Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 3(071)-143/2025 08.05.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Salyan rayonu, Pambıqkənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 08 may 2025-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X3 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs üzərinə baxış zamanı ümumi çəkisi 0,052 qram narkotik vasitə metamfetamin aşkar olunmuşdur. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 izahatında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tədbir görülməsindən ötrü material ayrılaraq qərarın surəti ilə birlikdə Hacıqabul rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinə göndərimişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Salyan rayonunda yaşayır. xx.xx.2025-ci il tarixdə yaxın dostu ilə görüşmək məqsədilə Hacıqabul rayonuna gəlmişdir. Həmin vaxtlar narkotik vasitədən istifadə etmişdir. Bu barədə dostunun onun narkotik vasitə istifadəçisi olması haqqında məlumatı olmamışdır. Hal-hazırda narkotik vasitələrdən istifadə etmir. xx.xx.2025-ci il tarixdə Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə gətirilmişdir. Həmin gün polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkət olmamışdır. Saxlanıldıqdan sonra bir gün ərzində Şöbənin müvəqqəti saxlama yerində qalmış, daha sonra sərbəst buraxılmışdır. Polis əməkdaşları tərəfindən üzərindən aşkar olunan narkotik vasitəni Bakı şəhərində almış, həmin narkotik vasitənin qarşılığında 40 manat məbləğində pul ödəmişdir. Həmin psixotrop maddə metamfetaminin ümumi çəkisi 0,5 qram olmuşdur. Ailəli olmasını, himayəsində azyaşlı övladının olmasının məhkəmə tərəfindən nəzərə alınmasını, barəsində yüngül tənbeh tədbiri seçilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin tərkibi olduğundan qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Hacıqabul RPŞ-nin İTBnə göndərilmiş, toplanmış materal üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan 08 mart 2025-cü il tarixdə tərtib edilmiş əməliyyat axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə barədə protokoldan görünür ki, həmin tarixdə Şəxs üzərində yoxlama zamanı 1 ədəd kağız bükülüdə psixotrop maddə metamfetamin aşkar edilmiş, həmin bükülü elektron tərəzidə çəkildikdə 0,55 qram olduğu müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan 08 mart 2025-cü il tarixli “əməliyyat axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə” barədə video-materialın olduğu 1 ədəd CD disk məhkəmə iclasında tədqiq edilən zaman müəyyən edilmişdir ki, həmin tarixdə Şəxs üzərində yoxlama zamanı 1 ədəd kağız bükülüdə psixotrop maddə metamfetamin aşkar edilmiş, həmin bükülü elektron tərəzidə çəkildikdə 0,55 qram olduğu müəyyən edilmişdir. İş materiallarında olan tutma protokolundan müəyyən edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və tutulmanın əvvəli onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il saat 20:18-dən hesablanmışdır. İş materiallarında olan “şübhəli şəxsin MYS-dən azad edilməsi” haqqında Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısı Taryel Səfərovun xx.xx.2024-cü il tarixli qərarından müəyyən edilir ki, Şəxs həmin tarixdə müvəqqəti saxlama yerindən azad edilmişdir. Təhqiqat araşdırması zamanı keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1631 nömrəli rəyindən görünür ki, Şəxs asılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülməsi məsləhət görülmüşdür. İş materiallarında olan inzibati xəta haqqında icraat materialı üzrə inzibati qaydada tutulmuş şəxsə müdafiəçinin təqdim olunmasından imtina haqqında protokoldan görünür ki, inzibati xətanı törədən şəxs Şəxs hüquqlarının müdafiəçisi X2 tərəfindən müdafiə edilməsinə öz etirazını bildirməklə müdafiəçidən imtina etmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan regional bölməsinin xx.xx.2025-ci il tarixli 18/215 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, tədqiqata təqdim edilmiş, üzərində: “...Şəxs...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,052 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Rəydən həmçinin görünür ki, tədqiqata sərf edildikdən sonra 0,032 qram metamfetamin qalıq qalmışdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə görə metamfetamin adlı psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2025-ci il tarixdə Şəxs üzərinə baxış zamanı ümumi çəkisi 0,55 qram psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Bu fakt barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində əməliyyat axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə zamanı qeydə alınmış audiovideo yazısı ilə öz təsdiqini tapır. Belə ki, həm əməliyyat axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə barədə protokolun məzmununda, həm də audio-video materialda Şəxs üzərindən aşkar olunan psixotrop maddə metamfetamin elekron tərəzidə çəkildiyi zaman ümumi çəkisinin 0,55 qram olduğu görünür. Lakin, xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan regional bölməsinin xx.xx.2025-ci il tarixli 18/215 nömrəli rəyində məhkəməyə məlum olmayan səbəbdən Şəxs üzərindən aşkar olunan psixotrop maddə metamfetaminin təmiz çəkisinin 0,052 qram olduğu qeyd olunmuşdur. Bu hal özlüyündə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətlərini yaratsa da, məhkəmə qeyd edir ki, əməliyyat axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə zamanı qeydə alınmış audio-video yazısında Şəxs üzərindən aşkar olunan metamfetamin elekron tərəzidə çəkildiyi zaman ümumi çəkisinin 0,55 qram olduğu birmənalı olaraq müəyyən edilir. Beləliklə, Şəxs əldə etdiyi psixotrop maddə metamfetaminin miqdarı şəxsi istehlak miqdarından artıq olmuşdur (0,55 qram). Belə olan vəziyyətdə Şəxs əməlində İXM-nin 206-cı maddəsinin tərkibi deyil, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi yaranır. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassız olmaqla, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə qərar çıxarılır. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində cinayət əlamətləri aşkar edildiyindən material ibtidai istintaq orqanına geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə materialda cinayət əlamətləri aşkar edildiyindən ibtidai istintaq orqanına geri qaytarılsın. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-143/2025
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №3(071)-143/2025
08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver