Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-139/2025 06.05.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Hacıqabul rayonu, Meyniman kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2025-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli və xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Hacıqabul rayonu Meniman kəndində şəxsi münasibətləri zəminində qohumu Zərərçəkmiş şəxs dəmir parçası ilə qəsdən vuraraq döymüş və Zərərçəkmiş şəxs məxsus 01 ədəd velosipedi qəsdən əzib yararsız hala salmaqla sonuncuya 157 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X3 inzibati xəta haqqında protokoların məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Şəxsnın əməllərində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin törədilmiş əməllər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 157-ci və 232-1-ci maddələri ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Odur ki, onun barəsində qanunamüvafiq qaydada tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs əmisi oğludur və onlarla münasibəti yaxşı deyil. Belə ki, ailəsinin dağılmasına səbəb olmuşlar. Ona görə də neçə ildir ki, onlarla danışmır. xx.xx.2025-ci il tarixdə günorta saat 15 radələrində həmkəndlisi Elnurla balıq tutmaq üçün Elnurun “Oka” markalı avtomobili ilə getmiş, lakin balıq tutan olmadığına görə qarmaq atmayaraq qayıdıb evlərinə gələndə, küçədə avtomobildən düşdükdə Ziyanın küçə ilə velosipedlə keçdiyini görmüşdür. Ziyanı görəndə əsəbləşmiş, çünki Ziyanın qardaşı oğlunun tutdurmuşdur. Ziyaya yaxın gəlməsini demişdir. Ziya isə əli ilə ona nə isə işarə edib sürüb getmişdir. Özü müharibə iştirakçısı olduğundan əsəb problemləri vardır. Əsəbini cilovlaya bilməyib həyətə keçib həyətdə olan təxminən 40 sm olan dəmir parçasını (uqolnik) götürmüş və özünə məxsus “Vaz 2106” markalı **-BD-*** nömrəli avtomobili minib Ziyanın dalınca getmişdir. Ziyanı yolda görüb saxlamış, dəmir parçasını da götürüb onun üstünə getmiş, onunla yaxalaşmış, yaxalaşan zaman köynəyi cırılmışdır. Ziya əlində olan dəmir parçasını almağa çalışsa da, dəmirlə Ziyanın sifətindən vurmuşdur. Sonra dəmiri Ziyaya vermiş və demişdir ki, “qardaşına de özünü yığışdırsın”. Ziya yenə velosipedi sürüb küçəyə tərəf getmiş, lakin hirsli olduğundan Ziyanın arxasınca maşını sürüb evə gedəndə yenə küçədə Ziyanın getdiyini görmüşdür. Ziya velosipeddən düşüb velosipedi yanı ilə aparanda yanından keçəndə arxadan velosipedini idarə etdiyi avtomobil ilə vurmuş və çıxıb getmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Ədalət əmisi oğlu olsa da, bir neçə ildir ki, münasibətləri yaxşı deyil. Belə ki. Ədalətin oğlu Vüqar həbsdədir və həbs olunmasında qardaşı Anarı günahlandırır. Bu səbəbdən də onlarla münasibəti yoxdur. xx.xx.2025-ci il tarixdə saat 15:30 radələrində velosipedlə kənddən evlərinə gedən zaman yolu Ədalətin küçəsindən keçdiyindən Ədalətin Elnurun “Oka” markalı avtomobilində gəlib küçələrində saxlayıb düşdüyünü görmüşdür. Ədalət avtomobildən düşəndə onu görüb təhqir etmişdir. Ədalət onun üstünə gəlmək istəyəndə Elnur onu tutub qoymamış, Elnur ona işarə edərək uzaqlaşmasını bildirmiş və oradan uzaqlaşmışdır. Evinə getmək üçün artıq Ədalətin qapısından keçə bilmədiyindən yolunu dəyişib digər küçə ilə gedərkən arxadan Ədalət özünə məxsus “Vaz 2106” markalı **-BD-*** nömrəli avtomobili ilə gəlib onun yanında saxlamışdır. Əlində təxminən 40 sm uzunluqda dəmir parçası ilə (uqolniklə) üstünə gəlmişdir. Dəmir parçası ilə onu vuranda əlindən tutmuş, yaxalaşmış, dəmir parçasını Ədalətdən almaq istəmişdir. Həmin vaxt Ədalət dəmirlə sifət nahiyəsindən vurmuşdur. Dəmiri Ədalətdən almış yaxında olan kanala atmış və yenə velosipedinə minib evinə tərəf küçə ilə gedən zamanı Ədalət yenə öz avtomobili ilə arxadan surətlə gəlmiş, bunu görüb velosipeddən düşmüş və Ədalət avtomobil ilə velosipedini vurub kənara atmışdır. Bundan sonra Ədalət avtomobil saxlayıb üstünə gələndə oradan uzaqlaşmışdır. Zəng edib kənd icra nümayəndəsi Cavid Vəliyevə bu barədə bildirmiş və “102” xidmətinə məlumat vermişdir. Odur ki, Şəxs törətdiyi əmələ görə bağışlamır və onun cəzalandırılmasını xahiş edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 115 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol gözaltı nahiyyənin sıyrıqı, alt çənənin sol şaxəsi üzərinin sıyrıqı, sol qulaq seyvanı üzərinin qançırı. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxs tərəfindən yetirilməsi zamanı əmələ gələ bilər. Müddəti müayinədən 2-3 gün əvvələ uyğundur. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmur. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında təhqiqat araşdırması aparılmış və 18 aprel 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla Şəxsnın əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələrinin tərkibi olduğu müəyyən edildiyindən qərarın surəti Hacıqabul rayon X2 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış protokolu”na əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs məxsus velosiped istismara yararsız hala salınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. 30.2-ci maddəsinə əsasən-hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaların törədilməsi zərər çəkmiş şəxsin izahatı, ekspert rəyi, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas mövcud deyildir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar isə müəyyən olunmadı. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cərimə növündə tənbehin tətbiq olunmasını məqsədə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 157-ci maddəsinin sanksiyası çərçivəsində 300 (üç yüz) manat cərimə və həmin Məcəllənin 232-1-ci maddəsi ilə vurulmuş ziyanın bir misli miqdarında, yəni 157 (yüz əlli yeddi) manat məbləğində cərimə tənbehi tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-139/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-139/2025
06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver