Məhkəmə qərarları › İş №3(071)-143/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-143/2023

05.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-143/2023 05.05.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X4 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Hacıqabul rayon Polis Şöbəsinin polis sahə rəisi polis mayoru X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Salyan rayonu Nəvahi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Hacıqabul rayonu Nəvahı qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 05 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023cü il tarixdə yaşadığı Hacıqabul rayonu Nəvahi qəsəbəsində həmkəndliləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nalayiq sözlərlə təhqir etmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X2 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə yaşadığı Hacıqabul rayonu Nəvahi qəsəbəsində həmkəndliləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə aralarında olan borc məsələsinə görə onları nalayiq ifadələrlə təhqir etmişdir. Zərər çəkmiş şəxslər bununla bağlı Hacıqabul rayon Polis Şöbəsinə müraciət etmişlər. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmə göndərilmişdir. Onun barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, inzibati xəta haqqında protokolda qeyd edilən əməli törətməmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə birlikdə bir-birilərinə zamin duraraq bankdan pul götürmüşlər. Pulu vaxtında ödəyə bilmədiyi üçün bank Zərərçəkmiş şəxs2 pensiya kartından pul tutur. Aralarında mübahisə buna görə düşmüşdür. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onun yaşadığı evə gələrək ailəsinin ünvanına qarğış etmiş, nalayiq ifadələr işlətmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 nalayiq ifadələr işlətməmişdir. Odur ki, onun barəsində başlanmış inzibati xəta haqqında materiala xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki,Şəxs ilə bir kənddə yaşayırlar. Bir neçə il bundan qabaq “Finca” kredit təşkilarından bir-birilərinə zamin duraraq pul götürmüşlər. Öz öhdələrinə düşən həmin pulu ödəmiş, lakin Mahir borcunu ödəməmişdir. Bu barədə bir neçə dəfə müraciət etsələr də Mahir pulu banka ödəməmişdir. Bir-birilərinə zamin olduqları üçün banka olan borc onların pensiya kartından tutulur. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 ilə birlikdə Mahirgilə gedərək, banka olan borcunu ödəməsini xahiş etmişdir. Bu zaman Mahir onlarla mübahisə etməyə başlamış və ailə üzvlərinin yanında uca səslə onların ünvanına nalayiq ifadələr işlətmişdir. Odur ki, onun barəsində inzibati qaydada tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında bildirdi ki, Şəxs ilə bir kənddə yaşayırlar. “Finca” bankdan bir-birilərinə zamin olaraq pul götürmüşlər. Nazilə ilə o, öhdələrinə düşən həmin pulu ödəmiş, Mahir ödəmədiyi üçün bu barədə bir neçə dəfə müraciət etsələr də Mahir pulu banka ödəməmişdir. Bir-birilərinə zamin olduqları üçün Mahir borcuna görə də pul onların pensiya kartından tutulur. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 ilə birlikdə Mahirgilə gedərək, banka olan borcunu ödəməsini xahiş etmişlər. Orada Mahir onlarla mübahisə etməyə başlamış və ailə üzvlərinin yanında uca səslə onların ünvanına nalayiq ifadələr işlətmişdir. Odur ki, onun barəsində inzibati tədbir görülməsini xahiş edir. Məhkəmə hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də, onun xx.xx.2023-cü il tarixdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ictimai yer sayılan Hacıqabul rayonu Nəvahı qəsəbəsində yaşadığı evin qarşısında onların ünvanına nalayiq ifadələr işlətməsi, bununla da İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş zərər çəkmiş şəxslərin izahatları, inzibati xəta haqqında protokol və işin digər sənədləri ilə tam sübuta yetirilir. Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən hal və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona 100 (yüz) manat miqdarında cərimə tənbehi tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar