Məhkəmə qərarları › İş №3(071)-171/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-171/2025

18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-171/2025 18.06.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X3, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Hacıqabul rayonu Qubalıbalaoğlan kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2025-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Hacıqabul rayonu Qubalıbalaoğlan kəndində yaşadığı evdə doğma atası Zərərçəkmiş şəxs qəsdən vuraraq sonuncuya dərəcəsi müəyyən olunmayan xəsarətlər yetirməklə döymüşdür. Beləliklə, Şahbazov X1 Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X5 izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs xx.xx.2025-ci il tarixdə doğma atası Zərərçəkmiş şəxs zərbə vuraraq döymüşdür. Nəticədə, Şahbazov X1 Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, Qubalıbaloğlan kəndində öz atası Gülabbas və ailəsilə birlikdə yaşayır. xx.xx.2025-ci il tarixdə oğlu Əlövsəti hərbi xidmətə yola salan zaman atası heç onu yola salmağa da gəlməmiş və uşağı yola salmaq üçün yığıncaq etməyə də qoymamışdır. Sonradan 10 may 2025-ci il tarixdə oğlunun and içmə mərasimi üçün Gəncə şəhərində yerləşən N saylı hərbi hissəyə həyat yoldaşı, qızı və qaynanası ilə birlikdə getmişdir. 10 may 2025-ci il tarixdə saat 18 radələrində Hacıqabul rayonu Qubalıbaloğlan kəndinə evinə qayıtmışdır. Bu zaman atası onları qarşılamış və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı atası özünü yerə çırpmış və güya onu döymüş kimi hərəkətlər etmişdir. O isə ondan aralanıb getmişdir. Atası Gülabbasla dəfələrlə aralarında belə mübahisələr olmuşdur. O da özü-özünə xəsarət yetirərək onu tutdurmaq istəmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Qubalıbaloğlan kəndində oğlu Hüseyn və onun ailəsi ilə birlikdə yaşayır. Mərhum həyat yoldaşı ilə birgə nikahından 3 övladı, 1 qız 2 oğlu vardır. Həmin övladlardan qızı və böyük oğlu Abbas ayrı yaşayır. Kiçik oğlu Hüseyn isə onunla birlikdə yaşayır. 2016-cı ildə həyat yoldaşı Güllü rəhmətə getdikdən sonra oğlu Hüseyn birgə yaşadığı evi satmaq fikrinə düşərək, Hacıqabul şəhərində qayanasıgilin evinə yaxın satılan evi ucuz qiymətə alaraq köçmək istəmişdir. O, buna razılıq verməmişdir. 9 ildir ki, oğlu Hüseynlə aralarında mübahisəli məsələ olaraq qalır. Sonuncu dəfə 10 may 2025-ci il tarixdə evdə aralarında ona məxsus toyuqlarda 2 ədədi Hüseynin həyətdə qazdığı su quyusuna düşdüyü üçün onları çıxarmaq üçün Hüseynlə danışmadığı üçün nəticəsi, yəni böyük oğlunun nəvəsini kömək üçün çağırmışdır. Sonra o cücələri ordan çıxarmaq üçün gəlsə də, Hüseyn onu ora buraxmamış və ona nə üçün setkanı açmağısını irad bildirmişdir. Bu zaman ona setkanı bağlamağı əmr etmiş, o da ona setkanı bağlamayacağını deyəndə onun üstünə hücum çəkərək 2 dəfə yumruqla sinəsinə və çiyninə vurmuşdur. O, huşunu itirərək yerə yıxılmışdır. Yerdə uzanmış vəziyyətdə uzun müddət qalmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 277 saylı rəyində Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət – başın təpə nahiyəsində sıyrıq, sol bazunun orta aşağı 1/3-də qançırı olduğu müəyyən edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxs tərəfindən yetirilməsi zamanı əmələ gələ biləcəyi qeyd edilmişdir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmamışdır. İş materiallarında olan inzibati xəta haqqında icraat materialı üzrə inzibati qaydada tutulmuş şəxsə müdafiəçinin təqdim olunmasından imtina haqqında protokoldan görünür ki, inzibati xətanı törədən şəxs Şəxs hüquqlarının müdafiəçisi X2 tərəfindən müdafiə edilməsinə öz etirazını bildirməklə müdafiəçidən imtina etmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi, ekspertiza rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas mövcud deyildir. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında iki növ inzibati tənbeh – cərimə və həbs inzibati tənbehləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd edilən hallarlı nəzərə alaraq, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyəti, törətmiş olduğu xətanın xarakteri, təqsirinin dərəcəsi, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin aşağı həddə tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar