Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 3(071)-149/2025 16.05.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızı, X2 nümayəndəsi və vəkili Nümayəndə DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayəti və ona əlavə edilmiş materialı işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: X1 nümayəndəsi və vəkili Nümayəndə inzibati tənbeh vermə haqqında qərarlardan şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 20 avqust 2022-ci il tarixli, EQ seriyalı 11034550 nömrəli, EQ seriyalı 11034596 nömrəli, EQ seriyalı 11034257 nömrəli, EQ seriyalı 11035641 nömrəli, EQ seriyalı 11033514 nömrəli, EQ seriyalı 11034282 nömrəli, EQ seriyalı 11034266 nömrəli, EQ seriyalı 11034285 nömrəli, EQ seriyalı ********* nömrəli, EQ seriyalı 11035039 nömrəli, EQ seriyalı 11033773 nömrəli, EQ seriyalı 11033789 nömrəli, EQ seriyalı 11034478 nömrəli, EQ seriyalı 11033770 nömrəli, EQ seriyalı 11033792 nömrəli, EQ seriyalı 11034513 nömrəli, EQ seriyalı 11034510 nömrəli, EQ seriyalı 11034567 nömrəli və EQ seriyalı 11033793 nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi və inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan başqa şikayət verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilməsinə dair ərizəni şikayətə əlavə edilərək məhkəməyə göndərilmişdir. Şikayəti və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayətə baxılması qeyri-mümkündür, ona görə də geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla hər bir inzibati tənbeh vermə haqqında qərardan ayrılıqda şikayət verilməli və bu zaman şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddət nəzərə alınmalıdır. Eyni zamanda qeyd edilməlidir ki, şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə hər qərara münasibətdə ayrı-ayrılıqda baxılıb həll edilməli olduğu halda, hazırda bir ərizə təqdim edilməklə prosessual müddətin buraxılmasının üzrlü səbəbləri barədə sübut əlavə edilməmiş, ərizə əsaslandırılmamışdır. Məhkəmə qeyd edir ki, İXM-in 129-cu maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. İXM-in 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həll edilən məsələlərdən biri də İXM-in 132.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olub-olmamasını yoxlamaqdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq, yəni inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də müddətin bərpasına dair ərizəyə baxılmadan şikayətlə birlikdə geri qaytarılmalı, həmçinin şikayətçiyə izah edilməlidir ki, qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrinə əsasən, QƏRARA ALDİ : X1 nümayəndəsi və vəkili Nümayəndə DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 20 avqust 2022-ci il tarixli, EQ seriyalı 11034550 nömrəli, EQ seriyalı 11034596 nömrəli, EQ seriyalı 11034257 nömrəli, EQ seriyalı 11035641 nömrəli, EQ seriyalı 11033514 nömrəli, EQ seriyalı 11034282 nömrəli, EQ seriyalı 11034266 nömrəli, EQ seriyalı 11034285 nömrəli, EQ seriyalı ********* nömrəli, EQ seriyalı 11035039 nömrəli, EQ seriyalı 11033773 nömrəli, EQ seriyalı 11033789 nömrəli, EQ seriyalı 11034478 nömrəli, EQ seriyalı 11033770 nömrəli, EQ seriyalı 11033792 nömrəli, EQ seriyalı 11034513 nömrəli, EQ seriyalı 11034510 nömrəli, EQ seriyalı 11034567 nömrəli və EQ seriyalı 11033793 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayətə baxılmasından imtina olunsun, şikayət və ona əlavə edilmiş sənədlər müddətin bərpasına dair ərizə ilə birlikdə geri qaytarılsın. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(071)-149/2025
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №3(071)-149/2025
16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver