Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-144/2025 08.05.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Hacıqabul rayonu, Muğan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2025-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon Polis Şöbəsinin polis sahə rəisi X8 tərəfindən tərtib olunmuş 07 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci ildə saat 18:30 radələrində Hacıqabul rayonu, Muğan qəsəbəsi ərazisində ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri törətmiş ictimai qaydanın pozulmasının qarşısını alan polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinin polis sahə rəisi X8 izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci ildə saat 18:30 radələrində Hacıqabul rayonu, Muğan qəsəbəsi ərazisində ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri törətmiş ictimai qaydanın pozulmasının qarşısını alan polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Odur ki, Şəxs barəsində qanunamüvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, yağan yağışlar nəticəsində yaşadığı evin həyətyanı sahəsinə su yığılmışdır. O, həyətdən çıxıb qonşuluqda yaşayan Arif adlı şəxsin dükanına getmiş və geri qayıdan zaman Arif ona yaxınlaşaraq ona irad tutaraq bildirdi ki, onun həyətinə yığılmış suyu təmizləməsinə baxmayaraq həyətində yığılmış su divardan keçərək onun həyətyanı sahəsinə daxil olur. Həmin zaman o, sərxoş halda olmuşdur. Belə ki, küçəyə çıxmamışdan öncə yaşadığı evdə bir qədər spirtli içki olan araq qəbul etmişdir. Bu zəmində Ariflə aralarında kiçik sözlü mübahisə baş vermişdir. Həmin zaman Fövəqladə Hallar Nazirliyinin əməkdaşları və xidməti maşınları da orada olmuşdur. Onlar həyətlərdə yığılmış suyun çəkilməsi üçün xidmət aparırdılar. Daha sonra polis əməkdaşları həmin əraziyə gəldilər. Onlar yaxınlaşdıqdan sonra onu polis şöbəsinə apardılar. Ariflə onun arasında mübahisə təxminən 10-15 dəqiqə davam etmiş və orada Fövəqladə Hallar Nazirliyinin əməkdaşları və orada yaşayan digər şəxslər də olmuşdur. Mübahisə zamanı oraya polis əməkdaşları yaxınlaşdı və onlar onu polis şöbəsinə gətirdilər. Polis əməkdaşları arasında heç bir münaqişə, söz-söhbət, mübahisə baş verməmişdir. Mübahisə zamanı təsadüf nəticəsində əli ilə Fövəqladə Hallar Nazirliyinin xidməti avtomobilinin arxa farasını sındırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 18:30 radələrində Fövqəladə Hallar Nazirliyinin X5 rəisi, polkovnik X6 Hacıqabul RPŞ-nin növbətçi hissəsinə Muğan qəsəbəsi ərazisində keçirilən tədbirlər zamanı tanımadığı vətəndaşın sərxoş halda ucadan nalayiq ifadələr işlətməsi ilə bağlı verdiyi məlumat əsasında Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Rəvan Fərəcovla birlikdə dərhal qeyd olunan əraziyə getmişlər. Oraya çatan zaman bir nəfər kişi cinsli şəxsin ucadan ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğunu görmüşlər. Həmin şəxs əli ilə Fövəqladə Hallar Nazirliyinin xidməti avtomobilinin arxa farasını sındırmışdır. Həmin şəxsə yaxınlaşmış və özünü təqdim etdikdən sonra etdiyi inzibati xəta əməlini ona izah edərək ondan ərazidə xidmət aparan şəxslərin xidmətinə maneəçilik yaratmaması və ətrafda yaşayan sakinlərin rahatlığını pozmamasını tələb etmişlər. Həmin şəxs onlarla aqressiv formada uca səslə danışmağa, ucadan ünvansız nalayiq ifadələr işlətməyə davam edərək qanunvericiliklə müəyyən olunmuş birgə yaşayış və davranış qaydalarını, ictimai qaydanı kobud şəkildə pozaraq, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən məhəl qoymayaraq xırda xuliqanlıq hərəkətləri etdiyi üçün və eləcə də ətrafda yaşayan vətəndaşların və sel nəticəsində həyətlərinə su yığılmış şəxslərin həyətini təmizləmək üçün xidmət göstərən şəxslərin ciddi narazılığını nəzərə alaraq baş verən inzbati xətanı aradan qaldırmaq üçün həmin şəxsi təxminən 15-20 dəqiqədən sonra çətinliklə də olsa, saxlamış və polis şöbəsinə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Hacıqabul RPŞ-də məlum oldu ki, həmin şəxs Hacıqabul rayonu Muğan qəsəbə sakini Şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 şahid X7 ilə eyni məzmunlu izahat vermişdir. “İnzibati qaydada tutulmuş şəxsə müdafiəçinin təqdim olunmasından imtina haqqında” protokoldan görünür ki, inzibati xətanı törədən şəxs Şəxs hüquqlarının müdafiəçisi X4 və digərləri tərəfindən müdafiə edilməsinə öz etirazını bildirməklə müdafiəçidən imtina etmişdir. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. “X1” PHŞ TTTYŞ-nin tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən 95 saylı tibbi müayinə protokolunda göstərilir ki, xx.xx.1990-cı il təvəllüdlü Şəxs müayinə olunan zaman onun spirtli içki qəbul etdiyi (sərxoş olduğu) məlum olmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallardan biridir. Məhkəmə, qeyd olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Məcəllənin 33.1.7-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Şəxs polis əməkdaşları tərəfindən tutularkən ictimai yerdə eyni vaxtda törətdiyi İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətalara görə daha ciddi inzibati xəta olan həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 20:00-dan hesablansın. Qərarın icrası Hacıqabul Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-144/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-144/2025
08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver