Məhkəmə qərarları › İş №3(071)-174/2024

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №3(071)-174/2024

31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 3(071)-174/2024 31.07.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızı, X1 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şirvan-Salyan regional şöbəsi tərəfindən qəbul edilmiş 08 aprel 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərardan verilmiş şikayət ərizəsini işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şirvan-Salyan regional şöbəsi tərəfindən qəbul edilmiş 08 aprel 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərara əsasən X2 AR İnzibati-Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 4000 manat məbləğində cərimə edilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 məhkəməyə şikayət ərizəsi müraciət edərək, barəsində təyin edilmiş cərimə tənbeh tədbirinin xəbərdarlıqla əvəz edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəyə eyni zamanda qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması səbəbinin üzrlü hesab edilərək bərpa edilməsinə dair vəsatət əlavə edilməsinə baxmayaraq imzalanmadığı müəyyən edilmişdir. Məhkəmə şikayət ərizəsini işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib hesab edir ki, X1 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlərlə birlikdə ona geri qaytarılmalıdır. Belə ki, şikayətçinin məhkəməyə təqdim etdiyi poçt zərfindən müəyyən edilir ki, qərar ona xx.xx.2024-cü il tarixdə rəsmi qaydada çatdırılmışdır. Hətta şikayətçi ərizəsində bu barədə qeydiyyat aparmışdır. Göründüyü kimi, qərardan şikayət verilməsi üçün 10 günlük prosessual müddət ötürülmüş və müddətin bərpasına dair vəsatət verməsinə baxmayaraq imzalanmamışdır, belə olan halda isə müddət bərpa edilmədən şikayətə baxılması mümkün olmadığından şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (maddə 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (maddə 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (maddə 106.0.5) həll etməlidir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şirvan-Salyan regional şöbəsi tərəfindən qəbul edilmiş 08 aprel 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərardan verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və İnzibati Xətalar Məcəlləsinin 40, 106, 109, 126, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şirvan-Salyan regional şöbəsi tərəfindən qəbul edilmiş 08 aprel 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərardan verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar