Məhkəmə qərarları › İş №3(071)-14/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-14/2025

06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-14/2025 06.01.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul Rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hacıqabul Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli və İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, “Hyundai Elantra” minik markalı, ** BO *** dövlət qeydiyyat nişanlı və “Kia Sportage” minik markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilləri idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə təyin edilmiş inzibati cəriməni qanunla müəyyən edilmiş 3 ay müddət ərzində ödəməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 21594676 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 22092465 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 22256261 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 22335904 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 22436143 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarlardan görünür ki, Şəxs “Hyundai Elantra” minik markalı, ** BO *** dövlət qeydiyyat nişanlı və “Kia Sportage” minik markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilləri idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 10 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 22124933 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 22051000 nömrəli, xx.xx.2024-cü il tarixli və EQ 21277397 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarlardan görünür ki, Şəxs “Kia Sportage” minik markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 20 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 22366077 nömrəli, xx.xx.2024-cü il tarixli və EQ 22272026 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarlardan görünür ki, Şəxs “Hyundai Elantra” minik markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 21254967 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs “Kia Sportage” minik markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 22125074 nömrəli, xx.xx.2024-cü il tarixli və EQ 21655115 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarlardan görünür ki, Şəxs “Kia Sportage” minik markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 339.1-1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 22747433 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs “Hyundai Elantra” minik markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 50 manat məbləğində cərimə edilmişdir. “Asan Pay” ödəniş sistemindən çıxarılmış çıxarışdan görünür ki, EQ 21594676 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 22366077 nömrəli, xx.xx.2024-cü il tarixli və EQ 22436143 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qərarlara əsasən tətbiq edilmiş cərimə və dəbbə pulu tamamilə ödənilmişdir. Digər elektron qərarlara əsasən tətbiq edilmiş cərimə və dəbbə pulu ödənilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş cərimənin məbləğini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 328.1-ci və 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair qəbul edilmiş EQ 21594676 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 22366077 nömrəli, xx.xx.2024-cü il tarixli və EQ 22436143 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qərarlarla bağlı Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli və İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Lakin qeyd olunan qərarlar üzrə Şəxs barəsində olan müvafiq inzibati cərimələri və ona hesablanmış dəbbə pulunu tam şəkildə ödəmişdir. Məhkəmə yuxarıda göstərilən halları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası DİN BDYPİ və Hacıqabul RPŞ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli və İXP seriyalı ******* nömrəli protokollar üzrə İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli və İXP seriyalı ******* nömrəli protokollara münasibətdə isə məhkəmə hesab edir ki, Şəxs müvafiq inzibati cəriməni ödədiyindən barəsində həmin protokollar üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli və İXP seriyalı ******* nömrəli protokollara dair hissədə Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar