Məhkəmə qərarları › İş №3(071)-140/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-140/2025

06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-140/2025 06.05.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs Valeh oğlunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Sabirabad rayonu, Əlləhətli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Hacıqabul rayonu, Ələtli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materialdan görünür ki, xx.xx.2025ci il tarixdə saat 10 radələrində Hacıqabul rayon Ələtli kənd sakini X3 idarə etdiyi “Opel Astra” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Hacıqabul şəhər sakini Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2106” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2106” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilin Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində mərkəzi dairədən Daxili Qoşunların N saylı hərbi hissəsi istiqamətində asfalt örtüklü, iki zolaqlı yolda 1-ci zolaqda saatda 40-50 km/saat sürətlə hərəkətdə olan zaman yol kəsişməsindən əsas yola gözləmədən çıxan X3 idarə etdiyi “Opel Astra” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobil anidən onun qarşısına çıxmış, nəticədə onu vurmuş, zərbənin təsirindən hər iki avtomobilə maddi ziyan dəymişdir. “VAZ 2106” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin kimi əyləşmiş X4 müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Hacıqabul RMX-yə müraciət etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Hacıqabul RPŞ-nin DYPB-nin YPX inspektoru polis baş leytenantı X5 izahatında inzibati xəta haqqında protokolun məzmununa uyğun ifadə verərək Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü inzibati xətanın törədilməsində tam təqsirli bilərək izahatında bildirdi ki, Hacıqabul rayonu Ələtli kəndində yaşayır. 1983-cü ildən etibarən sürücülük vəsiqəsi var həmin vaxtdan etibarən avtomobil idarə edir. 2-3 il olar ki, özünə məxsus “Opel Astra” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edir. xx.xx.2025-ci il tarixdə saat 10:00 radələrində Ələtli kəndindən “Opel Astra” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə çıxaraq Hacıqabul rayonuna bazara gəlmişdir. Avtomobildə ondan başqa 2 gəlini - Kəmalə və Kamilə adlı gəlin və 11 aylıq nəvəsi Qəmzə də var idi. Qəmzə Kamilənin övladıdır. Bazardan toyuqlar üçün yem alacağdı, lakin ala bilməmiş və bazardan çıxaraq ATS-in qarşısı ilə fırlanıb xəstəxanaya getmək fikrində olmuşdur. Polis şöbəsi və Daxili qoşunların hərbi hissəsi tərəfdə olan yoldan əsas yola çıxmaq istəyən zaman sol tərəfdən gələn “VAZ 2106” markalı avtomobilin sola dönmə işığının yanmasını görərək köməkçi yoldan əsasa yola İ.Qayıbov küçəsinə çıxmışdır. Həmin vaxt “VAZ 2106” markalı avtomobilin qarşısına çıxdığı üçün həmin avtomobil qarşı tərəfi ilə onun avtomobilinin qarşı sol tərəfindən vurmuşdur. İdarə etdiyi avtomobilində olan heç kəs xəsarət almamışdır. Lakin “VAZ 2106” markalı avtomobildə olan qadın xəsarət alaraq Hacıqabul RMX-yə getmişdirlər. O, ümumiyyətlə spirtli içki qəbul etmir. Törətdiyi əmələ görə çox peşmandır. Onun barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Valeh oğlu izahatında bildirdi ki, Hacıqabul şəhərində yaşayır. 2008-ci ildən etibarən sürücülük vəsiqəsi var həmin vaxtdan etibarən avtomobil idarə edir. Özünə məxsus etibarnamə ilə idarə etdiyi “VAZ 21063” markalı **-ES- *** dövlət qeydiyyat nişanlı avtomobil 3-4 ay olar ki, idarə edir. Həmin avtomobil ilə taksi işləyir. xx.xx.2025-ci il tarixdə saat 10:00 radələrində idarə etdiyi “VAZ 21063” markalı **- ES-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Hacıqabul rayonu “Bizim Anar” marketin yaxınlığından 3 nəfər iki böyük 1 uşaq avtomobilinə əl ilə işarə etmiş və o da avtomobili saxlamışdır. Həmin şəxsləri tanımır və avtomobilə oturaraq bazara getmək istədiklərini bildirdilər. O, Şirvan şəhəri tərəfdən Hacıqabul rayonu mərkəzi dairə istiqamətində hərəkətə başlamış, dairəni keçərək Polis şöbəsinə çatanda avtomobil sıxlığı yaranmış və o, sürəti azaldaraq 20-30 km/saat sürətlə Polis şöbəsini keçəndən sonra yol ayrıcında qarşısına anidən “Opel” markalı avtomobil çıxmış və avtomobilimin qarşısı ilə həmin avtomobilin sol qarşı qanadından vurmuşdur. Nəticədə onun avtomobilində olan arxada oturmuş qadın xəsarət alaraq Hacıqabul RMX-yə getdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Avtomotoservis və ticarət Müəssisəsi” tərəfindən verilmiş qüsur aktından görünür ki, “VAZ 21063” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilə 948 manat zərər dəymişdir. “X2” PHŞ TTTYŞ-nin tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən 64 saylı tibbi müayinə protokolunda göstərilir ki, xx.xx.1962-ci il təvəllüdlü Şəxs müayinə olunan zaman onun spirtli içki qəbul etmədiyi (ayıq olduğu) məlum olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edən şəxs tərəfindən törədilən inzibati xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəsinin sxemi, özünün etirafedici izahatı ilə yanaşı zərər çəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında dörd yüz manat məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tənbehləri nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların isə müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail olmaq olar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar