Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-152/2025 20.06.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, şikayətçi X3 iştirakı ilə, X4 tərəfindən barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin X8 YPX inspektoru, polis baş serjantı X7 tərəfindən qəbul edilmiş 02 mart 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i̇ : X1 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası DİN BDYPİ-nin X8 YPX inspektoru, polis baş serjantı X7 tərəfindən qəbul edilmiş 02 mart 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, **-TO-*** dövlət nömrə nişanlı “Opel Zefira” minik markalı avtomaşınla Bakı dairəvi yolunda xx.xx.2025-ci il tarixdə saat 01:00 radələrində hərəkət etmişdir. Yol buzlu olmuş, bu baxımdan da hərəkəti aşağı sürətlə tənzimləmişdir. Bu anda ondan kənar xətdə eyni istiqamətdə hərəkətdə olan iki avtomobil toqquşmuşdur. Toqquşmanın təsirindən avtomaşınlardan bir əks istiqamətə çevrilərək idarə etdiyi nəqliyyat vasitəsilə toqquşmuşdur. Nəticədə, onun avtomobilinə xeyli ziyan dəymişdir. O, həmin an dövlət yol polisinə zəng etmiş, lakin səlahiyyətli qurumun nümayəndələri oraya gəlməmişdir. Həmin hadisədən 10 gün sonra onu ekoloji nəzarət postuna dəvət etmişdirlər. Daha sonra, yəni 18 aprel tarixində öyrənmişdir ki, o, xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbehvermə haqqında” qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 (qırx) manat cərimə edilmişdir. Barəsində qəbul edilən inzibati (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən) qərardan narazıdır və hesab edir ki, ləğv edilməlidir. Belə ki, qərarı qəbul edən orqanın bunu təsdiq edəcək heç bir sübutu yoxdur. Hadisə yeri müayinə olunmadan hər hansı fikrə gəlməyin özü belə qanunsuzluqdur. Törətmədiyi inzibatı xətaya görə cərimə edilməyi üçün əsas ola bilməz, qərarın qəbulu üçün əsas olmuş halların sübuta yetirməsi vacibdir. Odur ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin X8 YPX inspektoru, polis baş serjantı X7 tərəfindən qəbul edilmiş 02 mart 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında X4 şikayətini müdafiə Azərbaycan Respublikası DİN BDYPİ-nin X8 YPX inspektoru, polis baş serjantı X7 tərəfindən qəbul edilmiş 02 mart 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair şikayətinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X3 İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası DİN BDYPİ-nin X8 YPX inspektoru, polis baş serjantı X7 tərəfindən qəbul edilmiş 02 mart 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işə yenidən baxılması BDYPİ-yə tapşırılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin X8 YPX inspektoru, polis baş serjantı X7 tərəfindən qəbul edilmiş 02 mart 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X4 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 40 manat miqdarında cərimə edilmişdir. Qərarların məzmunudan görünür ki, sürücü X4 xx.xx.2025-ci il tarixdə saat 01:00-da Bakı-Qazax dairəvi yolu 1-ci kilometrliyi Lökbatan istiqamətində “Opel Zafıra” minik markalı **-TO-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokoldan müəyyən olunur ki, protokolda hadisə ilə bağlı hər hansı bir məlumat mövcud deyildir, eyni zamanda onun törətdiyi inzibati xətanın nədən ibarət olması, hərəkətində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin hansı tələbinin mövcudluğu, ayrıca hansı manevr qaydasının pozulması də bağlı məlumatlar mübahisəli protokolda öz əksini tapmamışdır. Hətta onun, eləcə də digər nəqliyyat vasitəsinin izahatı da xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokolda göstərilməmişdir ki, bu da İnzibati Xətalar Məcəlləsinin 78.2-ci maddəsinə tamamilə ziddir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında is üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqqdar iclas protokolunda göstərilir. Bundan başqa xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinin tələblərinə ziddiyyət təşkil edir. Belə ki, xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokolda inzibati xətanın törədildiyi ver, vaxt və bu xətanın mahiyyəti (100.1.4-cü maddə), inzibati xətanın aşkar edilməsində xüsusi texniki göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt bunu təsdiq edən sənədin nömrəsi, tarixi və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar (100.1.8-ci maddə), inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan məlumatlar (100.1.10-cu maddə) öz əksini tapmamışdır ki, bu hallar da müvafiq olaraq İnzibati Xətalar Məcəlləsinin 100.1.4, 100.1.8, 100.1.10-cu maddələrinin tələblərinin pozulmasıdır. Məhkəmə tərəfindən X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən sənədlərin və ya video, foto məlumatların əldə edilməsi məqsədilə Azərbaycan Respublikası DİN BDYPİ-nin X5 2 dəfə (xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində) rəsmi müraciət ünvanlanmış, müraciətlər qeydə alınmış, lakin səlahiyyətli orqan tərəfindən heç bir cavab məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X4 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə qeyd edir ki, inzibati xətanın mövcudluğu ilə razılaşmayan X3 barəsində tərtib edilən inzibati xəta haqqında protokola baxılarkən araşdırma düzgün aparılmamış və barəsində inzibati qaydada cərimə olunmasına dair qərar qəbul edilmiş, həmçinin hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, halbuki sübutetmə yükü məhz onun üzərinə düşür (İXM-8.2). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; Həmin Məcəllənin 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X4 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X4 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldi: X3 şikayəti qismən təmin olunsun. X3 barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin X8 YPX inspektoru, polis baş serjantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X3 barəsində xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında İXM-nin 327.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata yenidən baxılması üçün toplanmış material Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X3 barəsində yerləşdirilmiş 40 (qırx) manat cərimə və ona hesablanmış dəbbə pulu məbləğləri silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim (Hacıqabul Rayon Məhkəməsi) vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-152/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-152/2025
20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver