Məhkəmə qərarları › İş №3(071)-146/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-146/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-146/2025 17.06.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, sürücü Şəxs Zərərçəkmiş şəxs məxsus avtomobili xx.xx.2025-ci il tarixdə qəsdən vuraraq ona 430 manat maddi ziyan vurmuşdur. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci (özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Şahid onun keçmiş həyat yoldaşıdır, zərərçəkmiş şəxs isə onun xalası oğludur. Hadisə baş verən gün onların Şirvan şəhərində məhkəməsi keçirilmişdir. O, “Mersedes C180” markalı avtomobil ilə Kürdəmir şəhərinə qayıdırarkən, Muğan qəsəbəsi ərazisində yerləşən “Muğan” marketə dönən zaman ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai” markalı avtomobilin nömrə yerinə toxunmuşdur. Hesab edir ki, zərərçəkmiş şəxsə vurulmuş ziyanın məbləği şişirdilərək 430 manat məbləğində qeyd edilmiş, əslində daha az məbləğ təşkil edır. Belə ki, o, Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sadəcə ön hissədə yerləşən dövlət qeydiyyat nişanına toxunmuşdur. Məhkəmə tərəfindən dəvət edilmiş “Avtomotoservis və Ticarət müəssisəsinin mütəxəssisi tərəfindən verilmiş rəy aktı ilə razıdır və etirazı yoxdur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs keçmiş həyat yoldaşı Şahid onun xalası qızıdır. Hadisə baş verən gün Şirvan şəhərində onlar arasında məhkəmə iclası olmuşdur. Daha sonra xalası ona zəng edərək qızı Aybənizi Şirvan şəhərindən Kürdəmir şəhərinə gətirməsini xahiş etmişdir. Şəxs yol boyu onları güdərək, onun idarə etdiyi avomobili qarşı tərəfdən qəsdən vurmuşdur. Hazırda avtomobili təmir etməmişdir. Ona məxsus avtomobilin qabaq hissəsinə maddi ziyan dəymişdir. Avtomotoservis və Ticarət müəssisəsinin mütəxəssisi tərəfindən verilmiş rəy aktına hər hansı etirazı yoxdur və ona dəymiş zərərin tam şəkildə ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dəymiş 150 manat məbləğində ziyanın əvəzinin alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən “Avtomotoservis və Ticarət müəssisəsinin mütəxəssisi X3 izahat verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai İ30” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi (bufer) yüngül şəkildə zədələnmiş, olduğu yerdən çıxmışdır. Həmin nəqliyyat vasitəsinə dəymiş maddi ziyan və təmir xərcləri – ön dövlət qeydiyyat nişanı 15 manat, boya və material xərci 20 manat, armatur işi 15 manat, dəmirçi işi 20 manat, rəngsaz işi 80 manat olmaqla, cəmi 150 manat təşkil edir. Əlavə olaraq bildirmişdir ki, rəyin verilməsi zamanı onun zəhmət haqqısı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Odur ki, məhkəmə qərarında mütəxəssisə ödənilməli olan məbləğə münasibət bildirilməsinə zərurətin olmadığını qeyd etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, protokolu tərtib etmiş şəxs və ya onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 22 aprel 2025-ci il tarixli qərardan müəyyən edilir ki, Şəxs 17 aprel 2025-ci il tarixdə saat 18 radələrində Hacıqabul rayonu, Muğan qəsəbəsi ərazisində idarə etdiyi “Mercedes Benz C180” markalı, **- DH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai İ30” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobili qəsdən vurub əzərək Zərərçəkmiş şəxs 430 manat maddi ziyan vurmuşdur. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olduğundan və Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsinin tərkib əlamətləri yaranmadığından Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə qiymətləndirilmiş və barəsində inzibati icraat açılması üçün qərarın surəti Hacıqabul RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Kürdəmir şəhər avtomobillərə texniki xidmət məntəqəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 04 nömrəli ziyan aktının surətinə əsasən, Zərərçəkmiş şəxs məxsus “Hyundai İ30” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 430 manat məbləğində (dəmirçi xərci -50 manat, çilingər xərci – 50 manat, rəngsaz xərci – 230 manat) ziyan dəymişdir. Həmin aktdan və iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai İ30” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi (buferi) zədələnmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025ci il tarixli, 04 nömrəli ziyan aktında göstərilmiş maddi ziyanın məbləği ilə razılaşmamasını nəzərə alıb, eyni zamanda mübahisənin mahiyyəti üzrə düzgün həll olunması, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai İ30” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə yerində baxış keçirilməklə dəymiş real zərərin müəyyən edilməsi məqsədilə xx.xx.2025-ci il tarixli qərardadla Hacıqabul Rayon Məhkəməsinin icraatında olan 3(071)-146/2025 saylı inzibati iş üzrə yeni müqayisəli qüsur aktı alınması üçün müstəqil mütəxəssis cəlb edilmişdir. İş materiallarında olan “Avtomotoservis və Ticarət müəssisəsinin mütəxəssisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli rəy aktından müəyyən edilir ki, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai İ30” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan və təmir xərcləri – ön dövlət qeydiyyat nişanı 15 manat, boya və material xərci 20 manat, armatur işi 15 manat, dəmirçi işi 20 manat, rəngsaz işi 80 manat olmaqla, cəmi 150 manat təşkil edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, Kürdəmir şəhəri, H.Z.Tağıyev küçəsi ev 1-də yaşayır. Şəxs onun keçmiş həyat yoldaşıdır. Şəxsla birgə nikahlarından üç övladları vardır. 2024-cü ildə Şəxs rəsmi qaydada boşanmışdır. Şəxsla aralarında mülki mübahisə ilə bağlı hazırda işləri Şirvan Apellyasiya Məhkəməsindədir. 17 aprel 2025-ci il tarixdə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil ilə Şirvan Apellyasiya Məhkəməsindən çıxıb Kürdəmir rayonuna qayıtdıqda Hacıqabul rayonu, Muğan qəsəbəsi ərazisində yerləşən “Muğan Petrol” yanacaq doldurma məntəqəsinin qarşısında Şəxs idarə etdiyi avtomobil ilə Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai” markalı avtomobili qəsdən vurmuşdur. Şəxs avtomobildən yerə düşüb onlara qışqırmışdır. Məhkəmə proses iştirakçılarının ifadələrini, iş materiallarında olan sübutları və iş üzrə digər əhəmiyyətli halları nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs özgənin əmlakını qəsdən zədələməsi özünün məhkəmə iclasında verdiyi etirafedici izahatından başqa, məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində özgənin əmlakını qəsdən zədələmə kimi halların, yəni İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, barəsində inzibati icraat aparılan şəxs Şəxs təqdim edilmiş ilkin ziyan aktı ilə razılaşmaması və həmin aktda göstərilən 430 manatlıq təmir xərclərinin reallığı əks etdirmədiyi barədə etirazlarını əsaslı hesab edərək, işin obyektiv, hərtərəfli və tam araşdırılması məqsədilə müstəqil mütəxəssis cəlb etmiş və yeni ziyan aktının tərtib olunmasına qərar vermişdir. İlkin aktda göstərilən ziyanın həcmi ilə bağlı qeyri-müəyyənlik və tərəflər arasında yaranmış fikir ayrılığı fonunda, məhkəmə ziyanın miqdarının dəqiq müəyyən olunmasının vacibliyini nəzərə alaraq, müvafiq ixtisaslı şəxs tərəfindən hazırlanmış ikinci - 17 iyun 2025-ci il tarixli aktı sübutlar sistemində daha üstün və obyektiv hesab etmişdir. Yeni aktda dəymiş zərər 150 manat məbləğində müəyyən olunmuş, bu məbləğə dövlət qeydiyyat nişanının dəyişdirilməsi, təmir-təkmilləşdirmə işləri, material və əmək xərcləri daxil edilmişdir. Məhkəmə mütəxəssis rəyindəki hesablamaların dəqiq və əsaslandırılmış olduğunu, barəsində icraat aparılan şəxs tərəfindən təqdim olunmuş sənədlər və izahatlarla uzlaşdığını, aktın hazırlanmasının qanuni qaydada həyata keçirildiyini müəyyən etmiş və nəticə etibarilə həmin aktı hüquqi baxımdan əsaslı sübut kimi qəbul etmişdir. Beləliklə, məhkəmə ilkin aktda göstərilən ziyan məbləğini şübhəli və qeyri-dəqiq sayaraq, yalnız müstəqil və peşəkar qiymətləndirmə nəticəsində müəyyən olunmuş 150 manatlıq real ziyan məbləğini əsas götürülə biləcəyi qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeydinə əsasən Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tədbiri təyin edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər. Eyni zamanda zərərçəkmiş ona dəymiş zərərin əvəzini tələb etdiyindən, Şəxs vurulmuş maddi zərərin əvəzi olaraq 150 (yüz əlli) manat məbləğində pul alınıb Zərərçəkmiş şəxs verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130 və 232-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında, yəni 150 (yüz əlli) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs vurulmuş maddi zərərin əvəzi olaraq 150 (yüz əlli) manat məbləğində pul alınıb Zərərçəkmiş şəxs verilsin. Qərarın icrası Şəxs yaşayış yeri üzrə icra şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar