Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-158/2025 27.05.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 27 may 2025-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X3 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Hacıqabul rayonu ərazisində saxlanılaraq üzərinə keçirilmiş baxış zamanı ümumi çəkisi 1,04 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tələbini pozmuşdur. Məhkəmə Hacıqabul RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin törədilmiş əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 206cı maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona isnad olunan əməl üzrə özünü təqsirli bilməyərək izahatında bildirdi ki, Hacıqabul rayonunda yaşayır. Subaydır. Fərdi əməklə məşğul olur. Əvvəllər 3 dəfə cinayət məsuliyyətinə cəlb edilmişdir. Həmin vaxtlar o, narkotik maddə olan heroindən istifadə etdiyi üçün cinayət məsuliyyətinə cəlb edilmişdir. Hadisə baş verən gün o, spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə olmuşdur. Lakin, polis əməkdaşları tərəfindən üzərindən aşkar olunan narkotik vasitə ona məxsus deyildir. Polis şöbəsinə vermiş olduğu ifadəsini oxumadan imzalamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin tərkibi olduğundan qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Hacıqabul RPŞ-nin İTBnə göndərilmiş, toplanmış materal üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan 30 aprel 2025-cü il tarixdə tərtib edilmiş əməliyyat axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə barədə protokoldan görünür ki, həmin tarixdə Şəxs üzərində yoxlama zamanı o, xx.xx.2025-ci il tarixdə saat 19:10-da Hacıqabul şəhəri, N.Abdullayev küçəsində saxlanılarkən üzərindən çıxarıb yerə atdığı 1 ədəd kibrit qutsunda 7 ədəd kağız bükümdə narkotik vasitə marixuanaya bənzər kütlələr, 1 ədəd qızılı rəngdə kağız bükümdə narkotik vasitə marixuanaya bənzər kütlə və 2 ədəd selofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilərək götürülmüş, bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan tutma protokolundan müəyyən edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və tutulmanın əvvəli onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il saat 19:10-dan hesablanmışdır. İş materiallarında olan “şübhəli şəxsin MYS-dən azad edilməsi” haqqında Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısı Taryel Səfərovun xx.xx.2024-cü il tarixli qərarından müəyyən edilir ki, Şəxs həmin tarixdə müvəqqəti saxlama yerindən azad edilmişdir. Təhqiqat araşdırması zamanı keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 2542 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda remissiya vəziyyətindədir, müayinə zamanı narkomaniya xəstəliyinə xas olan xarakterik əlamətlərin itməsi ilə əlaqədar abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan inzibati xəta haqqında icraat materialı üzrə inzibati qaydada tutulmuş şəxsə müdafiəçinin təqdim olunmasından imtina haqqında protokoldan görünür ki, inzibati xətanı törədən şəxs Şəxs hüquqlarının müdafiəçisi X2 tərəfindən müdafiə edilməsinə öz etirazını bildirməklə müdafiəçidən imtina etmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan regional bölməsinin xx.xx.2025-ci il tarixli 18/357-358 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, tədqiqata təqdim edilmiş, üzərində: "..Şəxs üzərindən..." sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,815 qram olan xırda dənəvari formada ağımtıl rəngli maddə narkotik vasitələrə və psixotrop maddələrə aid deyildir. 01 ədəd bükümdə təmiz çəkisi - 0,495 qram olan iri dənəvari maddə narkotik vasitələrə və psixotrop maddələrə aid deyildir. 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi - 0,58 qr, 0,46 qr, ümumi çəkisi - 1,04 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi - 0,28 qr, 0,50 qr, 0,48 qr, 0,46 qr, 0,54 qr, 0,16 qr, ümumi çəkisi - 2,42 qram olan bozumtul rəngli bitki mənşəli kütlələr narkotik vasitələrə aid deyildir. "..Şəxs üzərindən..." sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,815 qram olan xırda dənəvari formada ağımtıl rəngli maddə narkotik vasitələrə və psixotrop maddələrə aid deyildir. 01 ədəd bükümdə təmiz çəkisi - 0,495 qram olan iri dənəvari maddə narkotik vasitələrə və psixotrop maddələrə aid deyildir. 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi - 0,58 qr, 0,46 qr, ümumi çəkisi - 1,04 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi - 0,28 qr, 0,50 qr, 0,48 qr, 0,46 qr, 0,54 qr, 0,16 qr, ümumi çəkisi - 2,42 qram olan bozumtul rəngli bitki mənşəli kütlələr narkotik vasitələrə aid deyildir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 12-ci bəndində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarının 5 qram olması, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin külli miqdarın aşağı həddinin isə 500 qram olması göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatları, ekspertiza rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, ona inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün məhkəmə ona məhz inzibati həbs tənbehinin tətbiq edilməsinin zəruriliyi qənaətinə gəlir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və həmin maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-37.5-ci maddələrinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi zərurətinin olmaması nəzərə alınmaqla, onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 30 (otuz) gün müddətinə inzibati həbs edilsin. Şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübəhli şəxs qismində tutulduğu 1 gün müddət təyin edilmiş həbs müddətindən çıxılmaqla üzərində qəti olaraq 29 (iyirmi doqquz) gün müddətinə inzibati həbs saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Hacıqabul RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,0 qram qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Həbsetmənin əvvəli 27 may 2025-ci il tarixdən saat 11:55-dən hesablansın. Qərarın icrası Hacıqabul Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-158/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-158/2025
27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver