Məhkəmə qərarları › İş №3(071)-164/2024

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №3(071)-164/2024

16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 3(071)-164/2024 16.07.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızı, Hacıqabul rayon Muğan Bələdiyyəsinin sədri X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə tənbeh tədbiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 20 may 2024-cü il tarixli MN seriyalı ******* qərarından verdiyi şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Hacıqabul rayon Muğan Bələdiyyəsinin sədri X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1000 manat məbləğində cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. İnzibati tənbeh vermə haqqında qərardan narazı qalan, X3 rayon Məhkəməsinə şikayət ərizəsi verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin məhkəmədə baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, X8 tərəfindən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Beləliklə, qeyd olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1-ci maddəsi “Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar” kateqoriyasına daxil olmaqla, müvafiq maddə üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan barəsində icraat aparılan şəxs qərar ona rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində məhkəməyə və ya səlahiyyətli yuxarı inzibati orqana şikayət verə bilər. Hazırda şikayətçi X8 tərəfindən məhkəməyə təqdim edilmiş poçt zərflərindən və poçt müəssisəsinin göndərişlərin çatdırılması vərəqəsindən müəyyən edilir ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol ona xx.xx.2024-cü il tarixdə, həmin protokol əsasında qəbul edilmiş xx.xx.2024-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar isə xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə rəsmi qaydada çatdırılmışdır. Hətta qəbul edilmiş qərarın icra edilməsinə dair həmin inzibati orqanın xx.xx.2024-cü il tarixli məktubu xx.xx.2024-cü il tarixdə Hacıqabul rayon Muğan Bələdiyyəsinə daxil olmuşdur. Beləliklə, barəsində icraat aparılan X8 faktiki olaraq barəsində şikayət verdiyi qərarı xx.xx.2024-cü il tarixdə rəsmi qaydada qəbul etsə də, həmin qərardan verdiyi şikayət ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bununla da o, inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş on günlük prosessual müddəti ötürmüş, lakin məhkəməyə ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət verməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, Hacıqabul rayonu Muğan Bələdiyyəsinin sədri X8 onun barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürdüyündən, həmin şikayətə baxılmasından imtina olunmalıdır. Həmçinin X1 orqana (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə) və ya məhkəməyə buraxılmış prosessual müddətin bərpası barədə vəsatətlə müraciət etmək hüququnun olması izah olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 130 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALİR: X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxılmasından imtina olunsun. X7 inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə və ya məhkəməyə vəsatətlə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar