Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-142/2023 04.05.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X9 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Hacıqabul rayonu, 1ci Meyniman kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də fəhlə işləyən, Hacıqabul rayonu, Meyniman kəndində qeydiyyatda olan, Hacıqabul rayonu, Talış kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2023 -cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023cü il tarixdə Hacıqabul rayonu Talış kəndində Zərərçəkmiş şəxs vurub ağız boşluğunun sağ hissəsinin qançırı kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Beləliklə də, Eynalov X3 Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi polis mayoru X4 izahatında göstərdi ki, Şəxs xx.xx.2023cü il tarixdə aralarında yaranmış mübahisə zəmnində Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirmişdir. Bu fakt üzrə təhqiqat araşdırması aparılmış və onun əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Lakin, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, o, Hacıqabul rayonu, Meyniman kəndində daimi qeydiyyatda olmaqla Hacıqabul rayonu, Talış kəndində yaşayır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Onun Rabil ilə düşmənçiliyi və ədavəti olmamışdır. Rabilin Hacıqabul rayonu, Talış kəndində ərzaq mağazası vardır. Evi üçün ərzaq məhsullarını Rabilin mağazasından nisyə alıb sonra isə pulunu verirdi. Hazırda Rabilin mağazasına ərzaq məhsulları üçün 450 manat pul borcludur. 10 aprel 2023-cü il tarixdə saat 23 radələrində Hacıqabul rayonu, Talış kəndində öz yaşadığı evdə yatan zaman evin qapısı döyüldüyünü eşidib qapını açdıqda Rabilin olduğunu görmüşdür. Rabil ona mağazaya olan borcu qaytarmağı demişdir. Rabilə pulu olmadığını, pulu olduqda borcunu qaytaracağını bildirmişdir. Rabil səhəri günü onun borcunu qaytarmağı demiş və onu təhqir etmişdir. Bu zaman əsəbiləşdiyindən Rabilin yaxasından tutub onunla əlbəyaxa olmuş və Rabilin üzünə bir dəfə yumruqla zərbə vurmuşdur. Əməlindən peşman olmuşdur. Törətdiyi əmələ görə üzrxahlıq edir. Borcunu isə tez bir zamanda ödəməyə çalışacaqdır. Odur ki, qeyd etdiklərini nəzərə alıb qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, o, Hacıqabul rayonu, Talış kəndində yaşayır. Onun Hacıqabul rayonu, Talış kəndi ərazisində mağazası vardır. Hacıqabul rayonu, Talış kəndində yaşayan Şəxs mağazadan 450 manat pul müqabilində nisyə ərzaq məhsulları almışdır. 10 aprel 2023-cü il tarixdə İntizamın yaşadığı ünvana gedib maaş aldığını, mağazaya olan borcundan ödəməyi xahiş etmişdir. İntizam onun təhqir edərək həyətdən çıxmağı tələb etmiş və əynində olan köynəyin yaxasını dartıb cırmışdır. Həmin vaxt İntizam onun ağzına iki yumruq zərbəsi vurmuşdur. Həmin vaxtı İntizamın həyat yoldaşı X5 araya girib onları aralaşdırmışdır. Odur ki, Şəxs törətdiyi əmələ görə bağışlamır və onun cəzalandırılmasını xahiş edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023 -cü il tarixli, 103 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinə zamanı aşkar edilmiş xəsarət - ağız boşluğunun sağ hissəsinin qançırı. Yuxarıda qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilər. Yuxarıda qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında təhqiqat araşdırması aparılmış və 14 aprel 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğu müəyyən edildiyindən qərarın surəti Hacıqabul rayon X8 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. İş materiallarında olan X2 Hacıqabul rayon Şöbəsində verdiyi izahatından görünür ki, o, Hacıqabul rayonu Talış kəndində əri Şəxs Zərərçəkmiş şəxs sifət nahiyəsinə zərbə vuraraq onu döydüyünü bildirmişdir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, zərər çəkmiş şəxsin izahatı, ekspert rəyi, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs ilk dəfə inzibati xəta törətməsini və əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır (İXM 32.2-ci maddəsi). Onun məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında iki növ inzibati tənbeh – cərimə və həbs inzibati tənbehləri nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X10
Məhkəmə qərarları › İş №3(071)-142/2023
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-142/2023
04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver