Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-163/2024 08.07.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2024-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X8 tərəfindən tərtib olunmuş 06 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində sərxoş vəziyyətdə RPŞ-nin əməkdaşlarını təhqir edərək qəsdən qanuni tələblərinə məhəl qoymamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X8 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində xidmətdə olarkən şöbəyə şəxsin gətirildiyi barədə məruzə etmişdir. Polis şöbəsinə gəldikdən sonra Şəxs sərxoş vəziyyətdə polis əməkdaşlarını təhqir etmiş, onların qanuni tələblərinə məhəl qoymamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Şirvan şəhərində toy mərasimində olmuş və orada spirli içki qəbul etmişdir. Toydan çıxıb evə getdiyi zaman əvvəllər tanımadığı taksi sürücüsü ilə mübahisə etmiş və avtomobilin taksi işarəsi olan avadanlığını sındıraraq yararsız hala salmışdır. Həmin vaxt taksi şoferi DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra taksi sürücüsü ilə Hacıqabul RPŞ-nin inzibati binasına gəlmişdir. Polis şöbəsində olarkən spirtli içkinin təsiri altında polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək onları təhqir etmiş, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis mayoru X1 izahatında bildirdi ki, hazırda Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısı vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Hacıqabul RPŞ-nin inzibati binasında növbətçi təhqiqatçı kimi xidmətdə olarkən X2 adlı vətəndaşın DİN-nin 102 xidmətinə zəng edərək naməlum şəxs tərəfindən ona məxsus avtomobilə zərər yetirilməsini bildirmişdir. Bundan bir qədər sonra vətəndaş X2 özünə məxsus avtomobillə Şəxs ilə birlikdə rayon polis şöbəsinə gəlmişlər. Polis şöbəsində olarkən Şəxs onun və digər polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək onları təhqir etmiş, qanuni tələblərə qəsdən tabe olmaqdan imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, Şəxs əvvəllər tanımamışdır. Özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Şirvan şəhərində olarkən sonradan adını bildiyi Şəxs ona yaxınlaşaraq Hacıqabul şəhərinə aparmasını xahiş etmişdir. O, bununla razılaşmış və onlar yola düşmüşlər. Yolda olarkən Şəxs spirtli içkinin təsiri altında ünvansız nalayiq ifadələr işlətmiş, o, bununla əlaqədar ona öz iradını bildirmişdir. Bundan sonra Şəxs onunla mübahisə etmiş və mübahisə zamanı sonuncu avtomobilin taksi yazılan avadanlığını sındıraraq yararsız hala salmışdır. O, bununla əlaqədar DİN-nin 102 xidmətinə məlumat vermiş və onlar birlikdə Hacıqabul RPŞ-nə gəlmişlər. Polis şöbəsində olarkən Şəxs orada olan polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. “İnzibati qaydada tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 22:40-da tutulmuşdur. xx.xx.2024-cü il tarixli, 181 saylı “alkaqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokol”-dan görünür ki, Şəxs ağzından spirtli içki iyi gəlir və 0,5 promil sərxoşdur. “İnzibati qaydada tutulmuş şəxsə müdafiəçinin təqdim olunmasından imtina haqqında” protokoldan görünür ki, Şəxs hüquqlarının müdafiəçisi X3 və digərləri tərəfindən müdafiə edilməsinə öz etirazını bildirməklə müdafiəçidən etiraz etmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə, qeyd olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Şəxs polis əməkdaşları tərəfindən tutularkən ictimai yerdə eyni vaxtda törətdiyi İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətalara görə daha ciddi inzibati xəta olan həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallardan biridir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların müəyyən edilməməsini, inzibati xətaların sərxoş vəziyyətdə törədilməsini isə məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 7 (yeddi) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. Həbsetmənin əvvəli 06 iyul 2024-cü il tarixdən saat 22:50-dən hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-163/2024
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-163/2024
08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver