Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-139/2024 27.06.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş Hacıqabul rayon Meyniman bələdiyyəsinin sədri X2, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Şikayətçi Hacıqabul rayon Meyniman bələdiyyəsinin sədri X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 253-1.1.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Hacıqabul rayon Meyniman bələdiyyəsinin sədri X4 İXM-nin 253-1.1.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1000 (bir min) manat inzibati cərimə təyin edilmişdir. Qərarda qeyd edilmişdir ki, vəzifəli şəxs olaraq S.Ağayev bələdiyyənin mülkiyyətindəki torpaq sahələrində mövcud olan yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları 3 saylı RETSİ-yə təqdim etmədiyindən onun tərəfindən AR “Yaşıllıqların Mühafizəsi haqqında” Qanunun 8-ci maddəsinin tələbləri pozulmuşdur. İnzibati tənbeh vermə haqqında qərardan narazı qalan X4 məhkəməyə şikayət verərək qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi qəbul etdiyi qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Çünki qeyd olunan inzibati xəta tərkibinin yaranması üçün ilk öncə yaşıllıqların mövcud olduğu torpaq sahələrinin Bələdiyyə mülkiyyətində olması zəruridir. Yalnız bu hal öz təsdiqini tapdıqdan sonra qeyd olunan inzibati xətadan bəhs edilə bilər. Hazırkı halda qərar qəbul edən orqanın torpaq sahəsinin Meyniman Bələdiyyəsinin mülkiyyətində olmasına dair hər hansı mötəbər sübutu mövcud deyildir. Belə ki, əraziyə hər hansı baxış keçirilməmiş və heç bir monitorinq işləri aparılmamışdır. Həmçinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR Qanunun tələblərinə əsasən bələdiyyə orqanının vəzifəli şəxsinin torpaq sahəsinə nəzarəti həyata keçirməsi üçün həmin torpaq sahəsinin onun mülkiyyətində olması əsas şərtdir. Bundan başqa bələdiyyənin hansı torpaq sahəsində yaşıllıqların qeydə alınmasına dair sübut qərar qəbul etmiş orqan tərəfindən əldə edilməmişdir. Məhkəmə iclasında iştirak edən Hacıqabul rayon Meyniman bələdiyyəsinin sədri X4 şikayətin məzmununa uyğun izahat verərək, onun barəsində qəbul edilmiş mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, ümumiyyətlə qüvvədə olan qanunvericilik normaları və qaydalara əsasən monitorinq keçirib nəticəsi barədə RETSİ-nə məlumat vermək bələdiyyələrin öz məsuliyyətindədir. Qərarın qanuniliyi ilə bağlı məsələyə münasibətdə isə qeyd edir ki, İXM-nin 253-1.1-ci maddəsi üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul etmək səlahiyyətinin 3 saylı RETSN-nə aid olmadığını, yalnız protokol tərtib edib baxılması üçün məhkəməyə göndərmək səlahiyyətinin olmasını etiraf edir. Ona görə də, şikayətin həllini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Hacıqabul rayon Meyniman Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrində mövcud olan yaşıllıqların uçotunun və monitorinqinin aparılmamasına görə Hacıqabul rayon Meyniman Bələdiyyəsinin sədri X4 Azərbaycan Respublikası İXM-nin 253-1.1.3-cü maddəsi ilə təqsirli bilinərək, 1000 manat cərimə edilmişdir. Məhkəmə, şikayətçinin və qərarından şikayət verilən səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını dinləyərək, şikayətin dəlillərini və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 253-1.1.3-cü maddəsinə əsasən yaşıllıqların uçotu, və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Həmin Məcəllənin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xəta haqqında işlər müəyyən edilmişdir və həmin maddəyə görə İXM-in 253-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti rayon (şəhər) məhkəmələrinə aiddir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 03 may 2017-ci il tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”nın 19cu bəndinə əsasən İXM-in 229, 253-1.1.1 (yaşıllıqların uçota alınmamasına münasibətdə), 253-1.1.2 (yaşıllıqların uçotu məlumatlarının təhrif edilməsinə münasibətdə), 253-1.1.3, 262, 264.0.3 və 264.0.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi adından – ekologiya və təbii sərvətlər naziri, onun müavinləri, Aparatın rəhbəri, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Nazirliyin yanında X1 Xidmətinin rəisi, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, regional və rayon (şəhər) ekologiya və təbii sərvətlər orqanının rəhbəri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Naxçıvan Muxtar Respublikasında müvafiq sahəyə cavabdeh dövlət orqanının rəhbəri, onun müavinləri inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyətinə malikdirlər. Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsləri qeyd edilməmişdir. Göründüyü kimi, qanunvericiliyə əsasən İXM-in 253-1.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti yalnız rayon (şəhər) məhkəməsinə aiddir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin İXM-in 253-1.1.3-cü maddəsi ilə (yaşıllıqların uçotunun aparılmamasına münasibətdə) inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti olsa da, onların nəinki İXM-in 253-1.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında işlərə, ümumiyyətlə inzibati xəta ha qqında işlərə baxmaq və inzibati xəta haqqında qərar qəbul etmək səlahiyyəti müəyyən edilməmişdir. X2 İXM-in 253-1.1.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın məzmununda isə törədilmiş inzibati xətanın mahiyyəti kimi Hacıqabul rayon Meyniman Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrində olan mövcud yaşıllıqların uçotunun və monitorinqini aparmaması qeyd edilmişdir. Göründüyü kimi, qanunvericiliyə əsasən İXM-in 253-1.1.3-cü maddəsində yalnız mövcud yaşıllıqların uçotu, və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi nəzərdə tutulmuş, həmin maddədə yaşıllıqların monitorinqinin aparılmamasına görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilməsi nəzərdə tutulmuşdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi adından səlahiyyətli vəzifəli şəxs isə yalnız yaşıllıqların uçotu və monitorinqinin aparılmamasına görə inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyətinə malikdir. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Hacıqabul rayon Meyniman bələdiyyəsinin sədri X4 barəsində AR İXM-in 253- 1.1.3-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar vermək səlahiyyəti olmadığından xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərar qanunsuz və əsassız olmaqla ləğv edilməli və iş yenidən baxılması səlahiyyətli orqana göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 135.1.5-2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi, eləcə də həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, X4 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən prosessual qanunvericiliyin tələbləri pozulduğundan, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və yuxarıda qeyd edilən pozuntular aradan qaldırılmaqla inzibati xəta haqqında iş üzrə yenidən araşdırma aparılması üçün qərarın surəti səlahiyyətli orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 134 və 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən Hacıqabul rayon Meyniman Bələdiyyəsinin sədri X4 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qərarın surəti inzibati xəta haqqında iş üzrə yenidən araşdırma aparılması üçün həmin orqana göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(071)-139/2024
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-139/2024
27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver