Məhkəmə qərarları › İş №3(071)-174/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-174/2025

02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-174/2025 02.07.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli, İXP seriyalı,7194056 nömrəli, xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli və xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli, inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, ““WOLKSWAGEN PASSAT MİNİK” markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə təyin edilmiş inzibati cəriməni qanunla müəyyən edilmiş 3 ay müddət ərzində ödəməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 25427093 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs “WOLKSWAGEN PASSAT MİNİK” markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 20 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 25649169 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs “WOLKSWAGEN PASSAT MİNİK” markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 20 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 25726052 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs “WOLKSWAGEN PASSAT MİNİK” markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 25784306 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs “WOLKSWAGEN PASSAT MİNİK” markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 10 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 25817199 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs “WOLKSWAGEN PASSAT MİNİK” markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 10 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 26044637 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs “WOLKSWAGEN PASSAT MİNİK” markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 10 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 26062672 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs “WOLKSWAGEN PASSAT MİNİK” markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 26102013 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs “WOLKSWAGEN PASSAT MİNİK” markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 20 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 25375384 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs “WOLKSWAGEN PASSAT MİNİK” markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 10 manat məbləğində cərimə edilmişdir. Elektron portaldan əldə edilmiş məlumatlardan müəyyən edilir ki, Şəxs EQ 25427093 nömrəli, xx.xx.2025-ci il tarixli, EQ 25649169 nömrəli, xx.xx.2025-ci il tarixli, EQ 25726052 nömrəli, xx.xx.2025-ci il tarixli, EQ 25784306 nömrəli, xx.xx.2025-ci il tarixli, EQ 25817199 nömrəli, xx.xx.2025-ci il tarixli, EQ 26044637 nömrəli, xx.xx.2025-ci il tarixli, EQ 26062672 nömrəli, xx.xx.2025-ci il tarixli, EQ 26102013 nömrəli, xx.xx.2025-ci il tarixli və EQ 25375384 nömrəli, xx.xx.2025-ci il tarixli elektron qərarlar üzrə təyin edilmiş cərimələri ödəməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş cərimələrin məbləğini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar