Məhkəmə qərarları › İş №3(071)-17/2024

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-17/2024

24.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-17/2024 24.01.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Telman oğlunun katibliyi ilə, Şəxs vəkili “Güvən” vəkil bürosunun vəkili X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 234.0.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 234.0.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində tərtib olunmuş material baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş MN ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Hacıqabul rayon Atbulaq kənd ərazisində xx.xx.2023-cü il tarixində zavodun fəaliyyəti zamanı atmosferə atılan dəm qazının (CO) normadan artıq (17mq/m3) olduğu aşkar olunmuşdur. Nəticədə Azərbaycan Respublikası “Atmosfer havasının mühafizəsi haqqında” Qanunun 27-ci maddəsinin tələbləri pozulmuşdur. Bununla da Şəxs MMC Azərbaycan Respublikası İXM-in 233.1 və 234.0.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixində Şəxsnə məxsus Hacıqabul rayonu Atbulaq kəndi ərazisində yerləşən zavodun fəaliyyəti zamanı atmosferə atılan dəm qazının (CO) normadan artıq (17mq/m3) olduğu aşkar olunmuşdur. Bununla da Şəxs İXM-in 233.1 və 234.0.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs vəkili “Güvən” vəkil bürosunun vəkili X3 bildirdi ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə, həmin Məcəllənin 234.0.1-ci maddəsində isə müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikası İXM-in 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti inzibati xəta haqqında protokolda dəqiq göstərilməlidir. Şəxs MMC barəsində tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokolda İXM-in 233.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın mahiyyəti qeyd edilsə də, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edildiyi İXM-in 234.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın mahiyyəti qeyd edilməmişdir. Bununla da, protokolun qanunvericiliyin tələblərinə uyğun formada tərtib edilmədiyi müəyyən edimişdir. Bundan başqa, inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdə səlahiyyətli orqanın əməkdaşları tərəfindən Hacıqabul rayonu, Atbulaq kəndi ərazisində fəaliyyət göstərən Kərpic zavodunda fəaliyyət zamanı atmosferə atılan dəm qazının normadan artıq olduğu müəyyən edilmişdir. Lakin, həmin zavodun həqiqətən də, inzibati məsuliyyətə cəlb edilmiş Şəxs MMC-yə məxsus olmasına dair hər hansı mötəbər sənəd materiala əlavə edilməmişdir. Bundan başqa, inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Kərpic zavodunda fəaliyyət zamanı atmosferə atılan dəm qazının normadan artıq olması (17 mq/sm3) səlahiyyətli orqanın əməkdaşları tərəfindən xüsusi texniki vasitənin (ankat səyyar tipli) köməyi ilə müəyyən edilmiş, həmin texniki vasitənin göstəriciləri protokolda qeyd edilmişdir. Lakin, zavodun fəaliyyəti zamanı atmosferə atılan dəm qazının miqdarının həqiqətən də 17 mq/sm3 olması barədə xüsusi texniki vasitənin göstəricisi barədə sənəd (qəbz, ekran görüntüsü və s.) protokola əlavə edilməmişdir. İş materilallarında olan xx.xx.2023-cü il tarixli 001145 nömrəli aktdandan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı Hacıqabul rayon Atbulaq kənd ərazisində xx.xx.2023-cü il tarixində R- Turan” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus zavodun fəaliyyəti zamanı atmosferə atılan dəm qazının (CO) normadan artıq (17mq/m3) olduğu aşkar olunmuşdur. İş materillarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Hacıqabul rayonu Atbulaq kəndi ərazisində yerləşən kərpic zavodunun qarşısında səyyar tipli texniki vasitə ilə atmosferə atılan dəm qazının həcmi müəyyən edilir və avtomobilin üzərində sənəd tərtib edilir. Məhkəmə, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan Şəxs MMC-nin fəaliyyətində inzibati xəta tərkibinin əlamətləri aşkar edilmədiyinə görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə, həmin Məcəllənin 234.0.1-ci maddəsində isə müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikası İXM-in 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti inzibati xəta haqqında protokolda dəqiq göstərilməlidir. Şəxs MMC barəsində tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokolda İXM-in 233.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın mahiyyəti qeyd edilsə də, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edildiyi İXM-in 234.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın mahiyyəti qeyd edilməmişdir. Bununla da protokolun qanunvericiliyin tələblərinə uyğun formada tərtib edilmədiyi müəyyən edilir. Bundan başqa, inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, səlahiyyətli orqanın əməkdaşları tərəfindən Hacıqabul rayonu, Atbulaq kəndi ərazisində fəaliyyət göstərən Kərpic zavodunda fəaliyyət zamanı atmosferə atılan dəm qazının normadan artıq olduğu müəyyən edilmişdir. Lakin, həmin zavodun həqiqətən də inzibati məsuliyyətə cəlb edilmiş Şəxs MMC-yə məxsus olmasına dair hər hansı mötəbər sənəd materiala əlavə edilməmişdir. Bundan başqa, inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Kərpic zavodunda fəaliyyət zamanı atmosferə atılan dəm qazının normadan artıq olması (17 mq/sm3) səlahiyyətli orqanın əməkdaşları tərəfindən xüsusi texniki vasitənin (ankat səyyar tipli) köməyi ilə müəyyən edilmiş, həmin texniki vasitənin göstəriciləri protokolda qeyd edilmişdir. Lakin, zavodun fəaliyyəti zamanı atmosferə atılan dəm qazının miqdarının həqiqətən də, 17 mq/sm3 olması barədə xüsusi texniki vasitənin göstəricisi barədə sənəd (qəbz, ekran görüntüsü və s.) protokola əlavə edilməmişdir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə həmin protokol üzrə onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, R-Turan” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 234.0.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikasın İnzibati Xətalar Məcəlləsinin 233.1 və 234.0.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar