Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-166/2025 11.06.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Hacıqabul rayonu, Talış kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2025-ci il tarixdə Hacıqabul rayon məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X7 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Hacıqabul rayon Polis Şöbəsində ucadan qışqırıb ünvansız söyüşlər söyüb səs-küy salmaqla xırda xuliqanlıq hərəkətləri etmiş, eyni zamanda qanunsuz hərəkətlərinin qarşısını almağa çalışan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən əməl etməmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Hacıqabul rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X7 izahatında göstərdi ki, Salmanov X3 rayon Polis Şöbəsində olarkən onu polis şöbəsinə dəvət edən polis əməkdaşının xidməti fəaliyyətlərinin icrasına maneçilik törətmiş, ucadan qışqırıb ünvansız söyüşlər söyüb səsküy salmaqla xırda xuliqanlıq hərəkətləri etmiş, qanuni tələblərə tabe olmamışdır. Polis əməkdaşı Şəxs sakitləşdirərək intizama dəvət etsə də, o, qanunazidd əməllərinə son qaymamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirdi ki, Zərərçəkmiş şəxs tanıyır və onunla düşmənçiliyi və ya ədavəti yoxdur. 10 iyun 2025-ci ildə saat 12 radələrində Hacıqabul rayon polis şöbəsinin inzibati binasında xidməti otaqda izahat verən zaman Zərərçəkmiş şəxs da orada, yəni otaqda idi. Həmin vaxt o, əsəbiləşdiyi üçün Zərərçəkmiş şəxs otaqda polis əməkdaşlarının yanında uca səslə qışqırıb Zərərçəkmiş şəxs nalayiq ifadələr, söyüşlər söyməklə təhqir etmişdir. Zərərçəkmiş şəxs isə ona heç bir cavab verməmişdir. O, bundan daha da əsəbləşərək nalayiq ifadələr ilə onu təhqir etməyə davam etmişdir. Polis əməkdaşları ondan sakit olmağını, səs-küy salmamağı, söyüş söyməməyi tələb etmiş, lakin o, həddindən artıq əsəbi olduğu üçün polis əməkdaşlarına işləri ilə məşğul olmasını, “küçə qadının” ona şər atdığını bildirmişdir. O, polis əməkdaşlarını və Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etdiyinə və ucadan qışqırıb ünvansız söyüşlər söyməyə davam etdiyinə görə o, RPŞ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Sonda ona həmin normanın sanksiyasında nəzərdə tutulmuş yüngül tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Hacıqabul rayon polis şöbəsində müraciəti əsasında Hacıqabul rayon polis şöbəsinin inzibati binasında yerləşən xidməti otaqda Şəxs polis əməkdaşı tərəfindən izahatı alınan zaman Şəxs həmin vaxt ona nalayiq ifadələr işlətməyə və söyüşlər söyməyə başlamışdır. Şəxs uca səslə qışqırıb ona nalayiq ifadələr, söyüşlər söyməklə təhqir etdikdə polis əməkdaşları ondan sakit olmasını, səs-küy salmamasını, söyüş söyməməsini tələb etdikdə Eyvaz polis əməkdaşlarına “gedin işinizlə məşğul olun, bu küçə qadını mənə şər atır” deyə bildirmişdir. Eyvaz polisləri də söyməyə başlamışdır. Daha sonra polis əməkdaşları Şəxs otaqdan çıxarıb aparmışdırlar. Şəxs ona qarşı etdiyi qanunsuz hərəkətlərə görə barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, Hacıqabul rayon polis şöbəsinin Post Patrul Xidməti bölüyünün polis nəfəri vəzifəsində çalışır. 10 iyun 2025-ci ildə RPŞ-nin rəhbərliyinə raportla özü şəxsən müraciət etmişdir. Hacıqabul rayonu, Meyniman kənd sakini Zərərçəkmiş şəxs və Hacıqabul rayonu, Talış kənd sakini Şəxs əvvəllər tanımamış və onlarla hər hansı bir düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Hacıqabul rayon polis şöbəsinə müraciət edən Hacıqabul rayonu, Meyniman kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs müraciəti əsasında Hacıqabul rayon polis şöbəsinin inzibati binasında yerləşən xidməti otaqda Hacıqabul rayonu, Talış kəndində qeydiyyatda olan və yaşayan Şəxs polis əməkdaşı tərəfindən izahatı alınan zaman Şəxs həmin vaxt otaqda olan müraciət edən Zərərçəkmiş şəxs uca səslə qışqırıb onu nalayiq ifadələr, söyüşlər söyməklə təhqir etdi. Şəxs sakit olmasını, səs-küy salmamasını, söyüş söyməməsini tələb etsə də o, polis əməkdaşlarınsa “gedin işinizlə məşğul olun, bu küçə qadını mənə şər atır” deyə bildirmişdir. O, polis əməkdaşlarını nalayiq ifadələrlə təhqir etmiş və ucadan qışqırıb ünvansız söyüşlər söyməyə davam etmişdir. Dəfələrlə ondan sakit olması tələb olunsa da o, qanunsuz hərəkətlərini davam etdirmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 12:50-də tutulmuşdur. “İnzibati qaydada tutulmuş şəxsə müdafiəçinin təqdim olunmasından imtina haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs hüquqlarının müdafiəçisi X1 və digərləri tərəfindən müdafiə edilməsinə öz etirazını bildirməklə müdafiəçidən etiraz etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etirafedici izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahid ifadələri, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə, qeyd olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Şəxs polis əməkdaşları tərəfindən tutularkən eyni vaxtda törətdiyi İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətalara görə daha ciddi inzibati xəta olan həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 12:50-dən hesablansın. Qərarın icrası Hacıqabul Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-166/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-166/2025
11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver