Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-140/2023 01.05.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X6 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs BDYPİ-nin YPXA-nın Xİİ tağımının YPX inspektoru, polis kapitanı X4, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Hacıqabul rayonu Abdulabad kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 333.3cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin YPXA-nın Xİİ tağımından daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində “Vaz 21074” markalı 0 373M005 qeydiyyat nişanlı avtomobili etibarnaməsiz və sərxoş vəziyyətdə idarə edərkən Hacıqabul-Horadiz yolunun 12,8-ci kmdə Sabirabad rayonunun Qaragünə kəndi ərazisindən keçən hissəsində düzgün ara məsafəsi saxlamayaraq eyni istiqamətdə qarşısında hərəkətdə olan X1 idarə etdiyi «X9» markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə avtomobillərə maddi zərər vurmuşdur. BDYPİ-nin YPXA-nın Xİİ tağımının YPX inspektoru, polis kapitanı X5 tərəfindən onun Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1 və 333.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək material ilə birlikdə baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun məzmununda Şəxs inzibati xəta haqqında materiala Hacıqabul rayon Məhkəməsində baxılması ilə bağlı vəsatətini qeyd etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X5 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində “Vaz 21074” markalı 0 373M005 qeydiyyat nişanlı avtomobili etibarnaməsiz və sərxoş vəziyyətdə idarə edərkən Hacıqabul-Horadiz yolunun 12,8-ci km-də düzgün ara məsafəsi saxlamayaraq eyni istiqamətdə qarşısında hərəkətdə olan «X9» markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 333.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada tənbeh edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü İXMnin 327.1, 332.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilərək izahatında bildirdi ki, “Vaz 21074” markalı 0 373M005 qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnaməsinin vaxtı bitmişdir. xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində sərxoş vəziyyətdə “Vaz 21074” markalı 0373M005 qeydiyyat nişanlı avtomobillə Sabirabad rayonuna gedən zaman düzgün ara məsafəsi saxmadığı üçün onunla eyni istiqamətdə qarşıda hərəkətdə olan «X9» markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə arxadan toqquşmuşdur. Nəticədə avtomaşınlara maddi ziyan dəymişdir. Ailəlidir və himayəsində iki azyaşlı uşağı vardır. Törətdiyi əməldən çox peşmandır. Bir daha sərxoş halda avtomobil idarə etməyəcəyinə söz verir. Odur ki, ailə vəziyyətinin nəzərə alınaraq, onun barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində etibarnamə ilə idarə etdiyi «X9» markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabirabad rayonu istiqamətində hərəkətdə olan zaman Sabirabad rayonunun Qaragünə kəndi ərazisində Şəxs idarə etdiyi “Vaz 21074” markalı 0 373M005 qeydiyyat nişanlı avtomobil qəflətən onun avtomobilini arxadan vurmuşdur. Nəticədə onun avtomobilinə 990 manat ziyan dəymişdir. Həmin ziyanın ödənilməsini tələb edir. Şəxs barəsində hansı qərarın qəbul ediləcəyini məhkəmənin mülahizəsinə buraxır. Sabirabad Avtomotoservis və Ticarət Müəssisəsinin xx.xx.2023-cü il tarixli rəy aktından görünür ki, X1 idarə etdiyi «X9» markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 990 manat maddi ziyan dəymişdir. “Sabirabad rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi Poliklinika şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 41 nömrəli aktda göstərilir ki, 1983-cü il təvəllüdlü Şəxs xx.xx.2023-cü il tarixdə həkim E.Məmmədov tərəfindən müayinə olunmuşdur. Müayinə zamanı Şəxs orta dərəcəli sərxoş olduğu müəyyən edilmişdir. İş materiallarında olan 642768 nömrəli qəbzdən görünür ki, Şəxs orlu 30 aprel 2023cü il tarixdə saat 17:23-də Alkovizor-AZ817 nömrəli xüsusi texniki vasitə ilə müayinədən keçirilmiєdir, onun qanında alkoqolun konsentrasiyası (alkoqolun miqdarı) 4.177 promil olması göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsinin qeydinin 1-ci bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, yəni onun alkoqoldan istifadə nəticəsində yaranmış orta dərəcəli sərxoşluq vəziyyətində nəqliyyat vasitəsini idarə etməsi və bunun nəticəsində zərər çəkmiş şəxsə məxsus avtomobilə maddi zərər vurması özünün etirafedici izahatı ilə yanaşı, zərər çəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol, maddi zərərin vurulmasına dair mütəxəssis rəyi və iş üzrə digər sənədlərlə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətini istisna edən hallar yoxdur. Odur ki, Şəxs İXM-in 333.3-cü maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini və əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətanın xarakteri, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, məsuliyyətini yüngülləşdirən halların olması və məsuliyyətini ağırlaşdıran halların isə müəyyən edilməməsi nəzərə alınmaqla, Şəxs əlavə tənbeh kimi nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması ilə yanaşı, əsas tənbeh kimi cərimə tənbehi tətbiq edilməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə yanaşı, həmçinin 327.1 və 332.1ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutlmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Baş X10 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X8
Məhkəmə qərarları › İş №3(071)-140/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-140/2023
01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver