Məhkəmə qərarları › İş №3(071)-177/2025

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №3(071)-177/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 3(071)-177/2025 19.06.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolları tərtib etmiş Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi X5, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Sumqayıt şəhəri, Nizami küçəsi, 11 ŞPİ-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Hacıqabul rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş materiallar baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:51-də Zərərçəkmiş şəxs sonuncunun yəni onun oğlu Röyal Nuraliyevin əməliyyat olunacağını yalandan deyib əməliyyatla bağlı dərman alacağı vədi ilə aldadaraq Zərərçəkmiş şəxs 170 manat məbləğindəki pulunu ələ keçirmişdir. Nəticədə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Hacıqabul RPŞ-nin İTB-nin polis sahə rəisi X7 inzibati xəta haqqında protokolların məzmununa uyğun çıxış edərək əlavə olaraq bildirdi ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş xırda talama əməlləri İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona isnad olunan əməl üzrə özünü təqsirli bilərək izahatında bildirdi ki, o, Zərərçəkmiş şəxs oğlu Röyal Nuraliyev ilə birlikdə cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. O, cəzaçəkmə müəssisəsindən yeni çıxdığı üçün maddi vəziyyəti yaxşı olmadığına görə ondan pulunu istəmişdir, lakin pulu verə bilməyəcəyini bildirmişdir. O, başqa yolla pulu əldə etmək qərarına gəlmişdir. O, Zərərçəkmiş şəxs mobil nömrəsini tapmış və güya oğlu xəstə olduğunu, kor bağırsağından əməliyyat olunacağını və onun da həkim olduğunu, dərman üçün 170 manat pul lazım olduğunu deməyi düşünmüşdür. Bu məqsədlə xx.xx.2025-ci ildə gecə saatlarında Elnar Şıxaliyevanın mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrəsindən zəng edərək özünü həkim X1 təqdim etmiş, Zərərçəkmiş şəxs ilə telefonla danışmışdır. Zərərçəkmiş şəxs kart nömrəsi vermiş və xx.xx.2025-ci ildə saat 00:51-də Zərərçəkmiş şəxs ona məxsus “Leobank” kartına ABB tətbiqi vasitəsi ilə 170 manat pul göndərmişdir. Daha sonra Zərərçəkmiş şəxs ilə danışaraq oğlunun vəziyyətinin yaxşı olduğunu, əməliyyatdan çıxdığını və yatdığını demişdir. Daha sonra zənglərə cavab verməmişdir. Həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirdi ki, oğlu Röyal hazırda 6 saylı cəzaçəkmə müəssəsində cəza çəkir. xx.xx.2024-cü il tarixdə gecə saatlarında 070 *** ** ** nömrə ilə ona zəng gəlmiş, həmin şəxs X1 özünü təqdim edərək, Bakı şəhərində mərkəzi xəstəxanasında həkim işləydiyini, oğlu Nuraliyev Röyalın kor bağırsağından əməliyyat olunacağını, xəstəxanaya gətirildiyini bildirərək dərman almaq üçün 170 manat pul lazım olduğunu demişdir. Həmin şəxs “Whatsapp” vasitəsilə “Leobank”a məxsus 5411 2498 1205 9942 nömrəsi göndərmiş, artıq xx.xx.2024- cü il tarixə keçən gecə saat 00:51-də özünə məxsus telefonunda olan “ABB” tətbiqi vasitəsi ilə həmin nömrəyə həmin şəxsin istədiyi 170 manat pulu köçürtmüşdür. Sonra gecəni bir neçə dəfə həmin şəxslə danışmış, bildirmişdir ki, oğlu yaxşıdır, əməliyyatdan çıxıb, sistem vurulub, yatıb. Səhər xəstəxanaya getmək istəmiş, lakin həmin nömrəyə zəng etsə də, zəng çatmamış, artıq şübhələndiyindən cəzaçəkmə müəssəsində oğlunun ona zəng etdiyi nömrələrin birinə zəng etmiş, Röyal barədə soruşmuş, xəstə olmadığını Röyalın cəzaçəkmə müəssəsində olduğunu öyrənmiş, sonradan Röyal özü zəng etmiş, xəstəxanaya getmədiyini öyrəndikdə aldandığını bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından, onun əməllərində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin barəsində qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Hacıqabul rayon Polis Şöbəsinin İTB-nə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 16:40-da tutulmuşdur. İş materiallarında olan “Whatsapp” ani mesajlaşma sisteminə aid ekran görüntülərindən müəyyən edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:51-də Zərərçəkmiş şəxs onun oğlu Röyal Nuraliyevin əməliyyat olunacağını yalandan deyib əməliyyatla bağlı dərman alacağı vədi ilə aldadaraq Zərərçəkmiş şəxs 170 manat məbləğindəki pulunu ələ keçirmişdir. İş materiallarında olan inzibati xəta haqqında icraat materialı üzrə inzibati qaydada tutulmuş şəxsə müdafiəçinin təqdim olunmasından imtina haqqında protokoldan görünür ki, inzibati xətanı törədən şəxs Şəxs hüquqlarının müdafiəçisi X3 tərəfindən müdafiə edilməsinə öz etirazını bildirməklə müdafiəçidən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli tutulduğu xx.xx.2025-ci il tarixdən saat 16:40-dan hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş şəxs Şəxs 170 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində 1 (bir) ay müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs 170 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 16:40-dan hesablansın. Qərarın icrası Hacıqabul Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar