Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-175/2025 02.07.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP 719385, İXP 7193887, İXP 7193878, İXP 7193870, İXP 7193900, İXP ******* və İXP ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, “OPEL ASTRA H” minik markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə EQ 25668328 nömrəli, xx.xx.2025-ci il tarixli, EQ 25791484 nömrəli, xx.xx.2025-ci il tarixli, EQ 25732580 nömrəli, xx.xx.2025-ci il tarixli, EQ 25731823 nömrəli, xx.xx.2025-ci il tarixli, EQ 26046242 nömrəli, xx.xx.2025-ci il tarixli, EQ 25496087 nömrəli, xx.xx.2025-ci il tarixli və EQ 25349565 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarlar əsasında müəyyən edilmiş inzibati cəriməni 3 ay ərzində ödəməmişdir. Bununla da, Bağıyev X1 Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş materiallarına əlavə edilmiş sənədlərə məcmu halda qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 25668328 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs “OPEL ASTRA H MİNİK” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 25791484 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs “OPEL ASTRA H MİNİK” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 25732580 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs “OPEL ASTRA H MİNİK” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 10 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 25731823 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs “OPEL ASTRA H MİNİK” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 20 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 26046242 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs “OPEL ASTRA H MİNİK” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 25496087 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs “OPEL ASTRA H MİNİK” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş EQ 25349565 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs “OPEL ASTRA H MİNİK” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 40 manat məbləğində cərimə edilmişdir. Elektron portaldan əldə edilmiş məlumatlardan müəyyən edilir ki, Şəxs EQ 25668328 nömrəli, xx.xx.2025-ci il tarixli, EQ 25791484 nömrəli, xx.xx.2025-ci il tarixli, EQ 25732580 nömrəli, xx.xx.2025-ci il tarixli, EQ 25731823 nömrəli, xx.xx.2025-ci il tarixli, EQ 26046242 nömrəli, xx.xx.2025-ci il tarixli, EQ 25496087 nömrəli, xx.xx.2025-ci il tarixli və EQ 25349565 nömrəli, xx.xx.2025-ci il tarixli elektron qərarlar üzrə təyin edilmiş cərimələri ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddənin Qeyd hissəsinin 1-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki Bağıyev X1 məsuliyyətdən azad edilməklə onun barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 109.2, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.2025-ci il tarixli, İXP 719385, İXP 7193887, İXP 7193878, İXP 7193870, İXP 7193900, İXP ******* və İXP ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilmiş Bağıyev X1 məsuliyyətdən azad edilsin və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №3(071)-175/2025
Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-175/2025
02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver