Məhkəmə qərarları › İş №3(071)-153/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-153/2025

15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-153/2025 15.05.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Hacıqabul rayon Polis Şöbəsinin polis sahə rəisi polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Salyan rayonu, Nəvahı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Hacıqabul rayonu, Navahı kəndinə qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2025-ci il tarixdə Hacıqabul rayon məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon Polis Şöbəsinin polis sahə rəisi polis mayoru X4 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Hacıqabul rayonu Muğan qəsəbəsində sərxoş halda ictimai qaydanı pozaraq polisin qanuni tələblərinə qəsdən əməl etməmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinin polis sahə rəisi polis mayoru X4 izahatında göstərdi ki, Hacıqabul rayonu Muğan qəsəbəsində olarkən onu polis şöbəsinə dəvət edən polis əməkdaşının xidməti fəaliyyətlərinin icrasına maneçilik törətmiş, qanuni tələblərə tabe olmamışdır. Polis əməkdaşı Şəxs sakitləşdirərək intizama dəvət etsə də, o, qanunazidd əməllərinə son qaymamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirdi ki, Hacıqabul rayonu Nəvahi qəsəbəsində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. X2 onun doğma atasıdır, onlarla birlikdə yaşayır. Onun Nadir ilə düşmənçiliyi və ya ədavəti olmamışdır. Spirtli içkiyə meyilli olduğu üçün pulu olduqda spirtli içki qəbul edir. 14 may 2025-ci il tarixdə saat 19 radələrində Hacıqabul rayonu, Nəvahı qəsəbəsində öz yaşadığı evdə spirtli içki”Arağ” və “Pivə” içmişdir. Sonra içkinin təsirindən sərxoş vəziyyətdə olmuşdur. O, sərxoş vəziyyətdə olduğu üçün evdə söyüş söydüyünə görə Nadir ona irad bildirmişdir. Sərxoş vəziyyətdə olduğundan yumuruqla Nadirin sol gözünə bir zərbə vurduqda qaşı partlamışdır. Sonra Nadir ilə birbirilərinin yaxasından tutub mübahisə etdikdə digər otaqda olan bacısı oğlu X3 araya girib onları aralaşdırmışdır. Nadir döyülməyi ilə bağlı Azərbaycan Respublikası DİN-nin “102 xidməti zəng mərkəzinə” zəng edib məlumat verdikdən sonra yaşadıqları ünvana polis əməkdaşları gəlmişdir. O sərxoş vəziyyətdə olduğuna görə polis əməkdaşlarını təhqir etmiş və onların qanuni tələblərinə tabe olmadığı üçün onu Hacıqabul rayon polis şöbəsinə dəvət etdikdə bacısı oğlu Əlipaşa polis əməkdaşını təhqir etdi. Polis əməkdaşı Əlipaşanı nizam-intizama dəvət etsə də, Əlipaşa polisin qanuni tələblərinə tabe olmadığı üçün polis əməkdaşları Əlipaşanı da Hacıqabul rayon polis şöbəsinə dəvət etdilər. O və Əlipaşa polis avtomobilinin arxa hissəsində yük yerində Hacıqabul rayon polis şöbəsinə gəldikdə polis əməkdaşlarını yenidən təhqir etmiş, əli ilə polis avtomobilinin divarına vurub aşıracağını deyib avtomobili aşırmaq istəmişdir. Əlipaşaya da avtomobilin vurub aşırmaqda köməklik etməsini demişdir. Polis əməkdaşı onu nizam intizama dəvət etsə də, polisin qanuni tələbinə tabe olmamışdır. Sonra avtomobilin arxa hissəsini təpikləmişdir. Əməlindən peşman olduğunu bildirmişdir. Sonda onda həmin nrmanın sanksiyasında nəzərdə tutulmuş yüngül tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 23:30-da tutulmuşdur. xx.xx.2025-ci il tarixli, 105 saylı “alkaqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokol”dan görünür ki, Şəxs ağzından spirtli içki iyi gəlir və 0,4 promil sərxoşdur. “İnzibati qaydada tutulmuş şəxsə müdafiəçinin təqdim olunmasından imtina haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs hüquqlarının müdafiəçisi X5 və digərləri tərəfindən müdafiə edilməsinə öz etirazını bildirməklə müdafiəçidən etiraz etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin ifadələri, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədinə nail olmaq olar. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 14 may 2025-ci il tarixdən saat 23:30-dan hesablansın. Qərarın icrası Hacıqabul rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar