Məhkəmə qərarları › İş №3(071)-175/2024

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №3(071)-175/2024

31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 3(071)-175/2024 31.07.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızı, X1 barəsində Hacıqabul rayon PŞ-nin DYPB tərəfindən qəbul edilmiş 10 iyul 2024-cü il tarixli EQ seriyalı 22271725 nömrəli qərardan verilmiş şikayət ərizəsini işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, MÜƏYYƏNETDİ: X2 məhkəməyə müraciət edərək, barəsində Hacıqabul rayon polis şöbəsinin DYPBnin EQ seriyalı 22271725 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz hesab edilərək ləğv edilməsi və həmin inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmağını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib hesab edir ki, X2 tərəfindən şikayət ərizəsində narazı qaldığı qərarın Hacıqabul rayon polis şöbəsinin DYPB-i tərəfindən qəbul edildiyini göstərməsinə baxmayaraq, ərizəyə əlavə edilmiş EQ seriyalı 22271725 nömrəli elektron qərardan müəyyən edilir ki, həmin qərar Azərbaycan Respublikası DİN BDYPİ-nin MMX-nin rəisi Elçin Xasayev tərəfindən qəbul edilmişdir. Belə olan halda, müraciət müəllifinin hansı qərarı mübahisələndirməsini müəyyən etmək mümkün deyildir. Odur ki, məhkəmə hesab edir ki, X1 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (maddə 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (maddə 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (maddə 106.0.5) həll etməlidir. Qeyd olunanları nəzərə alaraq və İnzibati Xətalar Məcəlləsinin 40, 100 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 Hacıqabul rayon PŞ-nin DYPB tərəfindən qəbul edilmiş 10 iyul 2024-cü il tarixli EQ seriyalı 22271725 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar