəməyə müraciət edə bilməz. Ona görə də, Azərbaycan Respublikası DİN Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 20 mart 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərardan verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçi X2 geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş 20 mart 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-138/2025
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №3(071)-138/2025
16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver