Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-14/2024 08.01.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Hacıqabul RPŞ-nin X1 polis sahə rəisi polis kapitanı X6, “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Ağasalam oğlunun iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Hacıqabul rayonu Muğan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Hacıqabul rayonu Muğan qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Ağasalam oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i̇ : Şəxs Ağasalam oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2024-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Hacıqabul rayon Polis Şöbəsinin X1 polis sahə rəisi polis kapitanı X13 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və onun əsasında qəbul edilmiş MN ******* nömrəli xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” Qərardadda göstərilmişdir ki, vətəndaş Şəxs Ağasalam oğlu xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Hacıqabul şəhəri İ.Qayıbov küçəsində cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarını kobud surətdə pozaraq uca səslə qışqırıb ünvansız söyüşlər söymüş, ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati pozuntuya yol vermişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinin X1 polis sahə rəisi polis kapitanı X13 izahatında bildirdi ki, vətəndaş Şəxs Ağasalam oğlu xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Hacıqabul şəhərində özünə məxsus “Mercedes Benz GLS” markalı **-KK-*** dövlət nömrə nişanlı avtomobillə hərəkət edərkən İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla əlaqədar Hacıqabul RPŞ-nin DYPB-nin YPX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan sonra Şəxs cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarını kobud surətdə pozaraq uca səslə qışqırıb ünvansız söyüşlər söymüş, ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati pozuntuya yol vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Ağasalam oğlu izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində özünə məxsus avtomobillə bibisi oğlunu onların evinə aparmışdır. Muğan qəsəbəsi tərəfdən Hacıqabul şəhərinə hərəkət edərkən YPX-nin əməkdaşları onu saxlayaraq dönmə əməliyyatı zamanı işıq cihazlarından istifadə etmədiklərini bildirmişlər. O, YPX-nin əməkdaşlarına dönmə əməliyyatı zamanı işıq cihazlarından istifadə etdiyini bildirmişdir. O, səs-küy salmamış, polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməyərək sakit şəkildə yol hərəkət qaydalarını pozmadığını bildirmişdir. Bundan sonra YPX-nin əməkdaşları onu Hacıqabul RPŞ-nə dəvət etmişlər. O, heç bir etiraz etməyərək YPX-nin əməkdaşları ilə birlikdə Hacıqabul RPŞ-nə gəlmişdir. Polis şöbəsində olarkən adını bilmədiyi polis əməkdaşı onun əvəzinə izahat yazmış, o, isə izahatı oxumadan imzalamışdır. İzahatı imzaladıqdan sonra o, inzibati qaydada tutulmuş və X7 keçirilmişdir. Polis şöbəsində olarkən müdafiəçi ilə təmin edilməmiş, barəsində tərtib edilmiş protokolun surəti ona təqdim edilməmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 15:00 radələrində o, X5 azad edilmişdir. İzahatının sonunda heç bir inzibati xətaya yol vermədiyini bildirərək, barəsində başlanılmış iş üzrə icraata xitam verməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirdi ki, hazırda Hacıqabul RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə saat 20:45 radələrində X12 ilə birlikdə Hacıqabul şəhəri İ.Qayıbov küçəsində xidmətdə olarkən Mercedes Benz GLS markalı **-KK-*** dövlət nömrə nişanlı avtomobili idarə edən şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar avtomobili saxlamışlar. Avtomobili idarə edən şəxs özünü təqdim etməkdən imtina etmiş, onlardan avtomobildən kənara çəkilmələrini tələb etmişdir. O, şəxsiyyəti sonra məlum olmuş Şəxs Ağasalam oğlunu intizama dəvət etmiş və sənədlərini təqdim etməsini tələb etmişdir. Şəxs özünü təqdim etməkdən imtina etmişdir. Bundan sonra o, və A.Tağıyev vətəndaş Şəxs Rayon Polis Şöbəsinə dəvət etmişlər. Şəxs polis şöbəsinə getməkdən imtina etməmiş və onlar şöbəyə getmişlər. Polis şöbəsinin həyətində olarkən Şəxs özünü təqdim etmiş və onlar Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar xidməti avtomobilin borkompyuteri vasitəsilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişlər. Bundan sonra N.Şahbzovu polis şöbəsinin növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin DYPB-nin YPXnin inspektoru X2 Ramil Valeh oğlu ilə eyniməzmunlu izahat vermişdir. İş materiallarında olan İXP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 20:38-də Mercedes Benz GLS markalı **-KK-*** dövlət nömrə nişanlı avtomobili idarə edən Şahbazov X3 Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. TP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şahbazov X3 Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 30 manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Ağasalam oğlu xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Hacıqabul şəhəri İ.Qayıbov küçəsində cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını kobud surətdə pozaraq uca səslə qışqırıb ünvansız söyüşlər söymüş, ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati pozuntuya yol vermişdir. xx.xx.2024-cü il tarixli İnzibati qaydada tutuma haqqında protokoldan görünür ki, Şəxs Ağasalam oğlu tərəfindən törədilən inzibati xətanın qarşısının alınması məqsədilə o, xx.xx.2024-cü il tarixdə saat 21:30-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında icraat materialı üzrə inzibati qaydada tutulmuş şəxsə müdafiəçinin təqdim olunmasından imtina haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs Ağasalam oğlu ona təqdim olunmuş Şirvan Refional Vəkil Bürosunun vəkili X4 tərəfindən hüquqlarının müdafiə edilməsinə etirazını bildirərək müdafiəçidən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri tədqiq edərək qeyd edir ki, Şəxs Ağasalam oğlu barəsində tərtib edilmiş inzibati sənədlərin tərtibi zamanı prosessual pozuntulara yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Həmin Məcəllənin 65.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlandığı vaxtdan müdafiəçi və nümayəndə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak etməyə buraxılırlar. Törədilmiş inzibati xətaya görə fiziki şəxs barəsində inzibati qaydada tutma tətbiq edildiyi hallarda müdafiəçi həmin şəxs inzibati qaydada tutulduğu vaxtdan inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməyə buraxılır. İXP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilmiş İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın harada törədilməsi qeyd edilməmiş və həmin protokol, habelə inzibati tənbeh vermə haqqında qərar barəsində tərtib edilmiş şəxsə təqdim edilməmişdir. Bundan başqa, Şəxs Ağasalam oğlu barəsində tərtib edilmiş tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun xx.xx.2024-cü il tarixdə tərtib edildiyi qeyd edilsə də, protokolun surətinin verilməsi qrafasında xx.xx.2024-cü il tarixi qeyd edilmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” Qərardadda həmin qərardadın xx.xx.2024-cü il tarixli deyil xx.xx.2024-cü il tarixli protokol əsasında tərtib edilməsi qeyd edilmişdir. Bundan başqa, inzibati qaydada tutma haqqında protokodan görünür ki, Şəxs Ağasalam oğlu xx.xx.2024-cü il tarixdə saat 21:30-da inzibati qaydada tutulmuşdur. Şəxsin həmin vaxt inzibati qaydada tutulmasına baxmayaraq tutmaya səbəb olana inzibati xəta haqqında protokol yalnız üç gündən sonra, yəni xx.xx.2024-cü il tarixdə tərtib edilmişdir. Eyni zamanda, şəxsin hansı tarixdə tutulmadan azad edilməsi protokolda qeyd edilməmişdir. Bundan başqa, Şəxs Ağasalam oğlu xx.xx.2024-cü il tarixdə saat 21:30-da inzibati qaydada tutulduqdan sonra iş üzrə icraatı aparan orqan Şəxs müdafiə hüququnu pozaraq onu müdafiəçi ilə təmin etməmişdir. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil ilə müqavilə bağlamasına baxmayaraq, onun vəkillə görüşməsinə imkan verilməmişdir. Şəxs azad edildikdən sonra xx.xx.2024-cü il tarixdə onun müdafiəçidən imtina etməsi barədə protokol tərtib edilmişdir. Yuxarıda qeyd edilən prosessual pozuntulardan başqa, məhkəmə istintaqı zamanı Şəxs Ağasalam oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin DYPB-nin YPX-nin inspektorları X12 və X8 eyniməzmunlu izahat verərək Şəxs xırda xuliqanlığa yol vermədiyini, onun tərəfindən sadəcə olaraq etiraz etdiyini, onların təklifi ilə könüllü şəkildə polis şöbəsinə getdiyini qeyd etmişlər. Bundan başqa, YPX-nin əməkdaşları Şəxs tərəfindən protokolda qeyd edilən inzibati xətanın törədilməsi zamanı onların üzərində həmin hərəkətləri qeydə alan heç bir texniki vasitənin olmadığını bildirmişlər. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs Ağasalam oğlunun əməlində İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri aşkar edilmədiyindən onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Ağasalam oğlunun əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələrilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d i: MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Şəxs Ağasalam oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələrilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-14/2024
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-14/2024
08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver