Məhkəmə qərarları › İş №3(071)-162/2024

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-162/2024

14.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-162/2024 14.08.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə, X1 Hacıqabul RPŞ-nin DYPB-i tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 19689897 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin Hacıqabul RPŞ-nin DYPB-i tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 19689897 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Nissan tiida markalı, **-ET-*** DQ nişanlı nəqliyyat vasitəsi barədə xx.xx.2023-cü il tarixdə ona etibarnamə verilmişdir. Həmin tarixdən bu günə qədər nəqliyyat vasitəsinin idarə edilməsi və ya sərəncam verilməsi barədə heç bir şəxsə etibarnamə verilməmişdir. 10 gün əvvəl polis əməkdaşı onu saxlayaraq ödənilməmiş cərimənin olmasını bildirmişdir. O, cərimələr barədə elektron sistemi açaraq heç bir cərimənin olmamasını bildirmişdir. YPX-nin əməkdaşı sistemdən Yusif adlı şəxsə cərimə yazıldığını bildirmişdir. Qanunsuz hərəkətlər barədə şikayətlər etdikdən sonra xx.xx.2024-cü il tarixdə onun elektron ünvanına onun barəsində tərtib edilmiş EQ 19689897 nömrəli inzibati xəta haqqında protokol üçün xx.xx.2024-cü il tarixində inzibati xəta haqqında iş üzrə qərarın qanuni qüvvəyə minməsi, inzibati xəta və ona əlavə edilmiş materiallarla www.asanpay.az İnternet ünvanında qeydiyyatdan keçməklə “elektron kabinetimdə tanış ola biləcəyi barədə məlumat göndərilmişdir. Elektron kabineti xx.xx.2024-cü il tarixdə nəzərdən keçirərkən məlum olmuşdur ki, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə barəsində protokol tərtib edilmiş və həmin gün qərar qüvvəyə minmişdir. Baş Dövlət Yol Polis İdarəsi xx.xx.2024-cü İl tarixdə ona məktub ünvanlayaraq, müvafiq düzəliş aparılaraq uyğunsuzluğun aradan qaldırılmasını qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçi və Hacıqabul RPŞ-nin DYPB-nə lazımi qaydada məlumat verilsə də, şikayət verən şəxs və qərar qəbul etmiş qurumun səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı və Hacıqabul RPŞ-nin DYPB-i tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 19689897 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək əlavə araşdırılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Hacıqabul RPŞ-nin DYPB-i tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 19689897 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, sürücü 327.2-ci maddəsinə əsasən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması qeyd edilməmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Rafiq Atakişiyev xx.xx.2024-cü il tarixdə, saat 11:22-də idarə etdiyi “Nissan tiida minik” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul RPŞ-nin DYPB tərəfindən saxlanılmış və barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi xx.xx.2024-cü il tarixli EQ 19689897 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 122.1-ci maddəsinə əsasən Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, xx.xx.2024-cü il tarixli EQ 19689897 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında X3 İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək barəsində 72 manat cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. Şəxs haqqında elektron qərar xx.xx.2024-cü il tarixdə qəbul edilməsinə baxmayaraq, qərar yalnız xx.xx.2024-cü il tarixdə elektron kabinetə yerləşdirilmişdir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən nzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri də, Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasıdır. Məhkəmə hesab edir ki, elekron qərar qanunun tələb etdiyi müddət ərzində elektron kabinetə yerləşdirilməmiş və bununla da, İnzibati Xətalar Məcəlləsinin tələbləri işin hallarının tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 barəsində elektron qərar qəbul edilərkən İXMsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması səbəbiylə, yəni İXM-nin 135.1.6-cı maddəsinin tələbi pozulduğundan şikayət qismən təmin edilməli, X2 barəsində Azərbaycan Respublikası DİN-nin Hacıqabul RPŞ-nin DYPB-i tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 19689897 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş şəxsin əməlinə hüquqi qiymət verilmədən Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Hacıqabul RPŞ-nin DYPB-nə göndərilməlidir. Həmçinin həmin qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş 72 (yetmiş iki) manat məbləğində inzibati cərimə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X2 şikayəti qismən təmin olunsun. X2 barəsində Azərbaycan Respublikası DİN-nin Hacıqabul RPŞ-nin DYPB-i tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 19689897 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Hacıqabul RPŞ-nin DYPB-nə göndərilsin. Qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 19689897 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş 72 (yetmiş iki) inzibati cərimə silinsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar