Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-165/2025 11.06.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X3, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Hacıqabul rayonu Muğan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Hacıqabul rayonu Muğan qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2025-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Hacıqabul rayonu Muğan qəsəbəsində yaşadığı evdə qeyri-rəsmi nikahda yaşadığı Zərərçəkmiş şəxs qəsdən vuraraq sonuncuya dərəcəsi müəyyən olunmayan xəsarətlər yetirməklə döymüşdür. Beləliklə, Qocayev X2 Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X5 izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs xx.xx.2025-ci il tarixdə qeyri-rəsmi nikahda yaşadığı Zərərçəkmiş şəxs zərbə vuraraq döymüşdür. Nəticədə, Qocayev X2 Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Hacıqabul rayonu Muğan qəsəbəsində yaşayır. Subaydır. Bir neçə ildir ki, “Tik-tok” sosial şəbəkəsində qeydiyyatdan keçmişdir. 2024-cü il iyun ayında “Tiktok” sosial şəbəkəsində video paylaşmış, həmin videoya tanımadığı, sonradan adını bildiyi Gülşən adlı qadın şərh yazmış, sonra mesaj qutusuna yazaraq onunla tanış olmaq istədiyini bildirmişdir. Sonra orda ona nömrəsini vermiş, onunla “Whatsapp” vasitəsilə danışmışdır. Zərərçəkmiş şəxs ona Göyçay rayonunda yaşadığını demişdir. O, Göyçaya gedərək onunla 1-2 dəfə görüşmüş, orada ancaq kafedə oturub çay içmişdir. Aralarında başqa cür yaxınlıq olmamışdır. Sonradan ona bildirmişdir ki, evli olub, boşanıb və iki övladı var. 2024-cü ilin noyabr ayında Gülşən özü Muğan qəsəbəsinə Muğan petrol yanacaq doldurma məntəqəsinə gəlmiş və orda onu qarşılamışıdr. Gülşənlə birlikdə yaşadığı evə gəlmişdir. Həmin vaxtı evdə valideynlərinə Gülşənin onunla birlikdə olduğunu demişdir. Valideynlərinə onun qonaq qala biləcəyinə dair icazə almış və bundan sonra Gülşən yaşadığı evdə qonaq olaraq qalmışdır. Daha sonra Gülşənlə qeyri-rəsmi nikah münasibətlərinə daxil olmuşdur. xx.xx.2025-ci il tarixdə qısqanlıq səbəbindən Gülşən evdən çıxıb getmişdir. Belə ki, o, mobil telefonda hansısa bir sosial şəbəkəyə daxil olduqda “mənə xəyanət” edirsən deyərək çıxıb gedəcəyini bildirmişdir. Ona həmin vaxtı 1 sillə vurmuşdur. Çünki o evdən getmək istəmiş və onu getməyə qoymamışdır. Sonra evdən məcbur çıxıb getmişdir. O, onu qovmamışdır. Valideynləri ilk əvvəl Gülşəni qəbul etməsələr də, sonradan hamilə qaldığı üçün qəbul etmişdilər. Törətdiyi əməli etiraf edir və əməlindən peşmandır. Barəsində yüngül tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X5 tərəfindən iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ilə aparılmış telefon danışığının olduğu 01 ədəd video disk məhkəmə iclası zamanı tədqiq edilərək müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs barəsində şikayətçidir. Onun barəsində tədbir görülməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 117 saylı rəyində Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət - gövdənin arxa səthinin qançırı və sağ budun ön səthinin qançırı olduğu müəyyən edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxs tərəfindən yetirilməsi zamanı əmələ gələ biləcəyi qeyd edilmişdir .Müddəti müayinədən 8-9 gün əvvələ uyğundur. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmamışdır. İş materiallarında olan inzibati xəta haqqında icraat materialı üzrə inzibati qaydada tutulmuş şəxsə müdafiəçinin təqdim olunmasından imtina haqqında protokoldan görünür ki, inzibati xətanı törədən şəxs Şəxs hüquqlarının müdafiəçisi X1 tərəfindən müdafiə edilməsinə öz etirazını bildirməklə müdafiəçidən imtina etmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi özünün izahatı ilə yanaşı, ekspertiza rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas mövcud deyildir. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında iki növ inzibati tənbeh – cərimə və həbs inzibati tənbehləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd edilən hallarlı nəzərə alaraq, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyəti, törətmiş olduğu xətanın xarakteri, təqsirinin dərəcəsi, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin aşağı həddə tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-165/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-165/2025
11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver