Məhkəmə qərarları › İş №3(071)-158/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-158/2023

31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-158/2023 31.05.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X10 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Hacıqabul rayonu Muğan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Hacıqabul rayonu Muğan qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, borclu Şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-5224/2022 nömrəli qətnaməsi əsasında Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(008)-951/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin miqdarı artırılmış, xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs İbrahim oğlundan tutularaq iddiaçı X5 ödənilməli, xx.xx.2022-ci il X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs xx.xx.2022-ci il tarixindən başlayaraq hər ay 150 manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il təvəllüdlü X8 3 yaşına çatanadək hər ay 50 manat məbləğində aliment tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. Hal-hazırda borclu Şəxs aliment borcu 1485 manat təşkil edir. Borclu Şəxs izahatı alınmışdır. O, izahatında əvvəllər heç bir yerdə işləmədiyi və qazancının olmadığı üçün 1485 manat aliment borcunun yarandığını bildirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borcun ödənilməsi tələb edilmişdir. Elektron icra sistemində borclunun şəxsi məlumatlarından çıxarışa əsasən onun tələbin yönəldilə biləcəyi hər hansı bir əmlakı aşkar edilməmişdir. Borclu 2023-cü ilin əvvəlindən hazırki günədək 1730 manat aliment borcundan ödəniş etmişdir. Bununla belə borclunun bugünə olan borcu 1485 manat təşkil edir. Borclu vaxtaşırı müəyyən məbləğdə ödənişlər etsə də, hər ay vaxtlı-vaxtında ödənişləri etmir və tələbkar israrla borcun tam şəkildə ödənilməsini tələb edir. O, tələbkara olan borcunu nizamlı ödəmir. Borclu Şəxs əməli Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, icra sənədində göstərilən borcunu inkar etmir, qətnamə qanuni qüvvəyə mindiyi gündən bugünə kimi tələbkara təkcə xx.xx.2023-cü ildən bu günə kimi ayrı ayrı vaxtlarda 1730 manat ödənişlər etmişdir. Ödənişləri vaxtında etməməsinin səbəbi stabil qazancının az olması ilə əlaqədardır. Yığılmış 1485 manat aliment borcunu yaxın müddətdə tələbkara ödəyəcəkdir. Bundan sonra da icra vərəqəsinin icrasını vaxtı vaxtında icra edəcəkdir. O, borcunu ödəməkdən qəsdən yayınmır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)- 5224/2022 nömrəli icra vərəqəsindən görünür ki, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(008)-951/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin miqdarı artırılmış, xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs İbrahim oğlundan tutularaq iddiaçı X5 ödənilməli, xx.xx.2022-ci il X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs xx.xx.2022-ci il tarixindən başlayaraq hər ay 150 manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il təvəllüdlü X8 3 yaşına çatanadək hər ay 50 manat məbləğində aliment tutularaq iddiaçı X5 ödənilməlidir. İş materiallarında olan eManat terminalı vasitəsi ilə ödənilmiş qəbzlərin kserosurətlərindən görünür ki, Şəxs tələbkar X3 bank hesabına xx.xx.2023-cü il tarixində 300 manat, xx.xx.2023-cü il tarixində 50 manat, xx.xx.2023-cü il tarixində 50 manat, xx.xx.2023-cü il tarixində 100 manat, xx.xx.2023-cü il tarixində 50 manat, 16.02.23-cü il tarixində 50 manat,xx.xx.2023-cü il tarixində 100 manat, xx.xx.2023-cü il tarixində 50 manat, xx.xx.2023-cü il tarixində 150 manat, xx.xx.2023-cü il tarixində 50 manat, xx.xx.2023-cü il tarixində 50 manat, xx.xx.2023-ci il tarixində 50 manat, xx.xx.2023-ci il tarixində 100 manat, xx.xx.2023-cü il tarixində 500 manat ödəniş edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcundan maddi imkanının yol verdiyi həddə vaxtaşırı müəyyən məbləğlərdə ödənişlər etmiş, təkcə xx.xx.2023-cü il tarixdən protokol tərtib edildiyi günə kimi 1730 manat ödəniş etmişdir. Göründüyü kimi, borclu borcunu ödəməkdən qəsdən yayınmamış, sadəcə maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar