Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-170/2025 17.06.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, X1 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Şamaxı rayonu, İkinci Udulu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Hacıqabul rayonu, İkinci Udulu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul RPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i̇ : Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi X9 tərəfindən tərtib edilmiş 17 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2025-ci ildə saat 13 radələrində Hacıqabul rayonu, İkinci Udulu kəndində atası X3 ilə aralarında yaranmış mübahisə zamanı küçədə ucadan qışqırıb ünvansız söyüşlər söyməklə ictimai qaydanı pozub xırda xuliqanlıq hərəkətləri etmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs protokolla tanış olaraq imza etmişdir. Məhkəmə iclasında iştirak edən Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi X9 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Abbasov X4 rayonu, İkinci Udulu kəndində atası X3 ilə aralarında yaranmış mübahisə zamanı küçədə ucadan qışqırıb ünvansız söyüşlər söyməklə ictimai qaydanı pozub xırda xuliqanlıq hərəkətləri törətmişdir. Göstərilənlərə əsasən, o, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməsini və ona müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, Hacıqabul rayonu, 2-ci Udulu kəndində yaşayır. X3 onun atasıdır. O, ailə üzvləri ilə birlikdə Valehə məxsus evdə yaşayır. Spirtli içkiyə meyilli olduğu üçün hər gün spirtli içki qəbul edir. 22 aprel 2025-ci il tarixdə saat 12 radələrində Hacıqabul rayonu, 2-ci Udulu kəndində mağazadan 250 qram spirtli içki “arağ” alıb içmişdir. 22 aprel 2025-ci il tarixdə saat 13 radələrində öz yaşadığı evə getmişdir. Valeh ona spirtli içki qəbul etməyi irad bildirdiyi üçün sərxoş vəziyyətdə olduğundan əsəbləşib Valehi təhqir etmişdir. Sonra küçəyə çıxıb uca səslə təhqiredici söyüşlər söyməyə davam etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, o, Hacıqabul rayonu, 2-ci Udulu kəndində yaşayır. X2 ailə üzvləri ilə birlikdə ona məxsus evdə yaşayır. Ramiz spirtli içkiyə meyilli olduğu üçün hər gün spirtli içki qəbul edib sərxoş vəziyyətdə olaraq onunla münaqişə edtmişdir. 22 aprel 2025-ci il tarixdə saat 13 radələrində Hacıqabul rayonu, 2-ci Udulu kəndində öz yaşadığı evdə olan zaman Ramiz sərxoş vəziyyətdə evə getmişdir. Ramizə spirtli içki qəbul edib sərxoş vəziyyətdə olmasını irad bildirmişdir. Ramiz sərxoş vəziyyətdə olduğu üçün onu təhqir etmişdir. Sonra Ramiz küçəyə çıxıb uca səslə ünvansız söyüşlər söymüşdür. İş materiallarında olan “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, Şəxs barəsində toplanılmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətləri yaranmadığından həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Hacıqabul RPŞ-nin İTB-yə verilmişdir. İş materiallarında olan Hacıqabul Rayon Mərkəzi X5 Şəxsi tərəfindən tərtib edilmiş 108 saylı, xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokolundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Şəxs sərxoş vəziyyətdə olmuşdur və onun qanında alkoqolun konsentrasiyası 0,4 promildir. Məhkəmə tərəflərin izahatlarını, inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə məsuliyyət nəzərdə tutulmuş və həmin xətaya görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32 və 33 maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati icraat aparılan şəxs Şəxs şəxsiyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldi: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək ona, 50 (əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-170/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-170/2025
17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver