Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-164/2025 11.06.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X3, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2025-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:00 radələrində Hacıqabul şəhərində yaşadığı evdə bacısı Zərərçəkmiş şəxs qəsdən vuraraq sonuncuya dərəcəsi müəyyən olunmayan xəsarətlər yetirməklə döymüşdür. Beləliklə, Günəşov X2 Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X5 izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs xx.xx.2025-ci il tarixdə bacısı Zərərçəkmiş şəxs zərbə vuraraq döymüşdür. Nəticədə, Günəşov X2 Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 01 aprel 2025-ci il tarixdə saat 13 radələrində onlara qonaq gəlmiş bacısı Zərərçəkmiş şəxs ona spirtli içki qəbul etdiyinə görə irad bildirmiş bu səbəbdən aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı bacısının bu sözlərindən əsəbləşərək onun sinəsindən itələyərək onu evdən çölə çıxarmışdır. Törətdiyi əməli etiraf edir və əməlindən peşmandır. Barəsində yüngül tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X5 tərəfindən iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ilə aparılmış telefon danışığının olduğu 01 ədəd video disk məhkəmə iclası zamanı tədqiq edilərək müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs barəsində şikayətçidir. Onun barəsində tədbir görülməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 109 saylı rəyində Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət - döş qəfəsinin ön səthinin qançırı olduğu qeyd edilmişdir. Qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxs tərəfindən yetirilməsi zamanı əmələ gələ biləcəyi və müddətinin hadisə gününə, yəni xx.xx.2025-ci il tarixə uyğun olduğu qeyd edilmişdir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmamışdır. İş materiallarında olan inzibati xəta haqqında icraat materialı üzrə inzibati qaydada tutulmuş şəxsə müdafiəçinin təqdim olunmasından imtina haqqında protokoldan görünür ki, inzibati xətanı törədən şəxs Şəxs hüquqlarının müdafiəçisi X1 tərəfindən müdafiə edilməsinə öz etirazını bildirməklə müdafiəçidən imtina etmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi özünün izahatı ilə yanaşı, ekspertiza rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas mövcud deyildir. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında iki növ inzibati tənbeh – cərimə və həbs inzibati tənbehləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd edilən hallarlı nəzərə alaraq, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyəti, törətmiş olduğu xətanın xarakteri, təqsirinin dərəcəsi, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin aşağı həddə tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-164/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-164/2025
11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver