Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-155/2025 15.05.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hacıqabul rayon İcra və Probasiya şöbəsinin rəisi X11, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, tələbkarlar X12, X3 və X4 iştirakları ilə, xx.xx.1986-cı ildə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin rəisi X14 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs X7 4692 manat, X5 12510 manat, X2 430 manat, "xxxx" ASC-yə cəmi 840 manat və "xxxx" ASC-yə olan 1429 manat borcunu ödəməmişdir. Məhkəmə iclasında Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin rəisi X14 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Şəxs borcunu ödəməmişdir. İndiyədək Şəxs borcunu ödəməsi üçün kifayət qədər vaxt verilmiş, lakin o, borcunu ödəməkdən qəsdən yayınmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs polis tərəfindən saxlanılıb, daha sonra İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Borclu və tələbkarlar arasında borcun ödənilməsi məsələsi ilə bağlı razılıq əldə olunmamış, əksinə borclu qərəzli şəkildə borcunu ödəməkdən yayınmışdır. İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs borclu olduğu pul məbləğlərini ödəməsi üçün bütün zəruri tədbirlər görülmüş, barəsində inzibati icraat aparılan şəxs dəfələrlə Şöbəyə dəvət edilmiş, izahatı alınmış, borcunu qərəzli şəkildə ödəmədiyi təqdirdə inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna biləcəyi barədə xəbərdarlıq edilmişdir. Qeyd olunan halların məhkəmə tərəfindən nəzərə alınaraq, borcluya borclu olduğu pul məbləğlərini ödəməsi və ya barışıq üçün vaxt verilmədən barəsində inzibati həb tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, borcunu inkar etmir. Tələbkarlara borclu olduğu məbləğləri hissə-hissə ödəyəcəkdir. Hazırda logistika şirkətində fəaliyyət göstərsə də, əvvəllər işsiz olmuş, tələbkarlardan aldığı pul məbləğlərini ödəməyə maddi imkanı olmamışdır. Belə ki, verilən suallara cavab olaraq bildirmişdir ki, mülkiyyətində daşınar və ya daşınmaz əmlak yoxdur. X1 4692 manat, X5 12510 manat, X2 430 manat, "xxxx" ASC-yə cəmi 840 manat və "xxxx" ASC-yə olan 1429 manat borcu qalmaqdadır. Borcunu fəaliyyət göstərdiyi müəssisədən əldə etdiyi qazancla hissə-hissə ödəyəcəyinə söz verir. Qeyd olunanlara əsasən barəsində yüngül tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X12 izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona borcunu ödəməmişdir. Şəxs barəsində inzibati qaydada həbs tənbeh tədbirinin seçilməsini xahiş edir. Şəxs borcunu ödəməsi üçün vaxt verilməsinə etiraz edir. Məhkəmə iclasında tələbkar X3 izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona olan borcunu ödəməmişdir. Şəxs barəsində inzibati qaydada həbs tənbeh tədbirinin seçilməsini xahiş edir. Şəxs borcunu ödəməsi üçün vaxt verilməsinə etiraz edir. Məhkəmə iclasında tələbkar X8 izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona olan borcunu ödəməmişdir. Şəxs barəsində inzibati qaydada həbs tənbeh tədbirinin seçilməsini xahiş edir. Şəxs borcunu ödəməsi üçün vaxt verilməsinə etiraz edir. İş materiallarına əlavə edilmiş Şirvan şəhər Məhkəməsinin 2-(032)-4551/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən cavabdehlər X6 və Şəxs 997 manat məbləğində əsas borc, 224 manat məbləğində faiz borcu olmaqla, cəmi 1389 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat alınaraq "xxxx" ASCyə ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Şirvan şəhər Məhkəməsinin 2-(032)-4551/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata başlanılmış və borclu Şəxs dərhal icranı könüllü olaraq təmin etməsi qərara alınmışdır. İcra sənədini könüllü icra etməsi üçün borclu Şəxs tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş Hacıqabul rayonu Notariat Ofisi tərəfindən verilmiş 8i- 2160 saylı, xx.xx.2019-cu il tarixli icra qeydinə əsasən Şəxs 399,22 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat alınaraq "xxxx" ASC-yə ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Hacıqabul rayonu Notariat Ofisi tərəfindən verilmiş 8i-2160 saylı, xx.xx.2019-cu il tarixli icra qeydi üzrə icraata başlanılmış və borclu Şəxs dərhal icranı könüllü olaraq təmin etməsi qərara alınmışdır. İcra sənədini könüllü icra etməsi üçün borclu Şəxs tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş Hacıqabul rayonu Notariat Ofisi tərəfindən verilmiş 8i- 2189 saylı, xx.xx.2019-cu il tarixli icra qeydinə əsasən Şəxs 400,89 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat alınaraq "xxxx" ASC-yə ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Hacıqabul rayonu Notariat Ofisi tərəfindən verilmiş 8i-2189 saylı, xx.xx.2019-cu il tarixli icra qeydi üzrə icraata başlanılmış və borclu Şəxs dərhal icranı könüllü olaraq təmin etməsi qərara alınmışdır. İcra sənədini könüllü icra etməsi üçün borclu Şəxs tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş “icra sənədlərinin ümumi icraatda birləşdirilməsinə dair” xx.xx.2019-cu il tarixli qərardan müəyyən edilir ki, borclu Şəxs barəsində olan Şirvan şəhər Məhkəməsinin 2-(032)-4551/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsi və Hacıqabul rayonu Notariat Kontoru tərəfindən verilmiş 8i-2160 saylı, xx.xx.2019-cu il tarixli və 8i-2189 saylı, xx.xx.2019-cu il tarixli icra sənədlərinin ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Hacıqabul rayonu Notariat Kontoru tərəfindən verilmiş 2905 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 4760 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat alınaraq X2 ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Hacıqabul rayonu Notariat Kontoru tərəfindən verilmiş 2905 saylı, xx.xx.2020-ci il tarixli icra qeydi üzrə icraata başlanılmış və borclu Şəxs dərhal icranı könüllü olaraq təmin etməsi qərara alınmışdır. İcra sənədini könüllü icra etməsi üçün borclu Şəxs tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş “icra sənədlərinin ümumi icraatda birləşdirilməsinə dair” xx.xx.2020-ci il tarixli qərardan müəyyən edilir ki, borclu Şəxs barəsində olan Şirvan şəhər Məhkəməsinin 2-(032)-4551/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsi və Hacıqabul rayonu Notariat Kontoru tərəfindən verilmiş 8i-2160 saylı, xx.xx.2019-cu il tarixli, 8i-2189 saylı, xx.xx.2019-cu il tarixli və 8i-2905 saylı, xx.xx.2020-ci il tarixli icra sənədlərinin ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Hacıqabul rayonu Notariat Kontoru tərəfindən verilmiş 1604 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 20025 manat məbləğində borc alınaraq tələbkar X5 ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Hacıqabul rayonu Notariat Kontoru tərəfindən verilmiş 1604 saylı, xx.xx.2022-ci il tarixli icra qeydi üzrə icraata başlanılmış və borclu Şəxs dərhal icranı könüllü olaraq təmin etməsi qərara alınmışdır. İcra sənədini könüllü icra etməsi üçün borclu Şəxs tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş “icra sənədlərinin ümumi icraatda birləşdirilməsinə dair” xx.xx.2022-ci il tarixli qərardan müəyyən edilir ki, borclu Şəxs barəsində olan Şirvan şəhər Məhkəməsinin 2-(032)-4551/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsi və Hacıqabul rayonu Notariat Kontoru tərəfindən verilmiş 8i-2160 saylı, xx.xx.2019-cu il tarixli, 8i-2189 saylı, xx.xx.2019-cu il tarixli, 8i-2905 saylı, xx.xx.2020-ci il tarixli və 8i-1604 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinin ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Hacıqabul Rayon Məhkəməsinin 2(071)-145/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 5120 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 72 manat pul alınaraq X7 ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-145/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və borclu Şəxs dərhal icranı könüllü olaraq təmin etməsi qərara alınmışdır. İcra sənədini könüllü icra etməsi üçün borclu Şəxs tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş “icra sənədlərinin ümumi icraatda birləşdirilməsinə dair” xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, borclu Şəxs barəsində olan Şirvan şəhər Məhkəməsinin 2-(032)-4551/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsi və Hacıqabul rayonu Notariat Kontoru tərəfindən verilmiş 8i-2160 saylı, xx.xx.2019-cu il tarixli, 8i-2189 saylı, xx.xx.2019-cu il tarixli, 8i-2905 saylı, xx.xx.2020-ci il tarixli, 8i-1604 saylı, xx.xx.2022-ci il tarixli və Hacıqabul Rayon Məhkəməsinin 2(071)-145/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərinin ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Borclu hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcunun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 15 may 2025-ci il tarixdən saat 16:30-dan hesablansın. Qərarın icrası Hacıqabul Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-155/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-155/2025
15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver