Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-171/2024 15.07.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Sabirabad rayonu Həşimxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Hacıqabul rayonu, Talış kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Hacıqabul rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İş materiallarından görünür ki, Şəxs xx.xx.2024-ci il tarixdə Hacıqabul rayonu, Talış kəndində yerləşən evdə şəxsi münasibətlər zəminində aralarında olan mübahisə zamanı qaynanası Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən fiziki ağrı verərək, dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Bununla da Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Hacıqabul rayon Polis Şöbəsi tərəfindən xx.xx.2024-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, fakta görə şöbənin Təhqiqat bölməsində aparılmış araşdırma nəticəsində xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Toplanmış material üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspert tərəfindən verilmiş rəylə Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarətlər sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməmişdir. Odur ki, qeyd olunan qərar əsasında Şəxs əməlində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş və Şəxs İXM-nin 157-ci maddəsilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış onun icraatına verilmişdir. A.Abuşov tərtib edilmiş protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış Şəxs təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməməsini bildirərək, göstərdi ki, qaynanası uşaqlarını əlindən alıb özünü qovmaq istəmişdir. Buna görə də o, uşaqlarının təhlükəsizliyi üçün zərərçəkmiş şəxsin qolunu tutub sıxmışdır. Özünü qismən təqsirli bilir. Qeyd edir ki, özünü müdafiə etmək üçün zərərçəkmiş şəxsin qolundan tutub sıxmışdır. Verilmiş suallara əsasən əlavə olaraq bildirir ki, mübahisəyə səbəb qaynanasının onu ərinə xəyanət etməkdə böhtan ataraq ləkələməsi olmuşdur. Hansı ki, qaynanasının ona qarşı irəli sürdüyü xəyanət iddiaları həqiqəti əks etdirmir. Hazırda övladları ilə birlikdə atası ilə birlikdə yaşayır. Göstərilənlərə əsasən barəsində yüngül tənbeh tədbirinin təyin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, Şəxs əlində telefon digər şəxslə danışarkən onun otağından çıxıb. Telefonu Xumardan almaq istəyən zaman onun üzərinə hücum çəkmişdir. Həmin vaxt Şəxs bir əli ilə onun boğazını tutub, digər əli ilə qolunu sıxaraq itələmişdir. Nəticədə o, yıxılıb bədən xəsarətləri almışdır. Bibisi nəvəsi həmin vaxt gəldiyi üçün Şəxs hərəkətini dayandırıb. Şikayətçidir və AR İXM-nin 157-ci maddəsi ilə Şəxs təqsirli bilinərək barəsində həbs növündə inzibati tənbehin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, Şəxs həmin əməli törətməsi Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin təhqiqatçısı Natiq Ağayevin xx.xx.2024-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarı ilə də təsdiq edilir. Həmin qərarla Q.Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati icraat açılması üçün materiallar aidiyyəti üzrə Hacıqabul RPŞ-nin İTBnə göndərilmişdir. Həmin qərarda istinad edilmiş və məhkəməyə surəti təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Hacıqabul rayon şöbəsinin xx.xx.2024-ci il tarixli, 259 saylı ekspertiza rəyindən müəyyən olunur ki, “vət. Zərərçəkmiş şəxs bədən səthində – sol bazunun orta 1/3 hissəsinin arxa səthinin qançırı, sol əlin 3-cü barmağının arxa səthinin qançırı, sol baldırın ön ön səthinin orta 1/3 hissəsinin qançırı, gövdənin arxa səthinin qançırı xəsarətlər aşkar edilmişdir. Aşkar edilmiş həmin xəsarətlər küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxslər tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti müayinədən 2-3 gün əvvələ uyğundur. Xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Beləliklə, məhkəmə-tibb ekspertizasının rəyindən göründüyü kimi Zərərçəkmiş şəxs bədən səthində sağlamlığa zərər vurmayan xəsarətlər aşkar edilmişdir ki, həmin xəsarətlərin yaranma müddəti hadisənin baş vermə tarixinə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir. Həmçinin tərəflərin izahatları ilə təsdiq edilir ki, qeyd olunan tarixdə onlar arasında güclü emosional şəraitdə mübahisə baş vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında özünü təqsirli bilməyərək mübahisə zəminində Zərərçəkmiş şəxs onun mobil telefonunu əlindən almağa və övladlarını ondan ayırıb evdən qovmağa cəhd göstərməsi şəraitində sonuncunun qolundan sıxaraq fiziki ağrı yetirməsini təsdiq etmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını və özünün qismən etirafını nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək verdiyi məlumatları inandırıcı hesab etməyərək özünümüdafiə xarakterli məlumat olaraq qiymətləndirir və mötəbər sübut olaraq qəbul etmir. Qeyd olunur ki, AR İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmək inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərar və özünün məhkəmədə verdiyi qismən etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. AR İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə AR İXM-nin 32.1.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qadın olmaqla himayəsində iki azyaşlı uşağı olmasını onun məsuliyətini yüngülləşdirici hal kimi nəzərə alır. Məhkəmə tərəfindən AR İXM-nin 33.1.2-ci maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirə halı, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər. Ona cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və o, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(071)-171/2024
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-171/2024
15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver