Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-148/2024 28.06.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul Rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: DİN Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş İXP 6282128, İXP 6282131, İXP 6282118, İXP 6282107, İXP 6282105, İXP 6282098, İXP 6282095, İXP ******* və İXP ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, “LF 7132E-330” minik markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə təyin edilmiş inzibati cəriməni qanunla müəyyən edilmiş 3 ay müddət ərzində ödəməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 18949855 nömrəli, xx.xx.2024-cü tarixli, EQ 18996862 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 18907658 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 18835356 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 18656820 nömrəli, xx.xx.2023-cü il tarixli, EQ 18653609 nömrəli, xx.xx.2023-cü il tarixli, EQ 18630297 nömrəli, xx.xx.2023-cü il tarixli, EQ 18867915 nömrəli, xx.xx.2024-cü il tarixli və EQ 18909855 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarlardan görünür ki, Şəxs xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə “LF 7132E-330” minik markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 328.1, 346.1 və 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən cərimə edilmişdir. Elektron portaldan əldə edilmiş çıxarışdan müəyyən edilir ki, Şəxs EQ 18949855 nömrəli, xx.xx.2024-cü tarixli, EQ 18996862 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 18907658 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 18835356 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ 18656820 nömrəli, xx.xx.2023-cü il tarixli, EQ 18653609 nömrəli, xx.xx.2023-cü il tarixli, EQ 18630297 nömrəli, xx.xx.2023-cü il tarixli, EQ 18867915 nömrəli, xx.xx.2024-cü il tarixli və EQ 18909855 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qərar üzrə təyin edilmiş cərimələri ödəməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş cərimənin məbləğini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-148/2024
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-148/2024
28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver